Azərbaycan Beynəlxalq Bankından maliyyə xidmətləri bazarında unikal yenilik
07.10.2016 [10:00]
Yeni inkişaf mərhələsində olan Azərbaycan Beynəlxalq Bankı (ABB) daha bir innovativ bankçılıq texnologiyasını ölkəmizə gətirib. Bakı şəhərində bankın Elektron Şöbəsi müştərilərin istifadəsinə verilib. Bu şöbə öz imkanlarına görə tək Azərbaycanda yox, ümumilikdə MDB məkanında bir ilkdir. Bu sözləri ABB-nin İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev ötən gün təşkil olunan təqdimat mərasimində səsləndirib. Onun sözlərinə görə, “ƏLA - Ən Lazımi Anda” brendi altında işləyəcək elektron şöbə, pilot layihəsi kimi, ilk olaraq paytaxtın Əliyarbəyov küçəsi, 9 ünvanında (Fəvvarələr meydanı) yerləşir və 24/7 rejimində çalışır. Gələcəkdə isə bu layihənin bankın digər filiallarında, eləcə də regionlarda da tətbiq edilməsi nəzərdə tutulur.
Müasir texniki vasitələrlə təchiz olunmuş elektron şöbədə müştəri bank məhsul və xidmətlərindən cəmi bir neçə dəqiqə ərzində faydalana bilər.
Müştəri unikal “ƏLAmatik” avadanlığından istifadə edərək bankın əməkdaşı ilə videoəlaqə yaradır və lazımi bank əməliyyatlarını asanlıqla həyata keçirir. Burada bir neçə dəqiqə ərzində, yerindəcə kredit almaq, ödəniş kartını əldə etmək, hesab açmaq, ödənişlər aparmaq, pul köçürmək, nağd vəsait almaq, hesaba vəsait yerləşdirmək və digər əməliyyatları yerinə yetirmək mümkündür.
ƏLA elektron şöbəsində müştərilərə operativ şəkildə təqdim olunan “ƏLA xidmətlər” çeşidi müştərilər üçün rahat və sərfəlidir. Məsələn, burada “ƏLAkart”ı sifariş edib, cəmi bir neçə dəqiqədən sonra hazır kartı götürmək mümkündür. 6 il müddətinə buraxılan “ƏLAkart” vasitəsilə müştəri çox qısa müddət ərzində, sadəcə, 8937 qısa nömrəsinə göndərilən bir SMS vasitəsilə kredit götürə bilər. Kart həmçinin adi qaydada, nağd və nağdsız əməliyyatlar üçün istifadə oluna bilər.
ƏLA köçürmə sistemi ilə pul göndərmək də çox asandır: müştəri, sadəcə, “ƏLAmatik” avadanlığına əsginasları yerləşdirib xüsusi kod alır, vəsaiti alacaq şəxs isə pul məbləğini həmin kod ilə Azərbaycan Beynəlxalq Bankının istənilən bankomatından dərhal götürə bilir.
Qeyd edək ki, ƏLA xidmətlərdən təkcə ƏLA elektron şöbəsində yox, Bankın yeni açılacaq və 24/7 rejimində işləyəcək “ABB-24” filialında da faydalanmaq mümkün olacaq. Belə ki, 5 dəqiqə ərzində verilən unikal ƏLA krediti almaq üçün müştəri əvvəlcədən Bankın *8937 nömrəsinə zəng edib lazımi kredit məbləğinə sifariş verir. Müraciət çox operativ şəkildə araşdırılır. Bankın qərarı müsbət olduğu halda, müştəri “ABB-24” filialına yaxınlaşıb müvafiq sənədləri imzalayır və krediti nağd şəkildə alır.
ƏLA xidmətlər çeşidinə həmçinin ƏLAxətt (müştəri ilə videoəlaqə əsasında qurulan qaynar xətt), ƏLAvə (mobil applikasiya), ƏLA çatdırılma (ödəniş kartının müştərinin ünvanına təcili çatdırılması), ƏLAdepozit və ƏLAc krediti (mövcud kreditlərin yenidən maliyyələşdirilməsi) daxildir. ƏLA xidmətlər barədə ətraflı məlumatı www.ela.az internet səhifəsində və www.facebook.com/elabankaz səhifəsində əldə etmək mümkündür.
Qeyd olunub ki, ƏLA brendi Azərbaycan Beynəlxalq Bankının öz müştəriləri üçün yaratdığı yeni bir dəyərdir və bank bu konsepsiyanı gələcəkdə daha da inkişaf etdirmək niyyətindədir.
Xatırladaq ki, 35 filiala və 43 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.ibar.az internet səhifəsindən, bankın filial və şöbələrindən, yaxud (012) 937 və ya *2265 nömrəli Məlumat Mərkəzindən əldə etmək mümkündür.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36

