Sabunçu rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər
11.04.2014 [09:17]
Məlumdur ki, son bir neçə ildə dünya ölkələrinin iqtisadiyyatında ciddi kataklizmlər yaşanır. Kəskin maliyyə-iqtisadi böhranla üzləşən ölkələrdə zəncirvari proseslər baş verir: İstehsalın həcmi azalır, satış bazarları məhdudlaşır, iş yerləri ixtisar edilir, əməkhaqları aşağı salınır və s. Eyni zamanda, bir sıra dövlətlər ciddi gərginliklər və vətəndaş qarşıdurması ilə müşahidə olunan proseslər yaşamaqdadırlar. Ancaq Azərbaycan dünya iqtisadiyyatında müşahidə olunan bu cür mənfi meyillərdən kənardadır. Ölkəmiz qlobal iqtisadi böhran illərində belə nəinki maliyyə-iqtisadi dayanıqlılığını qoruyub saxlamağa müvəffəq olub, hətta iqtisadi artımı xarakterizə edən bütün parametrlər üzrə nailiyyətlərə imza atıb. Hazırda Azərbaycan istər ümumi daxili məhsulun artım tempinə görə, istərsə də yoxsulluğun azaldılmasına, yeni iş yerlərinin açılmasına və xüsusi infrastruktur layihələrinin həyata keçirilməsinə görə bütün dünyada ən sürətlə inkişaf edən ölkələr sırasındadır.
Şübhəsiz ki, Azərbaycanın əldə etdiyi bu nailiyyətlər birbaşa uğurlu siyasətin məntiqi nəticəsidir. Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən siyasətin mahiyyəti müxtəlif dövlət proqramları və konkret sahələri əhatə edən qərarların effektiv icrasını təmin etməklə ümumi inkişafa nail olunmasını ehtiva edir. Bu mənada Azərbaycan Respublikası regionlarının sosial - iqtisadi inkişafına dair Dövlət proqramları xüsusi əhəmiyyət kəsb edir. O cümlədən, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın da bu prosesdə rolu danılmazdır. Sözügedən proqramların uğurla icrası nəticəsində Azərbaycanın bütün regionlarında nəzərəçarpan dəyişikliklər və sıçrayışlı inkişaf meyilləri qeydə alınıb, bütün şəhər və rayonlarda yenidənqurma işləri həyata keçirilib, onların siması əsaslı şəkildə müasirləşib, əhalinin rifah halı xeyli yaxşılaşıb, bir çox sosial problemlər tamamilə aradan qaldırılıb.
Son dövrlərdə böyük inkişaf yolu keçmiş rayonlardan biri də paytaxtın Sabunçu rayonudur.
Sabunçu yeni inkişaf yollarında
Sabunçu Bakının sənaye rayonlarından biridir. Hələ sovet dönəmində rayonda iri sənaye obyektləri fəaliyyət göstərib. Bu rayon, xüsusilə, neft sənayesinə böyük töhfələr verib. Müstəqilliyin ilk illərində isə bütün respublika üzrə müşahidə olunan neqativ proseslər Sabunçu rayonunda da ciddi problemlər yaradıb, rayonda fəaliyyət göstərən bir çox sənaye müəssisələri öz fəaliyyətini dayandırıb. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsindən sonra isə Azərbaycanda cərəyan edən dağıdıcı proseslərin qarşısı alındı, ölkədə sabitlik yarandı, iqtisadi sahədə genişmiqyaslı islahatlara start verildi. Ölkə iqtisadiyyatında yaranan inkişaf meyilləri Sabunçu rayonunda da özünü göstərməyə başladı. Qısa müddətdə rayon həyatında xüsusi canlanma müşahidə olundu. Hazırda isə Sabunçu rayonunda görülən işlər ölkə iqtisadiyyatının inkişafına öz müsbət təsirini göstərir. 2013-cü ilin sosial-iqtisadi inkişaf göstəriciləri də bu reallığı ortaya qoyur. Belə ki, rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, 2013-cü ildə rayonun sənaye müəssisələri və idarələri tərəfindən istehsal edilmiş sənaye məhsullarının, yerinə yetirilmiş işlərin ümumi həcmi 396,5 mln. manat təşkil edib ki, bu da əvvəlki ildəkindən 80,3 mln. manat və ya 25,4 faiz çoxdur. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2,1 dəfə artaraq 475,6 mln. manat, əsas kapitala yönəldilən investisiyaların həcmi 304,7 manat, pərakəndə əmtəə dövriyyəsi 610,6 mln. manat təşkil edib. 2013-cü ildə bir işçiyə düşən orta aylıq əməkhaqqı əvvəlki illə müqayisədə 6,7 faiz artaraq 432 manat, sənaye sahəsində çalışanların əməkhaqqı isə 7,8 faiz artaraq 560,4 manat olub.
