Bakıda VIII Azərbaycan mikromaliyyə konfransı keçirilir
07.10.2016 [10:02]
Azərbaycan Mikromaliyyə Assosiasiyasının təşkilatçılığı ilə oktyabrın 6-da Bakıda ikigünlük “Üfüqdə yeni imkanlar: çətinlikləri perspektivlərə çevirək” adlı VIII Azərbaycan mikromaliyyə konfransı keçirilir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva konfransın məqsədinin mikromaliyyə təşkilatları, banklar, kredit ittifaqları və investorlardonorlar və xidmət təminatçıları arasında əlaqələrin, bugünkü rəqabətli və çətin dövrdə bazarda yeni imkanların axtarılması olduğunu deyib. O, konfransın investorlar, üzv təşkilatlar arasında şəbəkələşmə və əməkdaşlıq imkanlarının yaradılmasındakı rolunu qeyd edib.
Bildirib ki, cari ildə mikromaliyyə xidməti göstərən maliyyə təşkilatları 370 min 245-dən çox müştəriyə xidmət göstərməklə 485 milyon 161 min 772 dollar həcmində portfelə malikdir.
AMFA-nın idarə heyətinin sədri Süleyman Kələşov bazarda gedən struktur dəyişiklikləri və təkmilləşdirilməsi barədə danışaraq bildirib ki, dünya iqtisadiyyatında son illər geriləmələr baş verib. Kreditlərin geriyə ödənişlərini asanlaşdırmaq məqsədilə maliyyə qurumlarında kredit siyasətlərinə və strategiyalara yenidən baxılır, müştərilərin xarici valyutada olan kreditləri restrukturizasiya olunur, müddət uzadılır. Eyni zamanda, təkrar maliyyə vəsaiti verilir, xarici valyutada olan krediti yerli valyutada verilmiş borcla bağlamaq imkanı verilir, vəziyyətdən asılı olaraq müəyyən müddət üçün cərimələr ləğv olunur.
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə ölkədə davamlı olaraq institusional islahatların həyata keçirildiyini, iqtisadiyyatın dayanıqlı inkişafının təmin olunmasında bu islahatların böyük rol oynadığını diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanda artıq müasir, dünyəvi standartlara cavab verən yeni iqtisadi sistem qurulub.
“Bugünkü maliyyələşmə, bank sistemi 15-20 il əvvəlki bank sistemi deyil. Bütün bunların kökündə dövlətin apardığı siyasət dayanır. Azərbaycan Mikromaliyyə Assosiasiyası da ənənəvi konfransları ilə bir çox işlər görür. Ölkəmizin iqtisadiyyatının uğurlu inkişafında onların da payı var”, - deyə Z.Səmədzadə bildirib.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev qeyd edib ki, artıq Azərbaycanda mikromaliyyə institutu mövcuddur və inkişaf edir. Bu institutun inkişafında Azərbaycan Mikromaliyyə Assosiasiyasının rolu böyükdür. Kiçik və orta sahibkarlığın inkişafı prioritet sahələrdəndir: “Azərbaycanın nəinki rayonlarında, kəndlərində də maliyyə institutlarının yaradılmasına çalışmalıyıq və ASK olaraq bu sahəyə dəstək göstərməyə hazırıq”.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində atılan addımların sistemli və ardıcıl xarakter daşıdığını, son zamanlar imzalanmış müvafiq sənədlərin, qəbul edilmiş qərarların sahibkarlığın inkişafına verilən böyük dəstəyin göstəricisi olduğunu vurğulayıb. Bildirib ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırılması, lisenziya və icazələrin sayının azaldılması, bu sənədlərin alınma prosedurlarının sadələşdirilməsi, sahibkarların hüquqlarının daha etibarlı qorunması məqsədilə Apellyasiya Şuralarının yaradılması, qeyri-neft ixracının təşviqi tədbirləri və sair sahibkarlığın inkişafı üçün yeni imkanlar açır.
İsveçrənin Azərbaycandakı səfiri Filip Stalder maliyyə sektorunda cari il ərzində baş vermiş çətinliklərin həlli yolunda müştərilərin etibarı və inamını bərpa etmək, onlar üçün daha ucuz və innovativ məhsullar təqdim etmək üçün sektorda islahatların aparılmasına ehtiyac olduğunu vurğulayıb.
Konfrans işini “Kiçik sahibkarların maliyyə resurslarına çıxışını sağlam kreditləşmə və məsuliyyətli borclanma vasitəsilə təmin etmək”, “Uzunmüddətli qənaət və investisiyalar üçün maliyyə savadlılığı”, “Kiçik fermerlərin ehtiyaclarını qarşılamaq üçün innovativ kənd təsərrüfatı vasitələrinin tətbiqi” adlı sessiyalarla davam etdirib.
Konfrans işini oktyabrın 7-də davam etdirəcək.
Xəbər lenti
Hamısına baxGündəm
16 Sentyabr 12:31
YAP xəbərləri
16 Sentyabr 12:24
Gündəm
16 Sentyabr 12:12
Siyasət
16 Sentyabr 12:05
Sosial
16 Sentyabr 11:55
Gündəm
16 Sentyabr 11:53
Siyasət
16 Sentyabr 11:39
Gündəm
16 Sentyabr 11:33
Sosial
16 Sentyabr 11:28
Hadisə
16 Sentyabr 11:25
İdman
16 Sentyabr 11:24
İqtisadiyyat
16 Sentyabr 11:22
YAP xəbərləri
16 Sentyabr 11:19
Siyasət
16 Sentyabr 11:17
YAP xəbərləri
16 Sentyabr 11:14
Analitik
16 Sentyabr 10:54
İqtisadiyyat
16 Sentyabr 10:30
Sosial
16 Sentyabr 10:11
Analitik
16 Sentyabr 09:45
Analitik
16 Sentyabr 09:17
Sosial
16 Sentyabr 08:59
Sosial
16 Sentyabr 08:31
Gündəm
16 Sentyabr 08:14
Hadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Gündəm
15 Sentyabr 18:37
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46

