Paytaxtın Nərimanov rayonu dinamik inkişaf yolundadır
19.07.2014 [11:10]
İyulun 18-də Nərimanov rayon İcra Hakimiyyətində 2014-cü ilin birinci yarısı üzrə sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib.
AzərTAc xəbər verir ki, yığıncaq iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin rayon İcra Hakimiyyətinin inzibati binasındakı büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Hesabat məruzəsi ilə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev iyulun 10-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının ölkəmizin inkişafının təmin edildiyini, qarşıda duran bütün məsələlərin icra edildiyini diqqətə çatdıraraq ilin ikinci yarısında görüləcək işlərlə, qarşıda duran vəzifələrlə bağlı öz dəyərli tapşırıq və göstərişlərini verdiyini bildirib.
A.Fərzəliyev respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Nərimanov rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görüldüyünü vurğulayıb. Bildirilib ki, 2014-cü ilin birinci yarısının yekunlarına görə rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafı davam etdirilib. Bu müddətdə xidmətlər də daxil olmaqla 1 milyard 205,2 milyon manatlıq məhsul istehsal olunub, keçən ilin müvafiq dövrünə nisbətən 11,8 faiz artım əldə edilib, istehlakçılara 1 milyard 114,7 manatlıq sənaye məhsulu göndərilib. İstehsal olunmuş sənaye məhsulunun həcmində dövlət sektorunun xüsusi çəkisi 84,9 faiz təşkil edib. Yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 1890 daimi iş yerləri yaradılıb.
Əhalinin sağlamlığını daim diqqətdə saxlayan dövlətimizin başçısının tapşırığına əsasən, fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının icbarı tibbi müayinələrdən keçirilməsi Nərimanov rayonunda da uğurla aparılıb.
Tədbirdə Milli Məclisin deputatları Rasim Musabəyov və Adil Əliyev çıxış edərək rayonda geniş vüsət alan abadlıq-quruculuq işləri barədə öz fikirlərini bildiriblər və rayon sakinlərinin problemlərinin həlli istiqamətində görülən işlərdən məmnunluq ifadə ediblər.
Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə təltif olunmuş şəxslərə rayon İcra Hakimiyyətinin mükafatları təqdim olunub.
Xəbər lenti
Hamısına baxAnalitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20

