/ / 2014-cü il dövlət büdcəsinin layihəsi qarşıdakı dövrdə də Azərbaycan iqtisadiyyatının sabit inkişafının davam edəcəyinə əminlik yaradır
2014-cü il dövlət büdcəsinin layihəsi qarşıdakı dövrdə də Azərbaycan iqtisadiyyatının sabit inkişafının davam edəcəyinə əminlik yaradır
16.11.2013 [09:52]
2014-cü il üçün dövlət büdcəsinin gəlirləri 18 milyard 384 milyon, xərcləri isə 20 milyard 63 milyon manat nəzərdə tutulub
Azərbaycan hökumətinin həyata keçirdiyi məqsədyönlü iqtisadi strategiya ölkəmizin iqtisadi və siyasi sabitliyinin möhkəmlənməsinə öz töhfələrini verməkdədir. Son dövrlərdə dünyada gedən qlobal proseslər ölkəmizin dayanıqlı inkişafını və onun regional güc mərkəzi kimi formalaşdığını bir daha sübut edir. Belə ki, ötən illər ərzində Azərbaycanda makroiqtisadi sabitlik, iqtisadi artım, yoxsulluq səviyyəsinin azalması və əhalinin maddi rifah halının yüksəlməsi prosesi davam edib.
Ötən on ildə Azərbaycanda bütün sahələrdə böyük tərəqqi baş verib, respublikamız dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib. Bu dövrdə islahatların həyata keçirilmədiyi və inkişafın müşahidə olunmadığı hər hansı bir sahə qalmayıb. On il ərzində Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 3,4 dəfə, qeyri-neft sektoru isə 2,7 dəfə artıb. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində əhalinin rifah halı əhəmiyyətli dərəcədə yaxşılaşıb, vətəndaşların gəlirləri 6,1 dəfə artıb, 1,2 milyon iş yeri açılıb. Hesabat dövründə yoxsulluğun səviyyəsi 6 faizə, işsizliyin səviyyəsi isə 5,2 faizə qədər azalıb. 2003-2013-cü illərdə dövlət büdcəsinin həcmi 19 dəfədən çox artaraq 20 milyard manata və ya 25,6 milyard ABŞ dollarına çatıb. Bu illər ərzində ölkə iqtisadiyyatına bütün mənbələr hesabına 150 milyard dollardan çox sərmayə yatırılıb. Azərbaycanın valyuta ehtiyatları 50 milyard dollara yaxınlaşıb.
Beləliklə, aparılan uğurlu, məqsədyönlü siyasət nəticəsində makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın diversifikasiyası, bütün sahələrdə ardıcıl inkişaf strategiyasının uğurlu davamı nəticəsində bu gün Azərbaycan bütövlükdə Cənubi Qafqazın lideridir. Bunu 2014-cü ilin büdcə layihəsi də təsdiq edir. Belə ki, Azərbaycanın dövlət büdcəsi Gürcüstanın büdcəsindən 5, Ermənistanın büdcəsindən isə 6 dəfə çoxdur. Cənubi Qafqaz ölkələrinin ümumilikdə dövlət büdcələrinin 80 faizi Azərbaycanın payına düşür.
Məlum olduğu kimi, Milli Məclisdə “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin və büdcə paketinə daxil olan digər qanun layihələrinin müzakirəsinə başlanılıb. Layihə hazırlanarkən Prezident İlham Əliyevin tövsiyə və tapşırıqları əsas götürülüb. Müzakirəyə təqdim olunan 2014-cü ilin dövlət büdcəsi layihəsi Azərbaycanın bugünkü inkişaf səviyyəsini və sosial-iqtisadi həyatımızın reallıqlarını əks etdirir. 2014-cü il dövlət büdcəsinin layihəsi qarşıdakı dövrdə də Azərbaycan iqtisadiyyatının sabit inkişafının davam edəcəyinə əminlik yaradır. Makroiqtisadi proqnozlara görə, cari il ölkədə ÜDM istehsalının 55 milyard manat və yaxud da 70 milyard dollar həcmində olacağı gözlənilir. Bu, əvvəlki illə müqayisədə 4,5 faiz artım deməkdir. Artımın əsasən iqtisadiyyatın qeyri-neft sektorunun sürətli inkişafı hesabına əldə edilməsi nəzərdə tutulub. Cari ilin sonuna gözlənilən və növbəti il üçün proqnozlaşdırılan 10 faizlik artım bunu söyləməyə əsas verir ki, qarşıdakı illərdə Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, əsas sosial-iqtisadi göstəricilərin yaxşılaşdırılması meyilləri qorunub saxlanılacaq.
