Manatın sabit məzənnəsi qorunub saxlanılacaq
18.03.2009 [13:26]
Dünya iqtisadi böhranının ikinci frazasının real iqtisadiyyata keçməsi öz ağır fəsadlarını göstərməkdədir. Avropa dövlətlərinin əksəriyyətinin maliyyə bazarına sarsıdıcı zərbə vuran böhran valyuta bazarına da təsirsiz ötüşməyib. Eləcə də MDB dövlətlərinin bir çoxunda milli valyutanın devalvasiyası dərin xarakter almaqdadır. Rusiyanın mərkəzi tədavül aləti olan rublun dəyəri son bir ayda 50 faizdən çox ucuzlaşıb. Rublun dollara qarşı olan məzənnəsi ötən il 24-27 ekvivalent üzrə dəyişirdisə, indi 1 rubl 49 dollara dəyişdirilir. Eləcə də, avronun rubla qarşı məzənnəsi artıb. Bu tendensiyalar təkcə, Rusiyanın deyil, Qazaxıstanın valyuta bazarına da təsir göstərib. Qazax tengəsi son bir ayda 25-30 faiz devalvasiyaya uğrayıb. ümumiyyətlə, bu proses demək olar ki, bütün ölkələrin maliyyə bazarında müşahidə olunmaqdadır.
Azərbaycanda isə dərin makroiqtisadi təməllərin yaradılması, maliyyə sabitliyinin möhkəmlənməsi istiqamətində çevik iqtisadi addımların atılması, ən əsası isə Milli Bank tərəfindən həyata keçirilən pul-kredit siyasətinin səmərəliliyi milli valyutanın bazarda aktiv pul aləti kimi çəkisinin artırılmasına səbəb olub. Bütün dövlətlərin milli valyutası dəyərini itirdiyi halda, Milli Bankın həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan manatının məzənnəsi əhəmiyyətli dərəcədə möhkəmlənib. Azərbaycanın milli valyutası o qədər möhkəmlənib ki, hətta dolların real dəyəri yanvar ayından indiyədək MDB zonasında, ümumilikdə, 18-22 faiz artsa da, respublikamızda eyni tempdə qalıb.
Son dövrlər bəzi dairələrdə belə rəy yaratmağa çalışırlar ki, manatın pul bazarında əsas tədavül aləti kimi dəyəri kəskin şəkildə ucuzlaşır. Guya milli valyutaya olan tələb depozit və kredit əməliyyatlarında da özünü göstərir. Manatın dollarla nisbətdə ucuzlaşmasının baş verdiyini iddia edənlər belə bir arqumentlərlə çıxış edirlər ki, bütün dövlətlərdə dollar bahalaşır, yerli valyutalar devalvasiyaya uğrayır, ona görə də, Azərbaycan manatını da belə bir aqibət gözləyir. Onlar bunu ilin əvvəlindən manatın dollara qarşı 0,5 faiz ucuzlaşması ilə əsaslandırmağa çalışırlar. Bu faktorun üzərində dayananlar unudurlar ki, manat ötən iki ayda avroya qarşı isə 7,8 faiz möhkəmlənib. Dollar isə cəmi 0,5 faiz dəyər qazanıb, bu nisbi göstərici dolların manata adekvat üstünlük qazanmasını əsaslandırmır. Manat 10-15 faiz ucuzlaşsa belə dolların strateji valyuta vasitəsi olması anlamını yaratmır. Manat bu müddətdə dollarla nisbətdə cəmi 15 qəpik ucuzlaşıb. Hətta dolların manatla eyni proporsiya üzrə, yəni, 1 manat = 1 dollar nisbəti də heç bir narahatlıq yarada biləcək tendensiya sayıla bilməz. Dolların məzənnəsi manatdan 5-10 faiz artıq olsa belə, bunun milli valyutanın dəyər predmeti kimi qiymətdən düşməsini düşünmək sadəlövhlük olardı. Azərbaycan yeganə ölkələrdəndir ki, denominasiyadan sonra milli valyutası pul aləti kimi dəyərini artırmaqda davam edir. Bu cür gülünc arqumetləri ortaya atanlar başa düşmürlər ki, Azərbaycanda real iqtisadiyyat və maliyyə bazarı həddindən artıq güclü olduğundan maliyyə bazarında dollarlaşmanın mənfi fəsadları mümkün deyil. ölkəmizdə həyata keçirilən pul siyasətinin makro və mikroiqtisadi diaqnostikasının gücləndirilməsi, makromodellər vasitəsilə iqtisadiyyatın gözlənilən vəziyyəti üzrə zəruri simulyasiyalar aparılması, eləcə də, monetar siyasətin balanslaşdırılmış sistem üzrə aparılması manatın davamlılığını möhkəmləndirir.
