/ / “İnsan resurslarının inkişafı sahəsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə dəstək” Tvinninq layihəsi təqdim olunub
“İnsan resurslarının inkişafı sahəsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə dəstək” Tvinninq layihəsi təqdim olunub
25.09.2014 [10:14]
Fazil Məmmədov: Sözügedən layihə həm də Azərbaycanın vergi xidməti ilə Fransa və İspaniya vergi administrasiyaları arasında yeni əməkdaşlıqlar üçün imkanlar açacaq
Dünən Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti çərçivəsində “İnsan resurslarının inkişafı sahəsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə dəstək” Tvinninq layihəsinin təqdimatı keçirilib. Azərbaycan Respublikasının vergilər naziri Fazil Məmmədov təqdimat mərasimini giriş sözü ilə açaraq, Tvinninq layihəsinin həyata keçirilməsinə yardımçı olan Avropa İttifaqına, onun Azərbaycandakı nümayəndəliyinə minnətdarlığını bildirib.
Tədbirə moderatorluq edən Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə sürətlə inkişaf edən ölkə iqtisadiyyatına uyğun vergi inzibatçılığının formalaşdırılmasında bu sahədə çalışan insanların peşə hazırlığı səviyyəsinin daim yüksəldilməsinin vacibliyinə toxunub. Natiq, həmçinin, Vergilər Nazirliyində son illər bir çox mütərəqqi layihələr, o cümlədən, Avropa İttifaqının dəstəyi ilə elektron audit layihəsinin uğurla həyata keçirildiyini, bu gün də Avropa İttifaqı ilə yeni bir Tvinninq layihəsinə start verilməsini yüksək qiymətləndirib.
Təqdimat mərasimində çıxış edən vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, Vergilər Nazirliyi milli vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsinə xüsusi önəm verir, həmçinin, daim bu sahədə mövcud olan qabaqcıl beynəlxalq təcrübəni öyrənərək öz işini yüksək dünya və Avropa standartları səviyyəsində qurmağa çalışır. Son illər bu məqsədlə bir sıra iri layihələr reallaşdırılıb ki, bunlar da Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən modernizasiya siyasətinin göstəricisidir. İnsan resurslarının idarə olunması həmişə prioritet məsələlərdən hesab edilir və Vergilər Nazirliyi insan resurslarından səmərəli istifadə olunmasını təmin etmək məqsədilə hələ 2004-cü ildə “Dövlət vergi orqanlarında insan resurslarının inkişafı strategiyasının Konsepsiyası”nı qəbul edib. Konsepsiyada əksini tapmış hədəflərə çatmaq üçün həm daxili, həm də kənar mənbələr hesabına insan resurslarının sistemli şəkildə inkişafının uzunmüddətli strategiyasının hazırlanmasının vacibliyini vurğulayan nazir müavini bildirib ki, işçilərin bilikləri mənimsəməsi, onların motivasiyasının stimullaşdırılması və peşəkar karyera yüksəlişinin təmin olunması üçün şəffaflıq və azad rəqabət prinsipləri əsasında formalaşan, müasir tələblərə və gələcəyə yönəlmiş tənzimləyici normativlər və qaydalar işlənib hazırlanmalıdır.
Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri, səfir Malena Mard, Avropa İttifaqı tərəfindən layihə rəhbərləri - İspaniya Maliyyə Nazirliyinin Vergi araşdırmaları mərkəzinin rəhbəri Qonzalo Qomez de Liano və Fransanın Maliyyə Nazirliyinin Şərq Regional Vergi idarəsinin rəhbəri Noel Klaudon, layihənin rezident tvinninq məsləhətçisi Pilar de Enterria, Vergilər Nazirliyi tərəfindən layihənin rəhbəri, vergilər nazirinin müşaviri Asəf Əsədov təqdimatlarla çıxış edərək layihə barədə ətraflı məlumat veriblər.
Məlumat üçün bildirək ki, Tvinninq layihəsinin 2014-cü ilin sentyabr ayının 1-dən başlayaraq İspaniya və Fransanın vergi administrasiyaları ilə birgə 2 il müddətində həyata keçirilməsi nəzərdə tutulur. Avropa Komissiyası ekspertlərinin rəylərinə əsasən, onun tətbiqi sayəsində üç əsas nəticə əldə olunacaq. Birincisi, İnsan resurslarının uzunmüddətli və çoxməqsədli İnkişaf Strategiyası və İnkişaf Planı hazırlanacaq. İkincisi, Vergilər Nazirliyinin insan resurslarının inkişafı və səmərəli idarəetməsinin təmin edilməsi üçün tənzimləyici rol oynayan ən müasir normativ qaydalar və metodoloji rəhbərliklər toplusu hazırlanacaq və tətbiq ediləcək. Üçüncüsü isə, İnsan resurslarının uzunmüddətli İnkişaf Strategiyası və Tədbirlər Planına uyğun olaraq, işçi heyətinin peşəkarlıq səviyyəsinin daim artırılmasını təmin etmək üçün Avropa İttifaqının ən müasir təcrübəsinə uyğun və müasir informasiya texnologiyalarına əsaslanan dayanıqlı təhsil və çoxpilləli treninq sistemi tətbiq ediləcək.
Tədbirə yekun vuran vergilər naziri Fazil Məmmədov Tvinninq proqramlarının əhəmiyyətini qeyd edərək bildirib ki, belə layihələr yalnız texniki yardımı ifadə etmir, eyni zamanda, bu yardımı alan və yardım göstərən ölkələrin müvafiq qurumları arasında layihə başa çatdıqdan sonra da davam edən əməkdaşlığı nəzərdə tutur. Bu baxımdan sözügedən layihə həm də Azərbaycanın vergi xidməti ilə Fransa və İspaniya vergi administrasiyaları arasında yeni əməkdaşlıqlar üçün imkanlar açacaq.
Tədbirdə Avropa İttifaqının, BMT-nin, Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycandakı nümayəndələri, Milli Məclisin deputatları, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, ali təhsil müəssisələrinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57