Qeyd edək ki, gələn ilin dövlət və icmal büdcə gəlirləri hesablanarkən 1 barrel xam neftin satış qiyməti 100 ABŞ dolları səviyyəsində nəzərdə tutulub. 2014-cü il üçün dövlət büdcəsinin gəlirləri ÜDM-nin 31,4 faizi həcmində olmaqla 18 milyard 384 milyon manat nəzərdə tutulub. İcmal büdcənin gəlirləri 21 milyard 986 milyon manat, xərcləri isə 24 milyard 444 milyon manat nəzərdə tutulub. Gələn ilin dövlət büdcəsinin kəsiri isə 1 milyard 679 milyon manat məbləğində proqnozlaşdırılır.
Layihəyə görə, 2014-cü ildə qeyri-neft sektoru üzrə daxilolmaların dövlət büdcəsi gəlirlərinin tərkibində xüsusi çəkisi cari ilin proqnozu ilə müqayisədə 7 faiz artacaq. Dövlət Neft Fondundan edilən transfert nəzərə alınmadan digər mənbələr üzrə dövlət büdcəsinin gəlirləri 2013-cü ilin təsdiq olunan proqnozuna nisbətən 15,9 faiz və yaxud 1 milyard 238 milyon manat çox müəyyənləşdirilib. Gələn il üçün Dövlət Neft Fondundan dövlət büdcəsinə 9 milyard 337 milyon manat transfert nəzərdə tutulub.
Növbəti il dövlət büdcəsinin yerli gəlirləri 779 milyon manat proqnozlaşdırılır. Bunun 7 milyard 102 milyon manatı Vergilər Nazirliyinin, 1 milyard 510 milyon manatı isə Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar təşkil edir. Analoji olaraq Vergilər Nazirliyindən daxilolmanın həcmi cari ilin proqnozu ilə müqayisədə 702 milyon manat, Gömrük Komitəsindən daxilolma isə 4 faiz çoxdur.
2014-cü il dövlət büdcəsinin xərcləri ÜDM-in 34,3 faizi həcmində müəyyənləşdirilib ki, bu, müstəqillik dövründə hələlik ən yüksək həddə çatmaqla 20 milyard 63 milyon manat olacaq. Cari illə müqayisədə bu rəqəm 1,1 faiz çoxdur. Dövlət büdcəsi xərclərinin 54,2 faizi və yaxud 10 milyard 882 milyon manatı cari xərclərə, 41,9 faizi və yaxud 8 milyard 401 milyon manatı əsaslı xərclərə, 3,9 faizi və yaxud 781 milyon manatı isə dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək. 2014-cü ilin dövlət büdcəsinin xərclərinin tərkibində cari xərclərin xüsusi çəkisi 3,9 faiz artıb, əsaslı xərclərin xüsusi çəkisi isə müvafiq olaraq 3,9 faiz azalıb.
2014-cü ilin dövlət büdcəsində proqramların və tədbirlərin maliyyələşdirilməsi üçün 9 milyard 526 milyon manat nəzərdə tutulub. Dövlət əsaslı vəsait qoyuluşu üzrə xərclər nəzərə alınmadan dövlət büdcəsi xərclərinin 3 milyard 266 milyon manatı məqsədli dövlət proqramlarının maliyyələşdirilməsinə yönəldiləcək. Avropa Olimpiya Oyunlarının keçirilməsi üçün də dövlət büdcəsindən müvafiq məbləğin ayrılması planlaşdırılıb. Həmçinin, ölkəmizdə beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsinə 60 milyon manat ayrılması nəzərdə tutulub.
