Ölkəmizdə kriptovalyutaların tətbiqi mümkünləşir
22.08.2025 [10:43]
Azərbaycanda kriptovalyutalara monetar baxış əvvəllər konservativ olsa da, son illərdə bu yanaşma dəyişib və blokçeyn texnologiyaları ilə bağlı xarici təcrübənin öyrənilməsi və tətbiqi istiqamətində liberal addımlar atılmaqdadır. Qlobal sənaye quruculuğunun bir seqmentinə çevrilən blokçeyn infrastrukturuna keçid müasir innovasiyalardan irəli gəldiyindən ölkəmizdə bu sahəyə yanaşmada müsbət meyillər müşayiət olunur. Kriptovalyuta bazarı həm də rəqəmsal sənayedə və maliyyə sektorunda aparıcı rolunu artırır. “Bitcoin”in “Mastercard”, “Viza”, “SWIFT” ödəniş mübadilə sisteminə inteqrasiyası istiqamətində artan təşəbbüslər, investisiya şirkətləri ilə birgə layihələr blokçeynlərin aktiv alət kimi rolunu artırır.
Bir sözlə, artıq “Bitcoin” həm yığım, həm də tədavül vasitəsinə çevrilməklə qlobal maliyyə sistemini dəyişdirməkdədir. Bütün bunları nəzərə aldıqda Azərbaycanın investorları üçün də kriptobazara maraq artır, bəzi səhmdarlar qlobal maliyyə alətlərinə sərmayə etməyə meyl edir.
“Rəqəmsal hökumət”ə keçid virtual valyutalara transormasiyanı tezləşdirir
Mövcud sitasiyalar ona işarə edir ki, nə qədər konservativ baxış olsa belə, artıq qlobal genişlənmə digər ölkələri, o cümlədən blokçeynə ehtiyatla yanaşan Azərbaycanın da bu sistemə inteqrasiyasını labüdləşdirir. Risk və təhdidlərə rəğmən, ölkəmizdə son illərdə kiberhücumlara qarşı dayanıqlı platformaların qurulması, xüsusilə də Kibertəhlükəsizlik Mərkəzinin yaradılaraq fəaliyyətə başlaması, davamlı olaraq müxtəlif sahələrin təmsilçiləri üçün kibertəhlükəsizlik təlimlərinin keçirilməsi blokçeyn texnologiyaları üzrə gözlənilən təhdidlərin qarşısını almağa imkan verir.
Ölkəmizdə “Rəqəmsal hökumət”ə keçidin təmin edilməsi və “Hökumət buludu”nun yaradılması istiqamətində işlər dayanmadan davam etdirilir. Ölkəmizdə texnoloji inkişaf, rəqəmsallaşma, süni intellektin tətbiqi artır, dövlət qurumları, özəl sektor və cəmiyyətin bütün digər seqmentlərində rəqəmsallaşma dayanmadan irəliləyir. Vətəndaşlar hətta öz kriptohesablarını yaratmaqdadır. Bir sözlə, biznesin qlobal səhm və investisiya icmaları ilə ünsiyyəti genişlənir, yeni maliyyə vektorlarına tələb ildən-ilə daha da çoxalır. Bütün bu amilləri nəzərə aldıqda, kriptovalyuta və blokçeynlərin ölkəmizin bazarına “müdaxiləsi”ni qaçılmaz hesab etmək mümkündür.
“CryptoA2Z” təlimləri və “Binance” ekosisteminin tanıdılması
Azərbaycanda kriptosənaye mühiti demək olar ki, formalaşmaqdadır və blokçeyn texnologiyaları üzrə dünyanın aparıcı icmaları ilə müzakirə və məsləhətləşmələr, innovasiyayönümlü tətbiqlərin öyrnilməsi bu istiqamətdə ölkəmizin maraq və istəyinin göstəricisidir. Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və kriptovalyuta və blokçeyn sahəsində tanınmış tədris platforması olan “Binance Academy” ilə əməkdaşlıq, habelə ASAN İnnovativ İnkişaf Mərkəzinin nəzdində fəaliyyət göstərən Blokçeyn Tədris Mərkəzinin dəstəyi ilə intensiv “CryptoA2Z” təlimlərinin keçirilməsi kriptovalyuta və blokçeyn sahəsində bilik və təcrübələrin artırılmasına xidmət edir. Ümumiyyətlə, Azərbaycanda “Binance” ekosisteminin tanıdılması və genişləndirilməsi sahəsində dövlətin iradəsini əks etdirir.
