/ / Heydər Əliyev strategiyası regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurlu icrasının təminatçısıdır
Heydər Əliyev strategiyası regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurlu icrasının təminatçısıdır
26.04.2014 [11:54]
Bu gün bütün dünyada yeni inkişaf modeli kimi təqdim olunan müstəqil Azərbaycanın möhkəmlənməsi bir sıra mühüm amillərlə şərtlənir. Bu amillər sırasında tam cəsarətlə dövlətin, Prezident İlham Əliyevin xüsusi qayğısı sayəsində getdikcə müasirləşən, infrastruktur təminatı, əhalinin məşğulluğunun təmin edilməsi və digər parametrlər baxımından paytaxtla eyni səviyyəyə yaxınlaşan, iqtisadi güc amilinə çevrilən bölgələrin də rolunu xüsusi qeyd etmək mümkündür. Son 10 ildə regionların sosial-iqtisadi inkişafına dair iki Dövlət Proqramının uğurla icra edilməsi, tarixən formalaşan ənənələr, coğrafi xüsusiyyətlər nəzərə alınmaqla hər bölgənin yeni inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, qarşıya qoyulan vəzifələrə lazımi maliyyə təminatı verilməsi və güclü siyasi iradə ilə dəstəklənməsi nəticəsində indi müstəqil Azərbaycanın iqtisadi potensialının böyük bir hissəsi həm də bölgələrdə cəmləşib.
Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya Azərbaycanın hərtərəfli inkişafına zəmin yaratdı
XX əsrin 90-cı illərinin əvvəllərində ikinci dəfə müstəqillik qazanan Azərbaycan çox ciddi kataklizmlərlə qarşılaşmışdı. Ölkənin o zamankı naşı, ambisiyalı siyasi rəhbərliyi hərbi, ictimai-siyasi, dövlət quruculuğu və iqtisadi sahədə yaşanan böhranı aradan qaldırmağa qadir deyildi. Yeni müstəqillik əldə etmiş Azərbaycan Respublikası AXC-”Müsavat” iqtidarının səriştəsizliyi və ambisiyaları ucbatından “ölüm, ya qalım” dilemması ilə üz-üzə dayanmışdı. Məhz belə bir ağır, ümidsiz görünən bir vəziyyətdə xalqın səsinə səs verən Ümummilli lider Heydər Əliyev ölkəyə rəhbərliyin ağır yükünü öz çiyinlərinə götürdü.
Beləliklə, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyev özünəxas müdrikliklə qısa müddətdə vətəndaş qarşıdurmasını aradan qaldırdı. Daxili sabitliyə qovuşan Azərbaycan bütün sahələrdə inkişafa, yeniləşməyə istiqamət götürdü.
Qısa müddətdə ölkədə siyasi sabitlik yaratmağa müvəffəq olan Ulu öndər Heydər Əliyev paralel surətdə iqtisadi sahədə liberallaşdırma siyasətinə, islahatlara start verdi, respublikamızda keçmiş ittifaq məkanında ilk dəfə olaraq geniş torpaq islahatı həyata keçirildi.
Əlbəttə, Azərbaycanın hərtərəfli inkişafı, o cümlədən də, dağılmış iqtisadiyyatın və bölgələrin dirçəldilməsi üçün siyasi sabitliklə, insanların inamı ilə yanaşı, həm də güclü maliyyə təminatı, investisiyalar tələb olunurdu. Ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə işləyib hazırladığı yeni neft strategiyasının reallaşdırılması Azərbaycanın iqtisadiyyatının müasir əsaslarla yenidən qurulmasına, eləcə də, bölgələrin iqtisadi potensialının hərəkətə gətirilməsinə etibarlı zəmin yaratdı.
