Bu günədək 527 sahibkarlıq subyektinə 632 investisiya təşviqi sənədi təqdim edilib
01.04.2026 [23:36]
Azərbaycanda investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması və yerli istehsalın artırılması məqsədilə investisiya təşviqi sənədinin verilməsi müddəti 1 yanvar 2029-cu il tarixinədək uzadılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən verilən məlumatda bildirilir.
Bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2026-cı il tarixli Fərmanına əsasən investisiya təşviqi sənədi aşağıdakı strateji istiqamətlər üzrə layihələrə veriləcək:
· Yerli xammal bazasına (metal filiz, alüminium, neft, qaz, kimya, tikinti materialları, pambıq və barama) əsaslanan istehsal layihələri;
· Bərpa olunan enerji mənbələri hesabına enerji istehsalı layihələri;
· Tullantıların idarə olunması və təkrar emalı layihələri;
· Dəniz suyunun duzsuzlaşdırılması layihələri;
· Özəl sənaye məhəllələrinin yaradılması layihələri və sənaye məhəllələrinin rezidentləri tərəfindən həyata keçirilən istehsal layihələri;
· 2023-cü il yanvarın 1-dən sonra keçirilən investisiya müsabiqələri vasitəsilə özəlləşdirilən qeyri-neft-qaz sənayesi müəssisələrinin istehsal layihələri;
· Azərbaycan Respublikasında istehsalı ilk dəfə təşkil edilən, yerli məhsullarla özünü təminetmə səviyyəsini (idxalın əvəzlənməsini) və ya qeyri-neft-qaz sektorunun ixrac potensialının artırılmasını təşviq edən iqtisadi fəaliyyət sahələrinin yaradılması istiqamətində həyata keçirilən “Azərbaycanda ilk” (“First in Azerbaijan”) layihələri;
· Dərman vasitələrinin və əczaçılıq məhsullarının istehsalı (qablaşdırma fəaliyyəti istisna olmaqla) layihələri;
· Dəmir yolu hərəkət tərkibinin təmiri və onun ehtiyat hissələrinin istehsalı layihələri;
· Hərbi təyinatlı məhsulların istehsalı layihələri.
Qeyd olunan istiqamətlər üzrə layihələrin həyata keçirilməsi yerli xammaldan istifadəni artıracaq, idxalın əvəzlənməsinə və qeyri-neft-qaz sektorunun ixrac potensialının artırılmasına xidmət edəcək. Bu təşəbbüslər dövlət-özəl tərəfdaşlığı modelinin inkişafına, yeni texnologiyaların ölkəyə cəlbinə və sənaye sektorunda innovativ həllərin tətbiqinə əlavə təkan verəcək.
İnvestisiya təşviqi sənədi həmin sənədin əldə olunduğu tarixdən etibarən 7 il müddətində Azərbaycan Respublikasının Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir. İnvestisiya təşviqi sənədi verilmiş layihələr torpaq və əmlak vergisindən, eləcə də texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə gömrük rüsumu və əlavə dəyər vergisindən (ƏDV) azad olunur. Eyni zamanda bu layihələr üzrə mənfəət və ya gəlir vergisinə 50 faiz güzəşt edilir.
Qeyd edək ki, investisiya təşviqi mexanizmi ölkəmizdə 2016-cı ildən tətbiq olunur. Bu günədək 527 sahibkarlıq subyektinə 632 investisiya təşviqi sənədi təqdim edilib. İnvestisiya təşviqi sənədi verilmiş 550-dən artıq layihə fəaliyyətə başlayıb, digər layihələrin qurulması üzrə işlər davam etdirilir. İndiyədək 1,4 milyard dollar dəyərində texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün 6497 təsdiqedici sənəd verilib və sahibkarlar tərəfindən idxalda tətbiq olunan vergi və rüsumlardan 337,9 milyon dollar məbləğində güzəşt əldə edilib.
Sahibkarlar investisiya təşviqi sənədi almaq üçün İqtisadiyyat Nazirliyinə və ya KOB evlərinə (Bakı, Gəncə, Xaçmaz, Yevlax şəhərləri) müraciət edə bilərlər.
İnvestisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji investisiya layihələrinin istiqamətləri və təşviq sənədini almaq üçün lazım olan sənədlər barədə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “131 Çağrı Mərkəzi”nə müraciət etməklə ətraflı məlumat əldə etmək olar.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52