ümumiyyətlə, mövcud ssenarilərin həyata keçirilməsi onu ehtiva edir ki, Azərbaycanda milli valyutanın devalvasiyasına zərurət yoxdur. Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov da bildirib ki, bu gün valyuta bazarında çoxseqmentli proseslər gedir. Milli valyutanın dəyərinin dəyişməsinə gətirən bir neçə amil mövcuddur, onların bir hissəsi devalvasiyaya səbəb ola bilərsə, digərləri əksinə, milli valyutanın möhkəmlənməsinə əsas kimi qiymətləndirilə bilər. Yəni, manatın möhkəmlənməsi üzrə amillər devalvasiya amillərindən daha güclüdür. Bu isə manatın sabit valyuta kimi qalmasını bir daha şərtləndirir. E.Rüstəmovun dediyi kimi, Azərbaycanda manatın devalvasiyası nəzərdə tutulmur və manatın sabit məzənnəsi qorunub saxlanılacaq. Respublikamızın kifayət qədər strateji valyuta ehtiyatlarının olması da bu stabilliyə mühüm baza yaradan faktor sayıla bilər. ölkəmizdə güclü makroiqtisadiyyat potensialının yaradılması, iqtisadiyyatda maliyyə ehtiyatlarının artması iqtisadi islahatların keçirilməsinə şərait yaratmaqla bərabər, böhrana qarşı immuniteti gücləndirir. Beynəlxalq təşkilatların analitikləri də bəyan edirlər ki, Azərbaycan, hətta maliyyə böhranı şəraitində stabillik kriteriyalarına görə, iqtisadi inkişaf, maliyyə stabilliyi reytinqi üzrə MDB, Şərqi Avropa və Mərkəzi Asiya ölkələrini qabaqlayır. Bütün bu amillər onu şərtləndirir ki, Azərbaycanın iqtisadiyatının və maliyyə bazarının güclü olması valyuta sistemində davamlılığı artırır və milli valyutanın aktiv, aparıcı dəyər aləti kimi mövqeyini möhkəmləndirir.
ELBRUS CƏFƏRL
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12
YAP xəbərləri
12 Yanvar 23:07
Hadisə
12 Yanvar 22:58
YAP xəbərləri
12 Yanvar 22:32
Sosial
12 Yanvar 22:17
Dünya
12 Yanvar 21:46
Dünya
12 Yanvar 21:20
YAP xəbərləri
12 Yanvar 21:19
Dünya
12 Yanvar 20:52
YAP xəbərləri
12 Yanvar 20:46
YAP xəbərləri
12 Yanvar 20:37
Dünya
12 Yanvar 20:10
İqtisadiyyat
12 Yanvar 19:49
YAP xəbərləri
12 Yanvar 19:24
İqtisadiyyat
12 Yanvar 19:15
YAP xəbərləri
12 Yanvar 18:31
İdman
12 Yanvar 18:25
Sosial
12 Yanvar 18:25
Siyasət
12 Yanvar 18:17
YAP xəbərləri
12 Yanvar 18:00
YAP xəbərləri
12 Yanvar 17:47
Sosial
12 Yanvar 17:14
Siyasət
12 Yanvar 16:50
Siyasət
12 Yanvar 16:49
Siyasət
12 Yanvar 16:33
Siyasət
12 Yanvar 16:32
Siyasət
12 Yanvar 16:32
Sosial
12 Yanvar 16:31
YAP xəbərləri
12 Yanvar 16:15
Dünya
12 Yanvar 16:08
Sosial
12 Yanvar 16:06
YAP xəbərləri
12 Yanvar 15:29
Gündəm
12 Yanvar 15:22
YAP xəbərləri
12 Yanvar 15:13
Hərbi
12 Yanvar 14:21
İqtisadiyyat
12 Yanvar 14:06
Sosial
12 Yanvar 13:11