Regionların inkişafı ilə bağlı Dövlət proqramlarının qəbul edilməsi tarixi zərurət idi
Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycanın gələcəyi baxımından Ümummilli lider Heydər Əliyevin siyasi xəttini davam etdirməyi əsas vəzifə sayan cənab İlham Əliyevin 2003-cü ildə seçicilərin mütləq çoxluğunun inamını qazanaraq dövlət başçısı seçilməsi xalqımız və ölkəmiz üçün çox mühüm hadisə oldu. Cənab İlham Əliyev seçkiqabağı təbliğat-təşviqat kampaniyası çərçivəsində yerlərdə keçirdiyi görüşlərdə Prezident seçiləcəyi təqdirdə Ümummilli lider Heydər Əliyevin Azərbaycanın hərtərəfli inkişafı ilə bağlı siyasətini irəli aparacağına, bölgələrin inkişafına xüsusi diqqət yetirəcəyinə dair praqmatik vədlər verirdi. Azərbaycan vətəndaşları İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətə başladığı elə ilk günlərdən Onun Öz vədlərinə sadiq qaldığının şahidi oldular. Xüsusi qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin qayğısı sayəsində qısa müddətdə ölkənin regionlarını güclü inkişaf dalğası bürüdü.
Bu inkişaf dalğasının yaranmasında, əlbəttə ki, Prezident İlham Əliyevin 11 fevral 2004-cü il və 14 aprel 2009-cu il tarixli fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafı ilə bağlı birinci (2004-2008-ci illər) və ikinci (2009-2013-cü illər) Dövlət proqramları müstəsna rol oynadı. Sözügedən Dövlət proqramlarının qəbul olunması tarixi zərurətlə bağlı idi və bir sıra amillərlə şərtlənirdi. Neft sektorundan gələn gəlirlərin iqtisadiyyatın real sektoruna, o cümlədən də, bölgələrin canlandırılmasına yönəldilməsi ölkənin qarşısında yeni inkişaf perspektivlərinin açılması demək idi. Prezident İlham Əliyev regionların inkişafını ilk növbədə dövlətin qarşısında duran mühüm vəzifə kimi səciyyələndirirdi. Bölgələrin inkişafı üçün infrastruktur layihələrinin icrası, sahibkarlığın inkişaf etdirilməsi, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, ərzaq təminatı və bu əsaslarla da bölgələrdə yoxsulluğun, işsizliyin aradan qaldırılması, bütün bu məsələlərin bir-biri ilə əlaqəli şəkildə həll edilməsi Dövlət proqramlarının əsas mahiyyətini təşkil edir. Təsadüfi deyil ki, son 10 ildə uğurla reallaşdırılan iki Dövlət Proqramı ölkəmizin dayanıqlı inkişafında, iqtisadiyyatımızın həm də coğrafi baxımdan şaxələndirilməsində, məqsədsiz miqrasiyanın qarşısının alınmasında çox mühüm rol oynayıb.
10 ildə iki Dövlət Proqramının uğurla həyata keçirilməsi Azərbaycanın iqtisadi mənzərəsini əsaslı şəkildə dəyişib
Son 10 ildə Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi davamlı inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla irəli aparılması, o cümlədən də, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan iki Dövlət Proqramında qarşıya qoyulan hədəflərin gerçəkləşdirilməsi sayəsində Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasında qərar tutub. Respublika iqtisadiyyatı 3,4 dəfə artıb. Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan Cənubi Qafqazın lider ölkəsinə çevrilib və bu regionun iqtisadiyyatının dörddə üçü respublikamızda cəmləşib. Ölkəmizdə sənaye istehsalı 2,7 dəfə artıb. Əsas məqamlardan biri ondan ibarətdir ki, Dövlət proqramlarının reallaşdırılması nəticəsində son illərdə qeyri-neft sektorunda artım neft sektorunda müşahidə edilən artımı üstələyib. Ötən il qeyri-neft sektorunda artım təqribən 10 faiz təşkil edib ki, bu da kifayət qədər yaxşı göstəricidir. 10 il ərzində ölkə iqtisadiyyatına yönəldilən 160 milyard dollar həcmində sərmayə Azərbaycan iqtisadiyyatına böyük təkan verib. İqtisadiyyatımıza qoyulan investisiyaların strukturunda baş verən dəyişiklik də çox önəmlidir. Belə ki, sərmayələrin strukturunda daxili investisiyalar xarici investisiyaları üstələyir ki, bu da iqtisadiyyatımızda müsbət meyillərin artmasından xəbər verir.
