SOCAR tarixində bir ilk...
17.07.2025 [10:26]
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) tarixində bir ilk yaşanıb. Belə ki, “Moody’s” Beynəlxalq Reytinq Agentliyi SOCAR-ın investisiya oluna bilən dərəcəyə keçidini nəzərdə tutan uzunmüddətli emitent reytinqini Baa3 (sabit) dərəcəsinə yüksəldib. SOCAR-dan bildirilib ki, şirkətin sağlam maliyyə göstəriciləri, qurumda şəffaflığın və hesabatlılığın gücləndirilməsi və təkmilləşdirilmiş korporativ idarəetmə mexanizmlərinin formalaşdırılması reytinqin yüksəldilməsinə təsir edən əsas amillərdir.
“Moody’s” 2010-cu ildən SOCAR ilə kredit reytinqlərinin verilməsi üzrə əməkdaşlığa başlayıb və hazırkı Baa3 reytinqi indiyədək əldə edilmiş ən yüksək dərəcədir.
Ölkə üzrə makroiqtisadi mühitdəki yaxşılaşma
Qeyd olunan reytinq artımı Azərbaycanın suveren reytinqinin “Baa3” səviyyəsinə yüksəldilməsi ilə (4 iyul 2025) uzlaşdırılır və SOCAR-ın dövlətlə sıx maliyyə əlaqələrini, ölkə iqtisadiyyatında strateji əhəmiyyətini və makroiqtisadi mühitdəki yaxşılaşmanı əks etdirir. Maliyyə Nazirliyinin məlumatına əsasən, “Moody’s Ratings” beynəlxalq reytinq agentliyi bugünlərdə Azərbaycanın suveren kredit reytinqini “Ba1” səviyyəsindən “Baa3” səviyyəsinə (investisiya səviyyəsi) yüksəldərək reytinq üzrə proqnozu “müsbət” saxlayıb. Aparıcı 3 beynəlxalq kredit reytinq agentliyindən biri olan “Moody’s”ın yaydığı məlumatda qeyd olunur ki, yeni reytinq üzrə müsbət proqnoz ölkədə davam etdirilən islahatların fonunda iqtisadiyyatın və fiskal sahənin neft-qaz sektorundan asılılıq gözləntilərinin azalmasını əks etdirir. Həmçinin pul-kredit siyasətinin təkmilləşdirilməsi, maliyyə sektorunda tənzimləmələr, dövlət maliyyə idarəçiliyi və ictimai inzibati proseslərdə şəffaflığın artırılması istiqamətində aparılan islahatlar institusional idarəetmənin daha da yaxşılaşacağına əsas verir.
Beynəlxalq reytinq agentliyi qeyd edir ki, Azərbaycanın güclü fiskal mövqeyi, möhkəm makroiqtisadi sabitliyin qlobal şoklar və neft qiymətlərinin dəyişkənlik dövründə davamlı olaraq qorunması fiskal dayanıqlığı getdikcə möhkəmləndirir. Müsbət proqnoz, eləcə də hesabatlılıq sahəsində davam edən potensial inkişafı da əhatə edir. Xarici investisiyaların cəlb edilməsi istiqamətində səylər genişlənir, hüquqi və tənzimləyici çərçivələr üzrə islahatlar davam edir ki, bu da şəffaflıq və hesabatlığın gücləndirilməsini şərtləndirir,“Moody’s”un qənaətinə görə, Azərbaycanın bölgədə nəqliyyat və “yaşıl enerji” mərkəzi kimi mövqeyini möhkəmləndirmək yönündə davamlı səyləri nəqliyyat-logistika, tikinti və turizm kimi qeyri-neft sektorlarında davamlı və əhəmiyyətli artımlara imkan verir. Respublikamızın əlverişli coğrafi mövqeyə malik olması və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu - Orta Dəhlizdə artan fəaliyyəti isə logistika sektorunun inkişafını və iqtisadiyyatın digər sahələrinə müsbət təsir göstərərək böyük investisiyaların cəlbini sürətləndirir.