Mərkəzi Bankın blokçeynlər üzrə sınaq testi uğurlu olub
Bu reallıqları dərindən qiymətləndirən Mərkəzi Bank (MB) bu sahədə tənzimlənmənin aparılması üçün müxtəlif ssenarilər işləyir və öz strategiyası çərçivəsində bu istiqamətdə tədbirlər görmək niyyətindədir. MB tərəfindən bir neçə aydır ki, sınaq testinin keçirilməsi kriptovalyutaya hazırlıq kimi dəyərləndirilə bilər. Mərkəzi Bank 2019-cu ildən blokçeyn əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması layihəsinin icrasını həyata keçirdikdən sonra xüsusi tənzimləmə rejiminə start verib və sınaq müddətində 4 innovativ məhsulun qiymətləndirilməsi həyata keçirilib. İki istiqamət üzrə qiymətləndirmə nəticələri uğurlu hesab olunub, digərləri üzrə məqsədəuyğun hesab edilməyib.
Dəstəklənən layihələr məhz kriptovalyuta əməliyyatları ilə bağlıdır. Belə ki, kriptovalyuta əməliyyatlarını daha təhlükəsiz və şəffaf şəkildə icra etmək üçün “m10” tətbiqinin “Binance” platformasına inteqrasiyasını nəzərdə tutulur. İstifadəçilər bu inteqrasiya vasitəsilə “Binance” cüzdanlarına mədaxil və məxaric edə bilərlər.
Digər layihə “kriptobroker platforması” virtual aktivlərinin asan və təhlükəsiz şəkildə alışı, satışı və saxlanılması imkanlarını yaradır. Xüsusi tənzimləmə rejimi çərçivəsində sınaqların keçirilməsində məqsəd, həmçinin bu istiqamətdə normativ-hüquqi bazanı formalaşdırmaq və təkmilləşdirməkdir.
Mərkəzi Bankın test layihələri daha yaxın gələcəkdə Azərbaycanda kriptovalyutaların buraxılması və istifadəsinə imkan yarada bilər. Qlobal maliyyə əməliyyatları intensiv şəkildə virtuallaşdığı üçün Azərbaycanda da kriptovalyutalardan istifadə və sistem inteqrasiyası əsas çağrışlardan biridir.
Kriptovalyutaların vergiyə cəlb edilməsi
Onu da qeyd edək ki, kripto və blokçeynlər üzrə vergi məsələlərinin tənzimlənməsi də bu bazarın ən çətin prosedurlarından biridir. Beynəlxalq müstəvidə kriptovalyutaların vergiyə cəlb olunmasına dair müxtəlif modellər mövcuddur.
Azərbaycanın vergi qanunvericiliyində qeyri-sahibkarlıqdan gəlirlərin, o cümlədən kriptovalyuta üzrə əməliyyatlardan gəlirlərin vergiyə cəlb olunması ilə bağlı mexanizm mövcuddur. Bu, kriptovalyuta üzrə əməliyyatlardan gəlir əldə edən fiziki şəxslər məcburi qaydada vergi orqanlarında uçota alınmaqla vergi öhdəliklərini yerinə yetirmələri öhdəliyini yaradır. Vergi Məcəlləsinin 99.3.8-ci maddəsinə əsasən, vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən əməkhaqqından başqa hər hansı digər gəlir, təqdim olunduğu təqdirdə, onun qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəliri hesab edilir. Vergi Məcəlləsinin 101.2-ci maddəsinə görə, qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi tutulur. Bununla yanaşı, qeyri-sahibkarlıqdan gəlir əldə edən fiziki şəxslər növbəti ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə gəlir vergisini dövlət büdcəsinə ödəməlidirlər. Kriptovalyutadan gəlirin əldə edildiyi vaxt təqdim olunduğu tarix hesab edilir. Bu zaman vergiyə cəlb olunan gəlir kimi kriptovalyutanın alındığı vaxtla təqdim edildiyi tarix arasındakı qiymət artımı əsas götürülür.