Dövlət proqramlarının icrası ölkədə sahibkarlığın da inkişafına güclü təkan verib. Son 10 il ərzində Prezident İlham Əliyev bölgələrdə 1200-dən çox sahibkarlıq obyektinin açılışında şəxsən iştirak edib. Sahibkarların ölkə iqtisadiyyatına sərmayə qoyuluşunu təmin etmək üçün dövlət tərəfindən konkret proqramlar icra olunur. İndiyədək sahibkarlığın inkişaf etdirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 1 milyard 200 milyon manat investisiya ayrılıb. O cümlədən, ölkə iqtisadiyyatında daha artıq əhəmiyyət daşıyan sahələri inkişaf etdirmək üçün Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli kreditlər ayrılır. Ölkədəki çoxminli milli sahibkarlar ordusu isə dövlət başçısının “Sahibkarlara öz dəstəyimi həmişə göstərmişəm, göstərəcəyəm” sözlərindən daha da ruhlanaraq iqtisadiyyatımızın inkişafına bundan sonra da sanballı töhfələr vermək əzmi nümayiş etdirirlər.
İki Dövlət Proqramı çərçivəsində ölkəmizdə infrastruktur layihələrinin, o cümlədən də, enerji potensialının yaradılması istiqamətində böyük iş həcmi yerinə yetirilib. Azərbaycanda 10 il ərzində 17 elektrik stansiyası istifadəyə verilib. Onların ümumi generasiya gücü isə 2300 meqavatdır. Müqayisə üçün deyək ki, hazırda respublikamızın ümumi generasiya gücü 6300 meqavatdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, əgər son illərdə yaradılan elektrik stansiyaları tikilməsə idi, bu gün ölkəmizin təxminən 30 faizi işıqsız qalardı və heç bir sənaye inkişafından söhbət gedə bilməzdi.
Son 10 ildə yol infrastrukturunun yenilənməsini, şəhər və kəndlərin abadlaşdırılmasın, yaşayış məntəqələrinin qazlaşdırılmasın, kommunal sektorda reallaşdırılan infrastruktur layihələrini, eləcə də, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində görülən işləri də nəzərə alsaq, iki Dövlət Proqramının Azərbaycanın mənzərəsini necə dəyişdiyi barədə konkret təsəvvür yaranar. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan sayca III Dövlət Proqramında (2014-2018-ci illər) isə başlanan bütün infrastruktur layihələrini tamamlamaq və yeni hədəflərə çatmaq nəzərdə tutulub.
Dövlət proqramlarının əsas qayəsi həm də onların dərin sosial məzmunu ilə xarakterizə olunur
Haqqında bəhs olunan Dövlət proqramlarında sosial sfera ilə bağlı məsələlər prioritet təşkil edir. Ölkəmizdə dinamik iqtisadi inkişaf sosial məzmunlu layihələrlə tamamlanır.
Sözügedən iki proqramın icrası nəticəsində ölkənin müxtəlif bölgələrində bir sıra su layihələri icra olunub. Artıq respublikamızda insanlara 24 saat ərzində fasiləsiz olaraq Dünya Səhiyyə Təşkilatının standartları səviyyəsində keyfiyyətli su verilir. Yeni Dövlət Proqramında bu istiqamətdə işləri davam etdirmək, respublikanın əksər kəndlərinə su xətləri çəkmək nəzərdə tutulub.
Son 10 il ərzində respublikamızda 2700 yeni məktəb istifadəyə verilib, 500-dən çox tibb müəssisəsi tikilib və yaxud təmir edilib, ölkənin müxtəlif regionlarında 41 Olimpiya İdman Kompleksi yaradılıb və daha 8-i tikilir. Dövlət proqramlarının icrası nəticəsində ölkədə 1 milyon 200 min iş yeri açılıb ki, onların da 900 mini daimi iş yerləridir. Respublikada yoxsulluq təqribən 50 faizdən 5,3 faizə enib. İşsizlik 5 faiz təşkil edir. Bu göstəricilərə görə Azərbaycan hətta inkişaf etmiş ölkələri belə qabaqlayır.
Bütün bunlar ölkəmizdə neft kapitalın insan kapitalına çevrilməsinin, instisional inkişaf istiqamətində məqsədyönlü siyasət həyata keçirilməsinin, insan amilinə yüksək dəyər verilməsinin bariz nümunələridir.
Mübariz ABDULLAYEV
İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən jurnalistlər arasında
elan edilmiş yaradıcılıq
müsabiqəsinə təqdim edilir
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
20 Sentyabr 19:23

YAP xəbərləri
20 Sentyabr 19:15

YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41
