Vergi qanunvericiliyinin tələblərinin pozulması faktları aşkar edilib
18.05.2016 [10:09]
Vergilər Nazirliyi tərəfindən Sumqayıt şəhərində idman-mərc oyunlarının təşkili ilə məşğul olan fiziki şəxslərə məxsus obyektlərdə operativ vergi nəzarəti tədbirləri keçirilib. Tədbirlər zamanı fiziki şəxs Cahangirli Xəqani Qismət oğluna məxsus obyektdə vergi ödəyicisi tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 1 nəfərlə əmək müqaviləsinin bağlanılmadığı, nağd pul hesablaşması qaydalarının pozulduğu, qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman-mərc oyunlarının təşkili və keçirilməsi faktları müəyyən olunub. Vergi orqanları əməkdaşları tərəfindən qanunsuz idman-mərc oyunlarının keçirilməsi üçün istifadə olunan əşyalar və sənədlər götürülərək müvafiq qaydada “İnzibati xəta haqqında” protokol tərtib edilib.
Fiziki şəxs Mirzəyev Ramil Vaqif oğluna məxsus obyektdə vergi orqanında qeydiyyatdan keçməyən fiziki şəxs Cabbarov Rövşən Cabbar oğlunun fəaliyyət göstərdiyi müəyyən edilib. R.Cabbarov barəsində “Vergi Məcəlləsinin 33.4-cü və ya 34.3-cü maddələrində göstərilən müddətdə müvafiq ərizənin və ya məlumatın verilməməsinin aşkar edilməsi barədə” akt tərtib olunub. Obyektdə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 1 nəfərlə əmək müqaviləsinin bağlanılmadığı, nəzarət-kassa aparatının tətbiq olunmadığı, qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman-mərc oyunlarının təşkili və keçirilməsi fəaliyyəti ilə məşğul olma faktları müəyyən edilib. Vergilər Nazirliyinin “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərarına əsasən, qanunsuz idman-mərc oyunlarının keçirilməsi üçün istifadə olunan əşyalar və sənədlər götürülərək müvafiq aktlar və “İnzibati xəta haqqında” protokol tərtib edilib.
Operativ vergi nəzarəti tədbiri zamanı Ramil Mirzəyevin Sumqayıt şəhərində yerləşən digər obyektində də qanunsuz mərc oyunlarının keçirildiyi müəyyənləşdirilib. Həmin obyektdə 3 nəfərlə əmək müqaviləsinin bağlanılmadığı, nəzarət-kassa aparatının tətbiq olunmadığı, akkreditasiyasız idman-mərc oyunlarının keçirilməsi faktları öz təsdiqini tapıb.
Operativ vergi nəzarəti tədbirləri zamanı fiziki şəxslər Əliyev Rəşad Çingiz oğluna, Bəşirov Ramiz Ağadadaş oğluna, Rəsulov Rəşad Hafiz oğluna məxsus obyektlərdə 3 nəfərlə əmək müqaviləsinin bağlanılmadığı, nəzarət-kassa aparatının tətbiq olunmadığı, nağd pul hesablaşması qaydalarının pozulduğu və akkreditasiya olunmadan idman-mərc oyunlarının təşkili və keçirilməsi faktları aşkar edilib. Qanunsuz idman-mərc oyunlarının keçirilməsi üçün istifadə olunan əşyalar və sənədlər obyektdən götürülərək, müvafiq aktlar və “İnzibati xəta haqqında” protokol tərtib edilib.
Operativ vergi nəzarəti tədbirlərinin nəticələri üzrə tərtib edilmiş sənədlər qanunamüvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Sumqayıt şəhər məhkəməsinə göndərilib.
Vergilər Nazirliyi tərəfindən Bakı şəhəri ərazisində keçirilmiş vergi nəzarəti tədbirləri zamanı Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami Abdullayev küçəsində fiziki şəxs Əliyev Elşad Qənbər oğlunun qanunsuz olaraq əmtəə nişanı adından istifadə etməklə alkoqollu içkilərin istehsalı fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib.
Fiziki şəxs Qəhrəmanov Seyfəddin Mübariz oğlunun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Nizami rayonu, B.Çobanzadə küçəsi, 215 ünvanda yerləşən ərzaq mağazasında aksiz markaları ilə markalanmalı olan mallar, o cümlədən saxta aksiz markaları ilə markalanmış və aksiz markasız alkoqollu içkilər, habelə aksiz markasız tütün məmulatı aşkar edilib.
Eyni zamanda, Sabunçu rayonunda əmək münasibətləri sahəsində həyata keçirilən nəzarət tədbirləri çərçivəsində işçiləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqavilələri (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktları da aşkarlanıb.
Xəbər lenti
Hamısına baxAnalitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38

