Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Elektron satınalmaların sayı artıb

Elektron satınalmaların sayı artıb

21.01.2026 [16:52]

2025-ci ilin yanvar-noyabr ayları ərzində keçirilmiş elektron satınalmaların sayı 8411, məbləği isə 4,1 milyard manat təşkil edib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə elektron satınalmaların sayında 6,4 faiz, məbləğ üzrə isə 16,5 faiz artım müşahidə edilib.

Bəhs edilən dövrdə açılışı baş tutmuş müsabiqələr üzrə orta təchizatçı sayı 3,5 təşkil edib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə açılışı baş tutmuş satınalmalarda orta iştirakçı sayı üzrə ümumilikdə 2,9 faiz artım qeydə alınıb.

Satınalma prosedurlarının rəqəmsallaşdırılması prosesin bütün mərhələlərinin açıq şəkildə izlənməsinə imkan yaratmaqla yanaşı, bu sahədə hesabatlılığı gücləndirir və maliyyə resurslarının optimal istifadəsini təmin edir.

Paylaş:
Baxılıb: 697 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Sosial

MEDİA

Gündəm

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31