OECD-nin kriptoaktivlər üzrə hesabatlıq çərçivəsinə qoşuluruq
Bütün bunlara rəğmən, kritpobazarda vergitutmaya nəzarət etmək vergi orqanlarının kriptovalyutanın geniş tətbiq olunduğu ölkələrlə qarşılıqlı təcrübə mübadilələrini də zəruri edir. Məhz bu məqsədlə Azərbaycan hökuməti kriptoaktivlərlə aparılan əməliyyatlar barədə məlumat mübadiləsinə qoşulmaq, vergidən yayınmaya qarşı mübarizəni gücləndirmək məqsədilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) kriptoaktivlər üzrə hesabatlıq çərçivəsinə qoşulmaq üçün müvafiq prosedurlara başlayıb. Bu proses yekunlaşdıqdan sonra xarici ölkələrin vergi orqanları Azərbaycan vətəndaşlarının kriptovalyutadan əldə etdikləri gəlirlər barədə məlumatı avtomatik şəkildə Dövlət Vergi Xidmətinə təqdim edəcəklər. Bu isə həm şəffaflığın artırılmasına, həm də kriptovalyuta əməliyyatlarına nəzarətin gücləndirilməsinə imkan verəcək.
E. CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
26 Noyabr 23:35
Sosial
26 Noyabr 23:17
Dünya
26 Noyabr 22:51
Dünya
26 Noyabr 22:18
Dünya
26 Noyabr 21:40
Dünya
26 Noyabr 21:26
Dünya
26 Noyabr 20:54
Dünya
26 Noyabr 20:19
İqtisadiyyat
26 Noyabr 19:43
Dünya
26 Noyabr 19:17
Siyasət
26 Noyabr 18:29
Dünya
26 Noyabr 17:36
YAP xəbərləri
26 Noyabr 17:28
Elm
26 Noyabr 17:11
YAP xəbərləri
26 Noyabr 16:25
YAP xəbərləri
26 Noyabr 16:08
Gündəm
26 Noyabr 15:46
Gündəm
26 Noyabr 15:44
İqtisadiyyat
26 Noyabr 15:38
YAP xəbərləri
26 Noyabr 15:17
İdman
26 Noyabr 15:16
Hadisə
26 Noyabr 15:16
Dünya
26 Noyabr 14:36
Dünya
26 Noyabr 13:55
Siyasət
26 Noyabr 13:40
Sosial
26 Noyabr 13:38
Dünya
26 Noyabr 13:16
Maraqlı
26 Noyabr 12:48
İqtisadiyyat
26 Noyabr 12:32
İqtisadiyyat
26 Noyabr 12:30
Hadisə
26 Noyabr 12:28
Dünya
26 Noyabr 12:25
Siyasət
26 Noyabr 12:11
Siyasət
26 Noyabr 11:59
Siyasət
26 Noyabr 11:43
Dünya
26 Noyabr 11:38
Siyasət
26 Noyabr 11:37
Siyasət
26 Noyabr 11:15
İqtisadiyyat
26 Noyabr 10:58
İqtisadiyyat
26 Noyabr 10:36
Analitik
26 Noyabr 10:12
Siyasət
26 Noyabr 09:54
Ədəbiyyat
26 Noyabr 09:39
Analitik
26 Noyabr 09:25
Mədəniyyət
26 Noyabr 09:11
Yeni texnologiyalar
26 Noyabr 08:52
MEDİA
26 Noyabr 08:33
Gündəm
26 Noyabr 08:16
Siyasət
26 Noyabr 07:58
Sosial
26 Noyabr 07:54
Sosial
26 Noyabr 07:54
Sosial
26 Noyabr 07:16
İdman
26 Noyabr 01:56
Dünya
25 Noyabr 23:41
YAP xəbərləri
25 Noyabr 23:18
İqtisadiyyat
25 Noyabr 22:51
Dünya
25 Noyabr 22:34
YAP xəbərləri
25 Noyabr 22:17
Dünya
25 Noyabr 21:49
Siyasət
25 Noyabr 21:47
Siyasət
25 Noyabr 21:37
YAP xəbərləri
25 Noyabr 21:25
Dünya
25 Noyabr 21:12
Dünya
25 Noyabr 20:55
Siyasət
25 Noyabr 20:40
İdman
25 Noyabr 20:38
YAP xəbərləri
25 Noyabr 20:17
Dünya
25 Noyabr 19:52
Sosial
25 Noyabr 19:42
Sosial
25 Noyabr 19:28

