Azərbaycanın icmal büdcəsi ilk dəfə olaraq 23 milyard manatı ötüb
22.05.2014 [09:17]
Yaxın illərdə ümumi daxili məhsulun həcminin də əhəmiyyətli dərəcədə artması proqnozlaşdırılır
Hazırda öz inkişafına görə regionun lider dövləti olan Azərbaycanda həyatın bütün sahələrində müsbət dəyişikliklər müşahidə olunur. Təbii ki, bu inkişafın əsasında da ölkəmizdə həyata keçirilən uğurlu siyasət dayanır. Daha dəqiq desək Azərbaycanda həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində bazar iqtisadiyyatı üçün səciyyəvi qanunvericilik bazası yaradılıb, eyni zamanda, inzibati-planlı iqtisadi sistemdən liberal bazar iqtisadiyyatına keçid dövrünü başa vurmuş ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Məhz Prezident İlham Əliyevin Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyadan qaynaqlanan, həmçinin, reallıqları nəzərə alan məqsədyönlü, çevik sosial-iqtisadi siyasəti nəticəsində iqtisadi çağırışlara dayanıqlılığı ilə seçilən və ölkəmizi regionun iqtisadi liderinə çevirən milli iqtisadi inkişaf modeli formalaşıb. Bu model Azərbaycanın iqtisadi inkişafını sürətləndirməklə yanaşı, əhalinin sosial rifahının yüksəlməsində də özünü təcəssüm etdirir. Onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində uğurlarımız davamlı xarakter daşıyır və yeni-yeni nailiyyətlər qazanılır. Eyni zamanda, bu siyasət əhalinin rifahının yüksəlməsində özünü ifadə etməkdədir.
Digər tərəfdən, Azərbaycanda aparılan davamlı sosial islahatlar, hökumətin həyata keçirdiyi məqsədyönlü siyasət təkcə ölkə daxilində iqtisadi və siyasi sabitliyinin möhkəmlənməsini deyil, eləcə də, bölgədə sabitliyin qorunmasını şərtləndirib. Son dövrlərdə dünyada cərəyan edən qlobal proseslər, iqtisadi böhranlar fonunda Azərbaycanda əldə edilən tərəqqi ölkəmizin sabit, dayanıqlı iqtisadi inkişafının təzahürüdür. Bu məqamda onu da qeyd edək ki, ötən həftə Milli Məclisin iclasında 2013-cü ilin Dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin müzakirəsi zamanı ölkənin sosial-iqtisadi mənzərəsi geniş təhlil olunub, Azərbaycanın əldə etdiyi uğurlardan söhbət açılıb. İclasda çıxış edən parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, 2013-cü ildə Azərbaycanda bütün iqtisadi parametrlər müsbət istiqamətdə dəyişib. Onun sözlərinə görə, son 5 il ərzində ölkə iqtisadiyyatına 80 milyard dollar investisiya yatırılıb: “Bu gün Azərbaycanda ümumi daxili məhsulun həcmi 73 milyard dollar təşkil edir. Ölkədə adam başına düşən illik gəlir 7,8 min manat təşkil edir ki, nəticədə Azərbaycan MDB ölkələri arasında Rusiya və Qazaxıstanla birgə ilk sıraları tutur. Bu gün bunu dünyanın ən tanınmış reytinq agentlikləri də təsdiqləyir. Azərbaycanın icmal büdcəsi 2013-cü ildə 23 milyard manatı ötüb ki, bu da tariximizdə ən yüksək göstəricidir. Bir neçə ildən sonra ÜDM-nin həcminin 100 milyard manat olacağı gözlənilir”.
Milli Məclisin Komitə sədri deyib ki, bu gün Azərbaycanın sabit maliyyə bazası var: “Bu da ölkənin valyuta ehtiyatlarını formalaşdırıb. Azərbaycanın qeyri neft-qaz sektoru 56,5 faiz təmin edilib və tam icra olunub. Ölkənin dövlət borcu son bir ildə 9 faiz azalıb”.
Z.Səmədzadə onu da vurğulayıb ki, bütün dünya ölkələrində kölgə iqtisadiyyatı var: “Bu gün Azərbaycanda da bununla mütəmadi mübarizə aparılır. Bu mübarizə öz töhfələrini verib və bu da öz növbəsində vergi gəlirlərini, büdcəyə daxilolmaları artırıb”.
Onun sözlərinə görə, 2014-2018-ci illərdə də sahibkarlığın və regionların inkişafına dəstəklə bağlı Dövlət proqramları icra olunacaq: “Ölkədə aparılan satınalmalar sahəsində də irəliləyişlər var. Bu sahədə 114 milyon manat qənaət edilib. Bir faiz qənaət olunması dövlət büdcəsinə 70 milyon manat ödəniş edilməsinə gətirir”.
Z.Səmədzadə regionlarda həyata keçirilən iqtisadi layihələr, açılan yeni iş yerlərindən də danışıb: “Azərbaycan regionlarında qaynar həyat hökm sürür. Bölgələrdə aqrar sektorun, sənayenin inkişafına yönələn proqramlar həyata keçirilib. Heç bir dövlət borc almadan yaşaya bilməz. Biz o borcları innovasiyalı inkişaf naminə alırıq. Borc artırsa, ÜDM-nin həcmi ona nisbətdə daha çox artır. Bu gün dünyada 100-dən artıq ölkə var ki, borc içindədir. Cəmi 5-6 ölkə var ki, az borcu olan ölkələr sırasındadır. Azərbaycan da son illər ərzində çalışır ki, bu ölkələr sırasında yer tutsun”.
Beləliklə, qeyd olunduğu kimi, respublika rəhbərliyinin həyata keçirdiyi fəal daxili siyasət uğurlu nəticələr verir. Mövcud vəziyyətə əsaslanaraq deyə bilərik ki, Azərbaycanın həyata keçirdiyi sosial-iqtisadi siyasət perspektiv üçün də geniş imkanlar yaradır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

