Culfa rayonunun Şurud kəndində quruculuq işləri aparılıb
23.01.2015 [09:36]
“Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən muxtar respublikanın yaşayış məntəqələrinin tarazlı inkişafının təmin olunması, kəndlərin infrastrukturunun yenilənməsi diqqət mərkəzində saxlanılır. Bu sahədə görülən işlər Culfa rayonunun Şurud kəndini də əhatə edib. Rayon mərkəzindən 23 kilometr aralıda - hündür dağ silsilələrinin ətəyində yerləşən Şurudun quruculuq xəritəsi ötən ildən başlayaraq xeyli genişlənib, kənddə yeni sosial obyektlər tikilib, Şurud kənd tam orta məktəbinin binasında əsaslı yenidənqurma işləri aparılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, yanvarın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Şurud kəndinə gəlib, məktəb binasında yaradılan şərait və tədrisin vəziyyəti ilə maraqlanıb.
Bildirilib ki, yenidənqurma işləri aparılarkən məktəb binasının döşəməsi, tavanı, qapı və pəncərələri dəyişdirilib, sinif otaqları və fənn kabinələri müasir tədris metodlarına uyğun qurulub. Hazırda məktəbdə 2-si elektron lövhəli olmaqla 11 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, kompyuter otağı, kitabxana, müəllimlər otağı, hərbi kabinə, şahmat sinfi, idman zalı, açıq idman meydançası və bufet vardır.
Məktəbin kitabxanasındakı 1468 kitab müəllim və şagirdlərin asudə vaxtlarının səmərəli təşkilinə imkan verəcəkdir.
Ali Məclisin sədri məktəbin mütəmadi olaraq elektron dərsliklərlə təmin olunması və kitabxana fondunun yeni nəşr olunan ədəbiyyatlarla zənginləşdirilməsi barədə tapşırıqlar verib.
Müəllimlərlə görüşən Ali Məclisin sədri deyib ki, bu gün Şurud kənd tam orta məktəbi müasir tədrisin tələbləri səviyyəsində qurulub. Məktəbdə tədrisin normal təşkili üçün lazımi şərait yaradılıb, elektron tədris avadanlıqları qurulub, internetə çıxış təmin edilib. Məktəbin nailiyyətləri uğurludur və 1 müəllim Azərbaycan Respublikasının “Əməkdar müəllimi” fəxri adına layiq görülüb.
Ali Məclisin sədri qazanılan nailiyyətlərə görə məktəbin pedaqoji kollektivinə təşəkkürünü bildirib, onlara gələcək tədrisdə uğurlar arzulayıb.
Yanvarın 22-də Şurud Kənd Mərkəzinin də açılışı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış mərasimində iştirak edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Şurud kəndində aparılan abadlıq-quruculuq işləri münasibətilə sakinləri təbrik edərək deyib ki, muxtar respublikada dağ və sərhəd kəndlərinin abadlaşması, yenidən qurulması diqqət mərkəzində saxlanılır, kompleks tikinti-quruculuq işləri aparılır. Həyata keçirilən bu tədbirlər sakinlərin rahat yaşayışının təmin olunmasına xidmət edir. Kəndin abadlaşması və infrastrukturun müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq qaz xətti çəkilib, elektrik enerjisinin fasiləsiz verilişi təmin olunub. Dövlətin yaratdığı şəraitin nəticəsidir ki, ucqar dağ kəndi olmasına baxmayaraq, bu gün Şuruda fiber-optik kabel çəkilib, yeni ATS quraşdırılıb, sakinlərin internetə çıxış imkanı yaradılıb.
Ali Məclisin sədri yaradılan şəraitdən səmərəli istifadə olunacağına əminliyini bildirib, sakinlərə firavan həyat arzulayıb, açılışı bildirən lenti kəsib.
Həmin gün Şurudda yeni xidmət mərkəzi də istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov mərkəzin açılışını edib.
Bildirilib ki, ucqar dağ kəndlərində xidmət mərkəzlərinin tikilib istifadəyə verilməsi mühüm əhəmiyyət daşıyır. Məhz bu xidmət sayəsində sakinlər uzun məsafə qət etmir, gündəlik tələbatlarını öz kəndlərində ödəyirlər.
Xidmət mərkəzi ilə tanışlıqdan sonra Ali Məclisin sədri sakinlərlə görüşüb.
* * *
Naxçıvan Muxtar Respublikasında abadlıq-quruculuq işləri 2015-ci ildə də davam etdirilir. Bu tədbirlər çərçivəsində bu il Culfa rayonunun Gal kəndində geniş quruculuq işləri aparılacaqdır.
Yanvarın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Gal kəndinə gəlib, kənd məktəbinin mövcud vəziyyəti və dövlət qurumlarının fəaliyyəti ilə maraqlanıb.
Məlumat verilib ki, kənd məktəbinin binası müasir tələblərə cavab vermir. Kənddə yeni məktəb binası, kənd və xidmət mərkəzlərinin inşa olunması nəzərdə tutulub.
Ali Məclisin sədri tikinti aparılacaq ərazilərə baxıb, obyektlərin layihələndirilməsi və inşaat işlərinə başlanılması barədə tapşırıqlar verib.
Xəbər lenti
Hamısına baxHadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Gündəm
15 Sentyabr 18:37
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24

