Manat dollara nisbətdə möhkəmlənməyə başlayıb
16.12.2015 [09:51]
Azərbaycanda aparılan düzgün monetar siyasət və milli iqtisadiyyatdakı müsbət tendensiyalar manatın məzənnəsinin yüksəlməsinə ciddi əsaslar yaradır
Son günlərdə valyuta bazarında manatın dollara nisbətdə möhkəmlənməsi müşahidə edilir. Mərkəzi Bankın açıqlamalarından, eləcə də valyutadəyişmə məntəqələrində dollar ajiotajının səngiməsindən, manatın daha yüksək məzənnə ilə təklif edilməsindən aydın görünür ki, milli valyutamızın dəyəri getdikcə artır.
Hazırda dünyada müşahidə edilən və ayrı-ayrı ölkələrdə ciddi kataklizmlərlə nəticələnən arzuolunmaz qlobal risklər fonunda respublikamızda dollar-manat nisbətində milli valyutamızın möhkəmlənməsi özlüyündə kifayət qədər müsbət tendensiyadır. Onu da nəzərə almaq lazımdır ki, qlobal maliyyə bazarında yaranan arzuolunmaz mənzərəyə, eyni zamanda, ölkəmizin iqtisadiyyatının da sıx bağlı olduğu neftin birjalarda qiymətinin kəskin ucuzlaşması ciddi təsir göstərir. Bəs belə bir vəziyyətdə ixracında neft və neft məhsullarının xüsusi çəkisi olan Azərbaycanda milli valyutanın dollara nəzərən öz dəyərini artırmasını şərtləndirən amillər hansılardır? Ekspertlər son günlərdə milli valyutamızın dollara nəzərən möhkəmlənməsini ölkəmizdə həyata keçirilən düzgün monetar siyasətlə, həmçinin iqtisadiyyatın sağlamlaşdırılması və düzgün diversifikasiya edilməsi, rəqabətqabiliyyətliliyin artırılmasına yönəldilən bir sıra stimullaşdırıcı tədbirlərin görülməsi ilə əlaqələndirirlər.
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirib ki, hazırda milli valyutanın məzənnəsi cari il fevralın 16-da manatın yumşaldılması ilə bağlı qərar qəbul edilən vaxtdakından daha möhkəmdir. Əgər manatın yumşaldılması ilə bağlı qərar qəbul edilən zaman 1 dollar 1 manat 5 qəpik səviyyəsində müəyyənləşdirilmişdisə, hazırda 1 dollar 1 manat 5 qəpikdən daha ucuzdur. İqtisadçı-ekspert həyata keçirilən məqsədyönlü monetar siyasətin son günlərdə milli valyutanın dəyərinin möhkəmlənməsində mühüm rol oynadığını vurğulayıb: “Qlobal risklərin artdığı indiki şəraitdə hər bir ölkə öz milli maraqlarından çıxış edərək daxili bazarın dünyadakı mənfi iqtisadi konyunkturun təsirlərindən qorunması, milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin zəifləməsinin qarşısının alınması qayğısına qalmalı və bu məqsədlə adekvat tədbirlər görməlidir. Bu mənada Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq qərarı ilə ölkəmizdə cari il fevralın 16-dan tətbiqinə start verilən yeni məzənnə siyasəti çox aktual idi. Başqa sözlə desək, yeni məzənnə siyasəti Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin yüksəldilməsinə, xarici investisiyaların və ixracın stimullaşdırılmasına xidmət edir. Yeni məzənnə siyasətinə əsasən, manatın məzənnəsi müəyyənləşdirilən zaman dollar və avronun yer aldığı 2 valyutalı səbətdən istifadə olunur. Manatın məzənnəsinin müəyyənləşdirilməsində 2 valyutalı səbətdən istifadə olunması ölkədə həyata keçirilən monetar siyasətdə kifayət qədər vacib və əhəmiyyətli bir məqamdır. İki valyutalı səbət imkan verir ki, manat dünya bazarındakı dəyişikliklərə uyğun olaraq öz kursunu müəyyənləşdirə bilsin. Təbii ki, bu zaman manat dünya bazarındakı dəyişikliklərə uyğun olaraq öz məzənnəsini möhkəmləndirə bilir və bu da son günlərdə manatın dollara nisbətdə dəyərinin artmasında müşahidə edilir”.
Ölkəmizdə həyata keçirilən monetar siyasətin üstünlüklərinə diqqət çəkən V.Bayramov bu baxımdan Prezident İlham Əliyevin cari il iyun ayında imzaladığı müvafiq Sərəncamın böyük əhəmiyyət kəsb etdiyini bildirib: “Son günlərdə milli valyutamızın dollara nisbətən möhkəmlənməsi qlobal və regional dəyişikliklər nəzərə alınmaqla Azərbaycanda həyata keçirilən düzgün monetar siyasət nəticəsində baş verir. Qeyd etmək istərdim ki, bu ilin iyununda Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Sərəncam imzalayıb. Bu sənəd Mərkəzi Bankın valyuta ehtiyatlarının artırılması üçün real institusional, hüquqi və struktur baza yaratmaqla yanaşı, manatın məzənnəsindəki stabilliyin qorunub saxlanmasına real əsas formalaşdırıb”.
İqtisadçı-ekspert Azərbaycan iqtisadiyyatındakı mövcud vəziyyətin də manatın möhkəmlənməsində olduqca mühüm rol oynadığını nəzərə çatdırıb. “Azərbaycan regionda yeganə ölkədir ki, qlobal risklər şəraitində də öz yüksək iqtisadi artım tempini qoruyub saxlamağa müvəffəq olur. Praktiki olaraq neftin dünya bazar qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı genişlənməkdə davam edir. 2015-ci ildə ölkə iqtisadiyyatında artımın 4 faiz olacağı proqnozlaşdırılır. Eyni zamanda, nüfuzlu beynəlxalq təşkilatlar 2016-cı ildə Azərbaycan iqtisadiyyatının hətta avrozona ölkələrindən çox artacağına dair nikbin proqnozlar verirlər. Milli iqtisadiyyatdakı artım tempi ona gətirib çıxarır ki, manata olan psixoloji və iqtisadi təzyiq də azalır. Bundan başqa, cari ilin ötən dövründə Azərbaycanda qeyri-neft ixracatının 11,2 faiz yüksəlməsi ölkədə valyutanın həcminin artmasını və bunun da nəticəsində manatın möhkəmlənməsini şərtləndirən əsas amillərdəndir. Beləliklə, aparılan düzgün monetar siyasət və Azərbaycan iqtisadiyyatındakı vəziyyət son günlər manatın məzənnəsinin yüksəlməsinə təsir göstərən mühüm faktorlar qismində çıxış edir. Beynəlxalq valyuta bazarında baş verənlər manatın məzənnəsinə təsir göstərsə də, ölkədə reallaşdırılan monetar və iqtisadi siyasətdə əldə edilən uğurlar maliyyə sisteminə müsbət təsir göstərir ki, bu da son günlərdə manatın dollara nisbətdə məzənnəsinin hiss edilən səviyyədə möhkəmlənməsinə gətirib çıxarıb. Belə müsbət tendensiyanın davamlı olacağını söyləməyə də hər cür əsas var”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