Rayonda işsizlik məsələlərinin həlli, yeni iş yerlərinin yaradılması da rayon rəhbərliyinin xüsusi diqqətdə saxladığı məsələlərdən biridir. Dövlətimizin başçısı cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, bu istiqamətdə atılan addımlar artıq öz uğurlu nəticələrinə verir. Belə ki, ötən il rayonda 2395 yeni iş yerləri açılıb ki, onların da hamısı daimidir. Hazırda rayonun idarə və müəssisələrində çalışanların ümumi sayı 30350 nəfərdir.
Yeni layihələr Sabunçu rayonunun müasir görkəminə əlavə gözəllik qatır
Məlum olduğu kimi, Azərbaycan dövlətinin iqtisadi qüdrəti artdıqca əldə olunan gəlirlərin səmərəli idarə olunması və ölkədə müasir infrastrukturun yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Son 10 ildə Azərbaycanın hər bir rayonunda əhalinin enerji ilə fasiləsiz təminatı, su və kanalizasiya xətlərinin çəkilməsi, yeni yolların və müasir tipli körpülərin salınması, səhiyyə, təhsil, idman obyektlərinin, olimpiya komplekslərinin tikilməsi, əhalinin səmərəli istirahətinin təşkili üçün mədəni obyekt və parkların yaradılması fonunda bu gün bütün rayonlarımızın tanınmaz dərəcədə gözəlləşməsi ölkəmizin reallığıdır. Biz bu işlərin uğurlu nəticələrini Sabunçu rayonunda da müşahidə edirik.
Bildiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin 4 may 2011-ci il tarixli 1490 N-li Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” və həmin Proqrama “Əlavə Tədbirlər Planı”nın icra müddəti 2013-cü ildə başa çatıb. Həmin Dövlət Proqramı və Əlavə Tədbirlər Planı çərçivəsində indiyədək Sabunçu rayonu ərazisində çox mühüm iqtisadi və sosial əhəmiyyətə malik obyektlər tikilib, yollar salınıb, əhalinin elektrik enerjisi, qaz, su, istilik təchizatının yaxşılaşdırılması, yeni kanalizasiya sistemlərinin qurulması, ekoloji layihələrin həyata keçirilməsi, mənzil fondunun təmir-bərpası, yaşayış məntəqələrinin, küçə və meydanların, istirahət guşələrinin abadlaşdırılması üzrə böyük işlər görülüb. RİH-dən verilən məlumata görə, son illər ərzində rayonda bu proqram və əlavə tədbirlər planına uyğun olaraq 3000 şagird yerlik 1 məktəb və 5 tədris korpusu, 1 uşaq bağçası, 1 səhiyyə müəssisəsi tikilib, 18 orta və 3 peşə məktəbində, 12 uşaq bağçasında, 3 səhiyyə müəssisəsində əsaslı təmir işləri başa çatdırılaraq hamısı müasir avadanlıqlarla təchiz edilib. Hazırda 1 uşaq bağçası, muğam evi və Gənclər Evinin tikintisi, 4 məktəb, 4 uşaq bağçası, 1 səhiyyə və 1 mədəniyyət evinin isə əsaslı təmiri davam etdirilir.
