Azərbaycan nümayəndə heyəti “Uralskiye lokomotivı” zavodunda olub
03.10.2015 [11:36]
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun rəhbərlik etdiyi Azərbaycan hökumət nümayəndə heyəti Yekaterinburqda keçirilmiş VI Rusiya-Azərbaycan regionlararası forumu çərçivəsində “Uralskiye lokomotivı” zavodunda olub.
Müəssisənin ictimai əlaqələr mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, “Sinara” qrupunun baş direktoru Mixail Xodorovski və “Uralskiye lokomotivı” zavodunun baş direktoru Aleksandr Saltayev müəssisənin məhsullarını və son tədqiqatların nəticələrini qonaqlara təqdim ediblər.
Nümayəndə heyəti müəssisənin istehsal kompleksində olub. 500 vahiddən çox ən müasir avadanlığın cəmləşdiyi bu kompleksdə arabacıqların yığma-qaynaq sahəsi Azərbaycan nümayəndələrinin böyük marağına səbəb olub. Burada qonaqlara 12 sərbəstlik dərəcəsinə malik olan ən müasir robotlaşdırılmış komplekslərin işini nümayiş etdiriblər. Rusiyada istehsal edilən sistemlər və dəstləşdirmə məlumatları əsasında yığılmış ES2Q seriyasından “Lastoçka” sürətli elektrik qatarı üçün nəzərdə tutulan, Rusiyada ilk dəfə yaradılmış arabacıq da böyük diqqətə səbəb olub. Sonra nümayəndə heyətinin üzvləri “Lastoçka” qatarında müəssisənin ərazisinə kiçik bir səfər edib, sürətli qatarlar istehsalının tam dövrəsi ilə tanış olublar.
Aleksandr Saltayev “Uralskiye lokomotivı” müəssisəsinin imkanlarından söhbət açaraq vurğulayıb ki, zavodda həm daxili, həm də xarici bazarlar, o cümlədən Azərbaycan Respublikasının ehtiyacları üçün yük elektrovozları və sərnişin qatarları istehsalının təşkil edilməsi üçün zəruri istehsal bazası və texnologiyalar vardır.
Azərbaycan nümayəndə heyətinin üzvləri zavodun istehsal kompleksi ilə tanışlığı başa çatdırandan sonra müasir yük qatarları istehsalı sahəsində zavodun uğurlu nəticələrini qeyd ediblər. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib: “Bu gün biz ən dəqiq, yüksək texnoloji istehsal sahəsini gördük. Müəssisə istehsal güclərini artırır və rəqabət qabiliyyətli, eyni zamanda xarici analoqlardan daha ucuz məhsul buraxır. Ölkələrimiz arasında qarşılıqlı əlaqələr inkişaf etdiyinə görə əməkdaşlığın və qarşılıqlı fəaliyyətin yeni imkanları barədə məlumat almaq bizim üçün çox maraqlı oldu”.
Azərbaycan nümayəndə heyətini Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Aleksandr Tsıbulski, Sverdlovsk vilayəti hökumətinin sədri Denis Pasler və başqaları müşayiət ediblər.
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28