Məlum olduğu kimi, davamlı islahatlar konsepsiyasına əsaslanan makroiqtisadiyyatın genişşaxəli sosial siyasətlə paralel şəkildə əlaqələndirilməsi Azərbaycanın gələcək inkişafını əsaslandırır. Təsadüfi deyil ki, hər il dövlət büdcəsində nəzərdə tutulan sosial xərclərin həcminin artırılması prosesi müşahidə olunmaqdadır. 2014-cü ilin dövlət büdcəsinin xərclərində sosialyönümlü xərclərin məbləği 5 milyard 337 milyon manat təşkil edəcək ki, bu da cari ilə nisbətən 299 milyon manat çoxdur. Sosialyönümlü xərclərin xüsusi çəkisi 26,6 faiz olmaqla cari illə müqayisədə 1,3 faiz artıqdır. Azərbaycanın 2014-cü il üçün dövlət büdcəsi layihəsində dövlət sosial müdafiə və pensiya xərclərinin 14 faiz artırılması nəzərdə tutulub. Dövlət büdcəsindən pensiya xərcləri üçün 1,142 milyard manat ayrılacaq ki, bu da cari il ilə müqayisədə 65 milyon manat çoxdur.
Sahibkarlığın inkişaf etdirilməsi üçün dövlət büdcəsindən 150 milyon manat, Azərbaycanda siyasi partiyaların maliyyələşdirilməsinə isə 2,5 milyon vəsaitin ayrılması nəzərdə tutulub. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlərə mikro kreditlərin verilməsi üçün 5 milyon manat, “Aqrolizinq” ASC-yə 35 milyon manat, ipoteka kreditləri üçün isə 40 milyon manat ayrılması planlaşdırılıb. Azərbaycanın xarici dövlətlərdəki 57 səfirlik, 5 nümayəndəlik, 9 baş konsulluq orqanlarının saxlanılması üçün 58 milyon manat nəzərdə tutulub.
Gələn il sosial müdafiə və sosial təminat xərcləri 14 faiz, kənd və meşə təsərrüfatı, eləcə də balıqçılıq xərcləri 13, 9 faiz, elm xərcləri 12,5 faiz, səhiyyə xərcləri 8,4 faiz, təhsil xərcləri 8 faiz, mədəniyyət, incəsənət, informatika və idman xərcləri 7,5 faiz, müdafiə xərcləri 7 faiz, iqtisadi fəaliyyət xərcləri 19 faiz, nəqliyyat və rabitə xərcləri 8,7 faiz, mənzil-kommunal təsərrüfatı xərclərinin isə 14 faiz artımı proqnozlaşdırılır.
Bununla da, 2014-cü ilin dövlət büdcəsi üçün verilən proqnozlar göstərir ki, ölkə 2020-ci ilədək qarşıya qoyduğu hədəflərə nail olacaq. Yeni büdcəni fərqləndirən əsas cəhətlərdən biri büdcənin formalaşdırılmasında neft və qeyri-neft sektorunun nisbət dəyişməsidir. Belə ki, büdcə formalaşmasında qeyri-neft sektoruna üstünlük verilib. Proqnozlara əsasən, 2017-ci ildə dövlət büdcəsinin formalaşmasında neft sektorunun payı 27 faiz olacaq. Bu gün neftin ÜDM-də xüsusi çəkisi 41 faiz təşkil edir. 2017-ci ildə bu rəqəm 27 faiz təşkil edəcək. Bu, bir daha göstərir ki, qeyri-neft sektoru Azərbaycanda artıq oturuşmuş bir sistemdir və bunun nəticəsində büdcə gəlirləri artacaq. Dövlət büdcəsi layihəsi və sonrakı 3 il üzrə Azərbaycanın iqtisadi inkişaf sürəti region, Avropa və dünya üzrə olan göstəricilərdən yüksək olacaq. Bu tendensiyanın davam etməsi ölkəmizə yaxın gələcəkdə iqtisadi inkişafına görə inkişaf etmiş ölkələr səviyyəsinə qalxmağa imkan verəcək.
SEVİNC
Xəbər lenti
Hamısına bax
Hadisə
20 Sentyabr 21:25

YAP xəbərləri
20 Sentyabr 21:14

Dünya
20 Sentyabr 20:18

YAP xəbərləri
20 Sentyabr 20:04

Xəbər lenti
20 Sentyabr 19:23

YAP xəbərləri
20 Sentyabr 19:15

YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47