Eyni zamanda, Bilgəh Müharibə və Əmək Əlilləri üçün Pansionatın (Qocalar evi) əsaslı təmiri və yeni korpusun tikintisi başa çatdırılaraq Prezident İlham Əliyevin iştirakı ilə ötən ilin oktyabr ayında istifadəyə verilib. Həmçinin, yetkinlik yaşına çatmayanlar üçün 50 yerlik ixtisaslaşdırılmış reabilitasiya mərkəzi və sosial sığınacaq, gözdən əlillər üçün tədris-bərpa mərkəzi tikilib.
Azərbaycan Prezidentinin 17 yanvar 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Sabunçu rayonunda bütün sahələri əhatə edən 68 bənddən ibarət tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Əlbətdə ki, reallaşdırılan bu layihələr və yaxın gələcəkdə planlaşdırılan işlər Sabunçu rayonunun görkəminin daha da gözəlləşməsinə, əhalinin rifah halının yaxşılaşmasına xidmət edir.
İdarə və təşkilatlar yeni binalarla təmin olunur
Bununla yanaşı, rayonda mərkəzi dövlət orqanları və təşkilatların planlarına əsasən də bir sıra sosial əhəmiyyətli obyektlərin və inzibati binaların tikintisi və təmir-bərpa işləri də aparılıb. Belə ki, 2013-cü il dekabr ayının 24-də Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə Ramana qəsəbəsindəki 200 yerlik Peşə Reabilitasiya Mərkəzi yenidənqurma və əsaslı təmirdən sonra Prezident İlham Əliyevin iştirakı ilə oradakı sakinlərin istifadəsinə verilib. Heydər Əliyev Fondu tərəfindən Pirşağı qəsəbəsində 112 №-li məktəbin köhnə binası sökülərək yerində yeni layihə əsasında müasir üçmərtəbəli məktəb binası inşa edilərək martın 16-da Fondun Prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə istifadəyə verilib. Fond tərəfindən Pirşağı qəsəbəsində 226 №-li uşaq bağçası üçün yeni üçmərtəbəli binanın tikintisi başa çatdırılmaq üzrədir. Həmçinin, Respublika Prokurorluğu tərəfindən Rayon Prokurorluğu üçün yeni inzibati bina, rayon İcra Hakimiyyəti tərəfindən RİHB-nin Bakıxanov qəsəbəsi üzrə nümayəndəliyi və Ədliyyə Nazirliyi Rayon Qeydiyyat şöbəsi üçün ikimərtəbəli bina, 47 və 81 N-li Mənzil-istismar sahələri üçün yeni birmərtəbəli binalar tikilib, Ötən ay isə “Asan Xidmət”in Bakıxanov qəsəbəsində inşa edilmiş inzibati binası istismara verilib. Zabrat qəsəbəsindəki kəskin qəza vəziyyətində olmuş, keçmiş 2 №-li uşaq bağçasının binasında məskunlaşmış 10 ailə köçürülməklə təmir-bərpa işləri başa çatdırılaraq sakinlərin istifadəsinə verilib. Hazırda Bakıxanov qəsəbəsi ərazisində Sabunçu Rayon Məhkəməsi və 2 №-li Bakı İnzibati-İqtisad Məhkəməsi üçün binalar, Heydər Əliyev adına İstirahət Parkında xüsusi layihə əsasında yenidənqurma ilə yanaşı, orada Heydər Əliyev Mərkəzinin inşası davam etdirilir. Təbii ki, görülən bu işlər rayonun müasir görkəminə əlavə gözəllik qatmaqla yanaşı, insanların sosial müdafiəsinin gücləndirilməsinə, həyat səviyyəsinin yaxşılaşdırılmasına da imkan verir. Eyni zamanda, bütün bu işlər Azərbaycan Prezidenti İlham Əliyevin dövlətimizin inkişafı və xalqımızın daha yaxşı həyat şəraiti ilə təmin olunması haqqında tapşırıqlarının uğurla icra olunmasından xəbər verir.
Aqşin ŞAHİNOĞLU
“Sabunçu rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
20 Sentyabr 19:23

YAP xəbərləri
20 Sentyabr 19:15

YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41