Dörd il ərzində ardıcıl müsbət azad pul axını
“Moody’s”in ölkə və SOCAR üzrə dəyərləndirməsi bir-birini tamamlayır. Beynəlxalq səviyyəli agentlik qeyd edir ki, zəif neft-qaz bazarına baxmayaraq, SOCAR son illərdə maliyyə intizamını və səhmdar qərarlarında dayanıqlılığını artırıb. Şirkətin 2023-cü ildə “Moody’s”a əsasən tənzimlənmiş faizsiz əməliyyat gəlirliliyi 9,1, 2024-cü ildə isə 10,1faiz təşkil edib. Bu göstərici 2022-ci ildə 11,8, 2021-də 8,7 və 2020-də isə 6,2 faiz olub. SOCAR ardıcıl dördüncü il ərzində müsbət azad pul axını (FCF) formalaşdırıb. Dərc olunan reytinq həmçinin şirkətin etibarlı kredit göstəricilərinə və sağlam likvidlik mövqeyinə malik olduğunu təsdiqləyir.
Reytinq agentliyi SOCAR-ın davamlı olaraq beynəlxalq əməkdaşlığı genişləndirməsini də nəzərə alır. Qeyd edək ki, SOCAR beynəlxalq upstream fəaliyyətlərini genişləndirərək 2024-cü ildə BƏƏ-də “ADNOC”dan Umm Lulu və Satah Al Razboot yataqlarında 3 faiz pay, 2025-ci ildə isə İsrailin Tamar qaz yatağında 10 faiz pay əldə edib. “Moody’s” bildirir ki, SOCAR-ın reytinqi həmçinin şirkətin Azərbaycanın neft-qaz sektorundakı əsas rolu, dövlətlə sıx əlaqələri, strateji və maliyyə qərarlarında nisbətən artan intizam və Cənub Qaz Dəhlizi üzərində nəzarətin ona verilməsi ilə güclənib. “Moody’s”un sabit proqnozu SOCAR-ın kredit keyfiyyətini və səmərəli maliyyə idarəçiliyini qoruyub saxlamaq bacarığına olan inamı əks etdirir. Vurğulamaq yerinə düşər ki, ötən il “Fitch” Beynəlxalq Reytinq Agentliyi SOCAR-a investisiya edilə bilən dərəcədə olan BBB- (sabit) reytinqi verib.
SOCAR dekarbonizasiya hədəflərinə sadiqliyini nümayiş etdirir
Hazırda dekarbonizasiya dünyada ən aktual çağırışlardan biridir. Beynəlxalq səviyyəli milli şirkətimiz olan SOCAR da fəaliyyətini bu istiqamətdə qurub. Qurumun dekarbonizasiya proqramı 2050-ci ilə qədər “xalis sıfır” emissiya hədəfinə nail olmaqdır. Artıq bu istiqamətdə genişmiqyaslı fəaliyyətlərə start verilib. Dekarbonizasiya məsələləri şirkətın bütün seqmentlərini və fəaliyyət göstərdiyi bütün coğrafiyalarda ciddi şəkildə nəzərə alınır.
SOCAR ötən il özünün COP28 zamanı elan olunan dekarbonizasiya hədəflərinə sadiqliyini nümayiş etdirərək MSCI tərəfindən BBB ESG (Environment, Social and Governance - Ətraf mühit, Sosial və İdarəetmə) reytinqi alıb.
ESG üzrə ilkin BBB reytinqi SOCAR-ın karbon emissiyalarının və tullantıların azaldılması, ictimaiyyətlə əlaqələr, biomüxtəliflik, sağlamlıq və təhlükəsizlik, idarəetmə və şəffaflıq sahələrində əldə etdiyi nailiyyətlərin təsdiqidir.
SOCAR Xəzər regionunda bu reytinqi əldə edən ilk enerji şirkəti olmaqla bu göstərici üzrə əksər milli neft şirkətləri ilə müqayisədə daha üstün yer tutub.
Ətraf mühit, sosial siyasət və idarəetmə çərçivəsinin təkmilləşdirilməsini və həyata keçirilməsini əhatə edən intensiv proseslərin nəticəsi olan bu reytinq SOCAR-ın davamlı və dayanıqlı inkişaf strategiyasının, o cümlədən ətraf mühit, sosial siyasət və idarəetmə məsələlərində planlarının uğurla həyata keçirilməsinə təkan verəcək.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

