Respublikamızda iqtisadi islahatlar güclü sosial siyasətlə dəstəklənir
14.09.2013 [16:58]
Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən son tədbirlər, o cümlədən də əməkhaqlarının artırılması insanların həyat şəraitinin yaxşılaşmasına yönəldilmiş növbəti mühüm addımdır və bunun nəticələrini insanlar gündəlik həyatlarında hiss edirlər
Məlumdur ki, son bir neçə ildə dünya ölkələrinin iqtisadiyyatında ciddi kataklizmlər yaşanır. Kəskin maliyyə-iqtisadi böhranla üzləşən ölkələrdə zəncirvari proseslər baş verir: İstehsalın həcmi azalır, satış bazarları məhdudlaşır, iş yerləri ixtisar edilir, əməkhaqları aşağı salınır və s. Ancaq Azərbaycan dünya iqtisadiyyatında müşahidə olunan bu cür mənfi meyillərdən kənardadır. Ölkəmiz qlobal iqtisadi böhran illərində belə nəinki maliyyə-iqtisadi dayanıqlılığını qoruyub saxlamağa müvəffəq olub, hətta iqtisadi artımı xarakterizə edən bütün parametrlər üzrə nailiyyətlərə imza atıb.
Hazırda Azərbaycan istər ümumi daxili məhsulun artım tempinə görə, istərsə də yoxsulluğun azaldılmasına, yeni iş yerlərinin açılmasına və xüsusi infrastruktur layihələrinin həyata keçirilməsinə görə bütün dünyada ən sürətlə inkişaf edən ölkələr sırasındadır. Makroiqtisadi göstəricilərə dair aşağıda təqdim olunan statistika ölkə iqtisadiyyatının inkişaf dinamikası haqqında konkret təsəvvür yaradır: 2003-cü ildən bəri ölkədə ümumi daxili məhsul 3 dəfə artıb. ÜDM-in ümumi məbləği isə 7,147 milyard manatdan 54 milyard manata çatıb. 10 il bundan əvvəl adambaşına düşən ümumi daxili məhsulun həcmi 873 manat olmuşdusa, cari ilin əvvəlində bu rəqəm 5885 manat təşkil edib. Başqa sözlə desək, adambaşına düşən ÜDM 10 il ərzində təxminən 7 dəfə artıb. Respublikamız ÜDM-in artım tempinə görə, MDB məkanında 4-cü yeri tutur. 10 ildə Azərbaycanın strateji valyuta ehtiyatları 30 dəfədən çox artaraq 48 milyard dollara çatıb.
Son 10 ildə respublika iqtisadiyyatında müşahidə olunan sürətli inkişaf cari ilin ilk yarısında da eyni ahənglə davam etdirilib. Cari ilin birinci yarısında respublikamızda ümumi daxili məhsulun 5 faizlik artımına nail olunub. Ən diqqətəlayiq hal ondan ibarətdir ki ümumi daxili məhsulda qeyri-neft sektorunun çəkisi ilbəil artır. İlin ilk 6 ayı ərzində ölkə üzrə qeyri-neft sektoru təxminən 11 faiz artıb.
Azərbaycanın belə sürətli iqtisadi inkişafının əsasında Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya dayanır. Son 10 ildə bu strategiyanın ardıcıllıqla davam etdirilməsi, yeni dövrün tələblərinə uyğun əhəmiyyətli dərəcədə zənginləşdirilməsi milli iqtisadiyyatımızın qlobal sınaqlara dayanıqlılığını və sosial-iqtisadi islahatlarla müəyyən edilmiş hədəflərə çatmasını şərtləndirir. Qazanılan uğurlar son illər ərzində Azərbaycanda düzgün seçilən strategiyanın və ardıcıl həyata keçirilən iqtisadi islahatların nəticəsidir. İqtisadiyyatın modernləşdirilməsi və şaxələndirilməsi, neft amilindən asılılığın azaldılması, qeyri-neft sektorunun sürətli inkişafına yönəlmiş stimullaşdırıcı tədbirlərin görülməsi Azərbaycanın bütün dünyada nümunə kimi göstərilən iqtisadi inkişaf modelinin əsas cəhətləridir.
