/ / Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin geniş tərkibli kollegiya iclası keçirilib
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin geniş tərkibli kollegiya iclası keçirilib
21.10.2015 [09:59]
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında verilmiş tapşırıqların icrası ilə bağlı 19 oktyabr 2015-ci il tarixində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində geniş tərkibli kollegiya iclası keçirilib.
Komitədən AZƏRTAC-a bildirilib ki, iclasda çıxış edən komitənin və kollegiyanın sədri Ramiz Həsənov 2015-ci ilin 9 ayı ərzində qazanılmış uğurlar haqqında məlumat verərək bildirib ki, dünyada gedən mənfi sosial-iqtisadi proseslər, bir çox ölkələrdə mövcud olan sosial-iqtisadi və maliyyə problemlərinə baxmayaraq Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində bu ilin 9 ayı ərzində iqtisadiyyatın dayanıqlı inkişafı təmin olunub. 2015-ci ilin 9 ayında ümumi daxili məhsul 3,7 faiz artıb, qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 68 faizi ötüb, sənaye istehsalında 2,1 faiz, qeyri-neft sənayesində 10,4 faiz, kənd təsərrüfatında 6,7 faiz, ümumilikdə qeyri-neft sektorunda 6,4 faiz artıma nail olunub.
Sədr həmçinin bildirib ki, Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirib. Belə ki, dövlət başçısı maliyyə intizamının gücləndirilməsi, qeyri-neft sektorunun inkişafı, ixracyönümlü məhsul istehsalının genişləndirilməsi və təşviqi, sahibkarlar qarşısında əsassız tələblərin qoyulmaması, korrupsiya və rüşvətxorluğa, iqtisadi inkişafa süni maneələrə qarşı mübarizənin gücləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması məqsədilə əlavə tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verib.
Prezident İlham Əliyevin müəyyənləşdirdiyi vəzifələrin icrası barədə R.Həsənov bildirib ki, biznes mühitinin yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin gücləndirilməsi, müasir standartların tətbiqi ilə rəqabətqabiliyyətli məhsulların istehsalını genişləndirmək məqsədilə artıq işlərə başlanılıb, uyğunluğun qiymətləndirilməsi orqanlarının fəaliyyəti təkmilləşdirilib. Sədrin sözlərinə görə, uyğunluğun qiymətləndirilməsi orqanlarının akkreditasiyası zamanı əsas meyar məhz sahibkarlara dəstəyin göstərilməsi, standartlara uyğun məhsul istehsalını təmin etmək üçün zəruri olan metodiki və praktiki köməkliyin göstərilməsidir.
Komitə sədri həmçinin bildirib ki, dövlət başçısının yoxlayıcı orqanlarla bağlı tapşırıqlarına uyğun olaraq, Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin fəaliyyətinin yenidən təşkili, bu sahədə müasir təcrübənin tətbiqi ilə bağlı da işlər davam etdirilir.
Bununla yanaşı öncədən tərtib olunmuş və Ədliyyə Nazirliyinin müvafiq reyestrində qeydiyyatdan keçən plan üzrə yoxlamaların dayandırılması, məhsul (iş, xidmətlərin) keyfiyyət və nəzarət sisteminin beynəlxalq təcrübəyə əsaslanaraq təşkili məqsədilə qısa zamanda təkliflərin hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olunması, qeyri-neft sektorunun inkişafı məqsədilə ixracyönümlü məhsulların istehsal həcminin artırılması üçün sahibkarlara əsaslı köməkliyin göstərilməsi ilə bağlı akkreditasiya olunmuş uyğunluğun qiymətləndirilməsi orqanlarına tövsiyyələrin verilməsi ilə bağlı qərar qəbul olunub.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

