Bakıda XXII Beynəlxalq “Xəzər Neft və Qaz” konfransı öz işinə başlayıb
04.06.2015 [09:44]
İyunun 3-də Bakıda XXII Beynəlxalq “Xəzər Neft və Qaz” konfransı öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, “ITE Group” şirkətinin baş müşaviri Ser Endryu Vud konfransda 30 ölkədən 500-dən çox nümayəndənin iştirak etdiyini, ildə bir dəfə keçirilən bu cür görüşlərin həm mütəxəssislər, həm də bütövlükdə neft-qaz sənayesi üçün çox vacib olduğunu deyib.
“Avrasiya enerji təchizatı təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda plenar sessiyada çıxış edən Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib ki, hər bir ölkə öz enerji mənbələrinin diversifikasiyasında maraqlıdır və bu istiqamətdə çalışır. Avropa ölkələrində ildən-ilə enerji mənbələrinə tələb və bu resursların idxalı artır.
“Bu gün Avropa ölkələri 90 faiz xam nefti, 60 faiz təbii qazı, 42 faiz kömürü idxal edir. Ümumilikdə bu ölkələr gündəlik 1 milyard avro dəyərində enerji resurslarını almağa məruz qalıblar və bu rəqəm ildən-ilə artır. 2035-ci ildə isə Avropada bu resursların idxalının xeyli artacağı gözlənilir”, - deyə nazir qeyd edib.
Polşa Respublikasının Baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinski ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolundan danışaraq bildirib ki, bu gün Azərbaycan qitəni təbii qazla təmin etmək üçün olduqca əhəmiyyətli layihələr reallaşdırır və Polşa Azərbaycanın bu səylərini dəstəkləyir.
Türkiyənin enerji və təbii sərvətlər nazirinin müavini Səfa Sadiq Aytəkin isə Azərbaycan ilə Türkiyənin birgə reallaşdırdığı Trans-Anadolu qaz boru kəmərinin - TANAP-ın əhəmiyyətindən söhbət açıb. “TANAP “Cənub” qaz dəhlizinin ən önəmli hissəsidir və o digər layihələrinin həyata keçirilməsində önəmli rol oynayacaq”, - deyə nazir müavini qeyd edib.
Böyük Britaniyanın sabiq energetika naziri və Böyük Britaniya Baş nazirinin Azərbaycanda xarici ticarət elçisi Çarlz Hendri qeyd edib ki, Azərbaycan bu gün öz təbii ehtiyatlarının, coğrafi mövqeyinin üstünlüklərindən istifadə edərək çox cəsarətli addımlar atır və mühüm layihələr reallaşdırır.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib ki, bu gün Azərbaycanda, eləcə də Xəzərin şərq sahillərində hasil olunan enerji daşıyıcıları beynəlxalq bazarlara diversifikasiya olunmuş ixrac boru kəmərləri vasitəsilə nəql edilir. “Eyni zamanda, Xəzərin Azərbaycan sektorunda yeni yataqlar, o cümlədən nəhəng “Şahdəniz” yatağı, “Əşrəfi”, “Qarabağ”, “Abşeron” və “Ümid” yataqları açılıb. Azərbaycan qarşıdakı uzun müddət üçün öz enerji təhlükəsizliyini tam təmin edib, region ölkələrinin enerji təhlükəsizliyində isə etibarlı təchizatçı kimi mühüm rol oynayıb”, - deyə R.Abdullayev qeyd edib.
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel isə son dövrlərdə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda görülən işlərdən, həmçinin də Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin - (BTC) əhəmiyyətindən danışıb.
Trans-Adriatik qaz boru kəmərinin - (TAP) icraçı direktoru Yan Bradşou qeyd edib ki, İtaliya hökuməti kəmərin tikintisinə 2016-cı ilin mayından başlanılması haqqında qərar qəbul edib. Uzunluğu təxminən 870 kilometr olan bu boru kəməri Azərbaycanın “Şahdəniz-2” yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur.
Sessiyada “Schlumberger” şirkətinin Rusiya və Mərkəzi Asiya üzrə prezidenti Sayqı Gökanın “İnteqrasiya - mürəkkəb strukturlu kollektorlarla bağlı həll variantı”, “Botaş” şirkətinin baş direktorunun müavini Nedim Özyolun “Botaş” layihələrinin icmalı və onları cari vəziyyəti”, “Bulgargaz” şirkətinin icraçı direktoru Petyo İvanovun “Bolqarıstanda təbii qaz nəqli üçün diversifikasiya imkanları” və “Eustream Slovak Gas” şirkətinin beynəlxalq inkişaf və xarici əlaqələr üzrə prezidenti Mirek Topolanekin “Şərq dairəsi - Xəzər qazı üçün əsas nəql istiqaməti” mövzularında məruzələri dinlənilib.
Konfrans işini “Neft və qaz sektorunda böyük sənaye layihələrinin maliyyəsi və inkişafının təmini” və “Xəzəryanı regiondan neft-qaz təchizatının diversifikasiyası” adlı sessiyalarla davam etdirib.
Xəbər lenti
Hamısına baxDünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49