Ölkə iqtisadiyyatını səciyyələndirən ən mühüm cəhətlərdən biri isə onun sosialyönümlü olmasıdır. İqtisadi sahədə qazanılan uğurlar son nəticədə sosial ədalət prinsiplərinin möhkəmləndirilməsinə xidmət edir. Ölkədə həyata keçirilən siyasətin mərkəzində insan amili dayanır. İqtisadi tərəqqi əsasında vətəndaşların rifah halının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi dövlətin prioritet hədəfini təşkil edir. Azərbaycan vətəndaşının sağlamlığı, yüksək səviyyədə təhsil alması, işlə təmin edilməsi, rahat yaşaması dövlətimizin başlıca qayğısıdır. Son illərdə ölkədə sosial sferada həyata keçirilən genişmiqyaslı tədbirlər, o cümlədən də əhalinin sosial müdafiəsinin davamlı şəkildə gücləndirilməsi bunun təsdiqidir. Respublikamızda iqtisadi islahatlar güclü sosial siyasətlə tamamlanır. Azərbaycanda son illərdə iqtisadi islahatlarla yanaşı, sosial sahədə də çox ciddi proqramlar qəbul edilib və bu proqramlar uğurla reallaşdırılır.
Azərbaycan sosial siyasət sahəsində öz yolunu müəyyənləşdirib. Ölkəmizdə iqtisadi və sosial inkişaf məsələləri bir paketdə həll edilir. Əgər belə olmasaydı, əhalinin gəlirləri artmazdı. Dünya ölkələrinin praktikasına nəzər saldıqda görürük ki, əsaslı iqtisadi islahatlar bir sıra hallarda insanlara çox baha başa gəlir, insanlar bir çox hallarda bu islahatlardan əziyyət çəkirlər. Ayrı-ayrı ölkələrdə iqtisadiyyatı dirçəltmək, iqtisadi böhrandan çıxmaq üçün daha çox əhali hesabına atılan addımlar müşahidə edilir. Azərbaycanda isə iqtisadi islahatlar köklü xarakter daşıyır. Bunun nəticəsidir ki, hətta dünya ölkələri üçün böhranlı illərdə belə respublikamızda geniş həcmli sosial layihələr reallaşdırılıb. Son 10 il ərzində ölkədə 2500-ə yaxın məktəb, 500-dən çox tibb müəssisəsi, 35 Olimpiya İdman Kompleksi və digər sosialyönümlü obyektlər istifadəyə verilib. Sosial infrastruktur layihələrinin icrası məsələləri daim diqqət mərkəzində saxlanılır. Elektrik enerjisi, qaz, içməli su ilə bağlı problemlər tədricən aradan qaldırılır. Magistral və kənd yolları yenilənir. Paytaxtda və bölgələrdə genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir.
Paralel surətdə insanların gəlirləri də artır. Son 10 ilin reallıqları göstərir ki, ölkənin iqtisadi inkişafından, neft strategiyasının reallaşmasından və sahibkarlığın inkişafının uğurlu nəticələrindən əldə edilən dividendlər bilavasitə insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşmasına yönəldilir. Minimum əməkhaqlarının, büdcə təşkilatlarında çalışan ayrı-ayrı vətəndaş kateqoriyalarının məvaciblərinin, pensiya və müavinətlərin, tələbə təqaüdlərinin artırılması, sosial müdafiə sisteminin davamlı şəkildə təkmilləşdirilməsi dövlətin vətəndaşlarına olan diqqət və qayğısının bariz təcəssümüdür. Azərbaycan dövləti bu sahədə siyasəti belə müəyyənləşdirib: “Respublikada heç kim yoxsulluq şəraitində yaşamamalıdır. Yoxsul insan olmamalıdır”.
