“Caspian Agro 2015” və Beynəlxalq Qida Sənayesi sərgilərində 293 şirkət iştirak edəcək
21.05.2015 [09:28]
Mayın 21-dən 23-dək Bakı Ekspo Mərkəzində 9-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (“Caspian Agro 2015”) və 21-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgiləri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə mayın 20-də mətbuat konfransı keçirilib. Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Prezident İlham Əliyevin aqrar sektora daim diqqət və qayğı ilə yanaşdığını, bu sahənin prioritet elan olunduğunu bildirib.
Nazir müavini qeyd edib ki, hazırda ölkə əhalisinin təqribən 50 faizi regionlarda yaşayır, məşğul əhalinin 40 faizi isə aqrar sahədə çalışır. Aqrar sahənin inkişafı ilə bağlı Prezident tərəfindən mühüm sərəncam və fərmanlar imzalanıb. Son illərdə bu istiqamətdə xeyli işlər görülüb, ciddi islahatlar aparılıb. Məhsul istehsalçılarına güzəştli kreditlərin verilməsi, subsidiyaların həcminin 25 faiz artırılması, kənd təsərrüfatı texnikasının lizinqinə 4 faizlik güzəştin tətbiq olunması, regionlarda kənd təsərrüfatı üzrə idarələrin yaradılması və digər tədbirlər bu sahədə aparılan islahatların tərkib hissəsidir.
“Caspian Agro” sərgisinin əhəmiyyətindən danışan nazir müavini vurğulayıb ki, sərgi mütəxəssislər arasında görüşlərin keçirilməsi, kənd təsərrüfatı sahəsi üçün texnika və avadanlıqların, habelə məhsul və xidmətlərin nümayişi baxımından özünü doğruldub. Uzun illərdir ki, Kənd Təsərrüfatı Nazirliyi “Caspian Agro” sərgisinə fəal və mühüm dəstək verir. Sərgi Prezident İlham Əliyevin təsdiqlədiyi “Kənd təsərrüfatı ili”nə həsr olunmuş Tədbirlər planına daxil edilib və bu, “Caspian Agro 2015” sərgisinin inkişafına müsbət təkan verməklə yanaşı, ona marağı daha da artırıb.
Məlumat verilib ki, “Caspian Agro 2015” Bakı Ekspo Mərkəzinin iki pavilyonunu və meydançasını tutacaq. Bu il hər iki sərgidə 39 ölkədən 293 şirkət iştirak edəcək. Onların arasında Almaniya, Yunanıstan, İtaliya, İspaniya, Koreya, Niderland Krallığı, Rusiya, ABŞ, Türkiyə, Ukrayna, Fransa və digər ölkələrdən kənd təsərrüfatı məhsulları və avadanlıqlarının istehsalçıları və distribyutorları var. İlk dəfə olaraq, sərgidə Şri-Lanka və İordaniya şirkətləri də məhsullarını nümayiş etdirəcəklər.
Azərbaycanın regionlarından gələn sahibkar və fermerlərin ən yeni avadanlıq və texnika ilə tanış olmaları üçün ənənəvi infoturlar (məlumatlandırma turları) təşkil olunacaq. Bütövlükdə, sərgi kənd təsərrüfatı sahəsinin ən aktual istiqamətlərini əhatə edəcək və bir sıra yeni məhsulla tanış olmaq imkanı yaradacaq. Bu məhsullara quşçuluq fabrikləri, istixana və heyvandarlıqda istifadə olunan avadanlıqlar, suvarma sistemləri, substratlar (bitki qidalandırıcı maddələr), heyvan və balıqlar üçün yemlər, habelə toxumlar, mineral gübrələr və s. daxildir.
Sərgidə kənd təsərrüfatı texnikasının ekspozisiyasına geniş yer ayrılacaq. Burada “Klever”, “Rostselmaş” (Rusiya), Gəncə Avtomobil Zavodu, “Motor Sich” (Ukrayna), “New Holland” (İtaliya), “Sampo” (Finlandiya), “Fliegle” (Almaniya), “Maschio Gaspardo” (İtaliya) şirkətlərinin, eləcə də digər istehsalçı və distribyutorların təklif etdikləri müxtəlif kənd təsərrüfatı məhsullarını yığan texnika, traktorlar, toxum səpən maşınlar, kombaynlar, habelə digər kənd təsərrüfatı təyinatlı aqreqatlar nümayiş olunacaq.
Xəbər lenti
Hamısına baxDünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57

