Xətai rayonunda 2014-cü ilin I rübünün yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib
19.04.2014 [13:59]
Dünən Xətai rayon İcra Hakimiyyəti (RİH) 2014-cü ilin I rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirib. Hesabat məruzəsi ilə çıxış edən Xətai RİH başçısı Razim Məmmədov bildirib ki, ötən dövrdə rayonun iqtisadi göstəriciləri yüksək olub. Belə ki, ötən rübdə rayonun iqtisadi və sosial sahələrində baş vermiş dəyişiklikləri əks etdirən makroiqtisadi göstəricilər təhlil edilərkən müəyyən olunub ki, rayonda məhsul istehsalı və xidmət sahələrinin dinamik inkişafı təmin olunub, onlara mütənasib olaraq rayonda sosial məsələlər uğurla həll edilib.
R.Məmmədov qeyd edib ki, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının Xətai rayonunda icrası bu ilin birinci rübündə də uğurla davam etdirilib.
Daha sonra tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycanın inkişaf istiqamətlərindən söz açıb. Bildirib ki, bu günlərdə Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda səslənən fikirlər, qeyd olunan məqamlar bir daha onu göstərir ki, ölkəmiz dinamik sürətlə inkişaf edir: “Bu gün Azərbaycanda böyük sosial, infrastruktur layihələri uğurla icra edilir. Qəbul edilən və müvəffəqiyyətlə həyata keçirilən dövlət proqramları insanların rifah halının daha da yaxşılaşmasına, paytaxt Bakı ilə yanaşı, respublikanın bütün bölgələrinin sürətlə inkişaf etməsinə, yeniləşməsinə xidmət edir. Digər rayonlar kimi, bu gün Xətai rayonunda da genişmiqyaslı tikinti-quruculuq, abadlıq işləri görülür. Rayonun siması günbəgün müsbət mənada dəyişir. Hesab edirəm ki, biz hər birimiz dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasətə dəstək olmalı, əlimizdən gələni əsirgəməməliyik”.
YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov da çıxışında əldə olunan sosial-iqtisadi uğurlardan, qazanılan nailiyyətlərdən danışıb. O, Xətai rayonunda həyata keçirilən layihələrdən söz açıb. Bildirib ki, Xətai RİH rəhbərliyinin fəaliyyəti nəticəsində bu gün rayon Bakı şəhərinin ən gözəl, abad bölgələrindən birinə çevrilir.
Qeyd edək ki, yığıncaqda Xətai RİH başçısının müavini Jalə Abdıyeva da çıxış edərək görülən işlərdən danışıb.
Xəbər lenti
Hamısına baxİdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Gündəm
15 Sentyabr 16:22
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02

