Regionların inkişafı ilə bağlı yeni Dövlət Proqramının icrasına başlanılıb
27.05.2009 [09:52]
Prezident İlham Əliyevin respublikamızın Qərb bölglərinə səfəri zamanı yeni müəssisələrin və infrastruktur obyektlərinin istifadəyə verilməsi ölkədə genişmiqyaslı quruculuq işlərinin davamlılığını göstərməklə yanaşı, artıq regionların inkişafı ilə bağlı siyasətin yeni mərhələyə qədəm qoyduğunu da təsdiqləmiş oldu. ölkə başçısı tərəfindən ötən ay təsdiq olunmuş Dövlət Proqramında nəzərdə tutulan layihələrin icrası ilə bağlı regionlarda bir sıra tədbirlərin həyata keçirilməsinə başlanılıb. Regionların inkişafı ilə bağlı yeni proqrama uyğun olaraq Qərb rayonlarında, ümumiyyətlə bütün bölgələrdə infrastruktur, məktəb, istirahət və turizm kompleksləri, istehsal müəssisələrinin tikintisinə strat verilib. Bu tendensiya onu təsdiqləyir ki, regionların inkişafı ilə bağlı siyasətin məntiqi davamı ilin əvvəllərindən başlayıb, yəni ötən il əvvəlki proqramın icrasının başa çatmasına baxmayaraq yeni proqramın konseptual istiqamətlərinə uyğun olaraq mühüm tədbirlərə start verilib. Prezident İlham Əliyevin bəyan etdiyi kimi “Son beş ildə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qəbul edilmiş qərarlar əsasında uğurlu icrası çox müsbət haldır. Növbəti beş il üçün yeni proqram tərtib olunub və icra edilməyə başlanmışdır”.
2009-2013-cü illəri əhatə edən “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın qəbul edilməsindən bir ay yarım müddət keçməsinə baxmayaraq bölgələrdə sosial, iqtisadi və infrastruktur layihələrinin həyata keçirilməsi geniş miqyas alıb. Bütün rayonlarda quruculuq, tikinti-abadlıq, təmir-bərpa işləri, yeni istehsal sahələrinin yaradılması intensiv şəkildə davam etməkdədir. Yeni konsepsiya ölkədəki dinamik inkişafın sürətlənməsi, makroiqtisadi sabitliyin möhkəmlənməsi, bölgələrin bərabər şəkildə inkişafının təmin edilməsi, ölkədəki mövcud əmək potensialından istifadə etməklə qeyri-neft sektorunun iqtisadiyyatın aparıcı sahəsinə çevrilməsi üçün əhəmiyyəti ilə seçilməkdədir. Artıq bunun nəticəsidir ki, ölkəmizin ümumi inkişafına təkan verən aparıcı iqtisadi bölmə olan qeyri-neft sektorunda hər ay artım tempi nəzərə çarpır. Qeyri- neft sektoru üzrə artımı sürətləndirmək üçün həm dövlətin, həm də özəl bank strukturlarının maliyyə axınları aprel və may aylarında intensiv xarakter alıb.
Son iki ayda bölgələrdə həyata keçirilən kredit yarmarkaları nəticəsində onlarla sahibkar maliyyə vəsaitləri ilə təmin olunub və onlar artıq öz layihələrinin icrası üçün müvafiq işlərə start veriblər. Eləcə də, kənd təsərrüfatı və emal sənayesinin inkişafı üçün aqrar kredit təşkilatları bu istiqamətdə fəallığını artırıb. Aqrar sahədə çalışan sahibkarlara güzəştli şərtlərlə texnika və mineral gübrələrin verilməsi, satış bazarları şəbəkəsinin genişləndirilməsi, fermerlərin xarici bazarlara çıxışı üçün ixrac imkanlarının stimullaşdırılması ilə bağlı tədbirlər genişlənib. ümumiyyətlə, tikinti, infrastruktur, rabitə, turizm və digər sahələrlə bağlı layihələrə maliyyə vəsaitlərinin cəlb olunması bölgələrdə qeyri-neft sektorunun inkişafına təkan verən başlıca faktora çevrilib. Bu tendensiyaları Prezident İlham Əliyevin səfər etdiyi Gəncə, Şəmkir, Göygöl, Gədəbəy rayonlarındakı istifadəyə verilmiş obyektlərin timsalında da müşahidə etmək olar. Eləcə də, həmin bölgədəki mühüm layihələrin icrasının davam etdirilməsi regionların sosial-iqtisadi inkişafının nəzərdə tutulduğundan da intensiv şəkildə reallaşdığını təsdiqləmiş olur. Dövlət başçısı vurğulayıb ki, dünyada baş verən iqtisadi proseslər ölkəmizə təsir etsə də, ölkə iqtisadiyyatının ümumi inkişaf tempini ləngidə bilməyib: “Bu aylar ərzində iqtisadiyyatımız da artıb. Bütün dünyada iqtisadi tənəzzül müşahidə edilir, Azərbaycanda iqtisadi artım. Yəni bu, bir də onu göstərir ki, bizim uğurlarımızın əsas səbəbi neftin qiyməti deyil, əsas səbəbi aparılan islahatlardır və cəmiyyətdəki çox gözəl əhval-ruhiyyə, ab-havadır”.