Dövlət büdcəsinin ilbəil artması həm infrastruktur layihələrini reallaşdırmağa, həm də davamlı olaraq əhalinin sosial müdafiəsini gücləndirməyə imkan verir. Son illərdə əməkhaqlarının və pensiyaların davamlı artımı ilə Azərbaycan özünü dünyaya sosial dövlət kimi təqdim edə bilib. 2003-cü ildən bəri respublikada əməkhaqları 12 dəfə artırılıb. Beləliklə, o zaman 9 manat səviyyəsində olan minimum əməkhaqqı son sərəncamlarla 105 manatadək yüksəldilib. On il ərzində Azərbaycanda orta aylıq əməkhaqqı 5 dəfədən çox artaraq, 77 manatdan 408,8 manata çatıb. Əməkhaqlarının səviyyəsinə görə, ölkəmiz MDB məkanında Rusiya və Qazaxıstanla birlikdə ilk üçlükdədir. Ölkədə pensiya və müavinətlər də getdikcə artır. Əgər 2003-cü ildə Azərbaycanda orta aylıq pensiyanın məbləği 24 manata yaxın idisə, ölkədə həyata keçirilən pensiya islahatları nəticəsində bu göstəricini 152 manata çatdırmaq mümkün olub. Hazırda orta aylıq pensiya əməkhaqqının 38 faizini təşkil edir ki, bu da Avropa Sosial Xartiyasının tələblərinə uyğundur. Ötən 10 il ərzində əhalinin hər nəfərinə düşən gəlirin məbləği 5,4 dəfə artaraq, 3784 manata çatıb.
Respublikamızda dövlət siyasətinin prioritetlərinə uyğun olaraq əməkhaqlarının artırılması istiqamətində daha bir addım atılıb. Ölkə Prezidentinin imzaladığı sərəncamlara əsasən, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları bu il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılıb. Əməkhaqlarının, sosial müavinətlərin və pensiyalarının artırılmasını əhatə edən bu sosial tədbirlər zərfi ilə təxminən 3 milyona yaxın Azərbaycan vətəndaşı əhatə olunacaq. Onların əksər hissəsi dövlət büdcəsindən maliyyələşən təşkilatlarda, təhsil sistemində (422 min nəfər) və səhiyyə sahəsində (təqribən 140 min nəfər) çalışanlardır. Həmçinin, əməkhaqlarının artırılması sosial təminat, mədəniyyət, elm, gənclər və idman sahələrində çalışanları əhatə edəcək.
Dövlət başçısının müvafiq sərəncamlarına əsasən əməkhaqlarının artırılmasına təkcə cari il büdcəsindən 200 milyon manata qədər əlavə vəsait xərclənəcək. 2014-cü ildə isə bu xərclərin maliyyələşdirilməsi üçün əlavə 600 milyon manatın ayrılması nəzərdə tutulur.
Ölkədə sosial müavinətlər sahəsində də əhəmiyyətli tədbirlər görülüb. Belə ki, həm məcburi köçkünlərə yemək üçün verilən müavinətlər, həm də valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına verilən, ailə başçısının itirilməsinə görə verilən müavinətlər və şəhid ailələrinə, milli qəhrəmanlara verilən müavinətlər əhəmiyyətli dərəcədə artırılıb. Sosial müavinətlərin artımı minimum 10 faiz, maksimum 60 faiz təşkil edir. Sosial müavinətlərin artımı ilə 400 mindən çox şəxs, o cümlədən 540 min nəfər məcburi köçkün əhatə olunacaq. Ümumilikdə isə 940-950 min nəfər sosial müavinətlərin artırılmasından bəhrələnəcək. Ümumiyyətlə, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən son tədbirlər, o cümlədən də əməkhaqlarının artırılması insanların həyat şəraitinin yaxşılaşmasına yönəldilmiş növbəti mühüm addımdır və bunun nəticələrini insanlar gündəlik həyatlarında hiss edəcəklər.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 15:29

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27