Prezident İlham Əliyev regionların inkişafına dövlətin diqqətinin artması ilə bərabər, iqtisadi siyasətin əsas hədəflərindən biri kimi sosial islahatların başlıca yerdə durduğunu xatırladaraq sosial sahədə davamlı tədbirlərin həyata keçiriləcəyini əmin edib. ölkə başçısının fikrincə, dünyada gedən mənfi meyillərin və böhran tendensiyasının davam etməsinə baxmayaraq hökumətin qətiyyəti və düşünülümüş makroiqtisadi siyasət nəticəsində əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər gerçəkləşəcək, əldə olunan gəlirlər ilk növbədə, vətəndaşların sosial şəraitinin yaxşılaşması və pensiyaların, maaşların artırılması üçün istifadə olunacaq: “Dünyada neftin qiymətinin kəskin şəkildə düşməsi ilə bağlı bütün neft ixrac edən ölkələr, o cümlədən, Azərbaycan da müəyyən çətinliklərlə üzləşib. Amma buna baxmayaraq, bütün sosial proqramlar icra olunur, infrastruktur layihələri davam etdirilir. Böhranın deyə bilərəm ki, Azərbaycana müsbət təsiri də olmuşdur. O da ondan ibarətdir ki, istehlak qiymətləri aşağı düşüb. Ancaq büdcə təşkilatlarında çalışan insanların əmək haqları vaxtında ödənilir, pensiyalar ödənilir və ildən-ilə onların məbləği artır, gələcəkdə də artacaqdır”.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12
YAP xəbərləri
12 Yanvar 23:07
Hadisə
12 Yanvar 22:58
YAP xəbərləri
12 Yanvar 22:32
Sosial
12 Yanvar 22:17
Dünya
12 Yanvar 21:46
Dünya
12 Yanvar 21:20
YAP xəbərləri
12 Yanvar 21:19
Dünya
12 Yanvar 20:52
YAP xəbərləri
12 Yanvar 20:46
YAP xəbərləri
12 Yanvar 20:37
Dünya
12 Yanvar 20:10
İqtisadiyyat
12 Yanvar 19:49
YAP xəbərləri
12 Yanvar 19:24
İqtisadiyyat
12 Yanvar 19:15
YAP xəbərləri
12 Yanvar 18:31
İdman
12 Yanvar 18:25
Sosial
12 Yanvar 18:25
Siyasət
12 Yanvar 18:17
YAP xəbərləri
12 Yanvar 18:00
YAP xəbərləri
12 Yanvar 17:47
Sosial
12 Yanvar 17:14
Siyasət
12 Yanvar 16:50
Siyasət
12 Yanvar 16:49
Siyasət
12 Yanvar 16:33
Siyasət
12 Yanvar 16:32
Siyasət
12 Yanvar 16:32
Sosial
12 Yanvar 16:31
YAP xəbərləri
12 Yanvar 16:15
Dünya
12 Yanvar 16:08
Sosial
12 Yanvar 16:06
YAP xəbərləri
12 Yanvar 15:29
Gündəm
12 Yanvar 15:22
YAP xəbərləri
12 Yanvar 15:13
Hərbi
12 Yanvar 14:21

