/ / Sahibkarlıq fəaliyyəti üçün əlverişli mühitin yaradılması Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir
Sahibkarlıq fəaliyyəti üçün əlverişli mühitin yaradılması Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir
31.08.2013 [09:25]
Ölkəmizdə sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində dövlət tərəfindən maliyyə, texniki və intellektual dəstək göstərilir
Məlum olduğu kimi, bazar iqtisadiyyatının ən vacib komponentlərindən biri də sahibkarlıq fəaliyyətinin mövcudluğudur. Çünki ölkədə kiçik və orta sahibkarlığın inkişafı həm də dövlətin iqtisadi sabitliyinin əsas şərtlərindən biridir. Buna görə də, ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi üçün əlverişli biznes mühiti yaradılıb. Bu gün dövlətin əsas hədəflərdən biri də Azərbaycanda sahibkarlığın daha da inkişaf etdirilməsinə nail olmaqdır.
Bunun üçün dövlət büdcəsindən Azərbaycanda sahibkarlığın inkişafına ayrılan vəsaitin həcmi ilbəil artırılır. Bu, bir daha göstərir ki, sözügedən sahə daim dövlətin diqqət mərkəzindədir. Yatırılan investisiyalar, ilk növbədə, dövlət siyasətinə uyğun şəkildə qoyulur, digər tərəfdən dövlətlə özəl sektor arasında yeni, çox sağlam münasibətlər formalaşır. Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə həyata keçirilən layihələrin demək olar ki, hamısı həm dövlətin, həm özəl sektorun kapitalı hesabına həyata keçirilir. Qeyd edək ki, Sahibkarlığa Kömək Milli Fondu 2009-cu ildə dövlət başçısının müvafiq Fərmanı ilə yaradılıb. Fondun məqsədi Azərbaycanda sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına və əhalinin işgüzarlıq fəaliyyətinin artırılmasına kömək göstərməkdən, onlara maliyyə dəstəyi verməkdən ibarətdir. Bu məqsədlə Fond sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsini, sahibkarlığın inkişafını, yeni iş yerlərinin yaradılmasını təmin edən sahə və regional proqramların işlənib hazırlanmasını və həyata keçirilməsini, kreditlərin öz təyinatına uyğun istifadə olunmasına, sahibkarlıq subyektlərinə zəruri olan hüquqi, iqtisadi və digər məlumatların toplanmasına və yayılmasına, bazar konyunkturunun öyrənilməsinə, sahibkarlıq fəaliyyəti ilə bağlı proqramların və investisiya layihələrinin işlənib hazırlanmasına, sahibkarlıq subyektləri üçün kadrların hazırlanmasına və onların ixtisaslarının artırılmasına, sahibkarlıq subyektlərinin xarici iqtisadi fəaliyyətinin genişləndirilməsinə yardımı təmin edir. Bundan əlavə, ölkədə sahibkarlığın bazar infrastrukturlarının formalaşmasına və inkişafına kömək göstərmək, sahibkarlıq subyektləri üçün zəruri elmi-texniki biliklərin və yeniliklərin təbliğinə kömək etmək funksiyalarını da yerinə yetirir. Həyata keçirdiyi layihələrin səmərəliliyini artırmaq məqsədilə Fond öz səlahiyyətləri daxilində Azərbaycanda və xarici ölkələrdə hüquqi və fiziki şəxslərlə işgüzar münasibətlər yaradır, sahibkarlıq fəaliyyəti ilə bağlı beynəlxalq konfranslar, simpoziumlar və digər tədbirlər təşkil edir, ölkədə və xaricdə keçirilən belə tədbirlərdə iştirak edir, daxili və xarici investisiyaların cəlb edilməsi və onlardan səmərəli istifadə olunması ilə bağlı tədbirlər keçirir, qanunvericilikdə nəzərdə tutulmuş qaydada sərgilər və yarmarkalar təşkil edir.
Sahibkar layihələrinin maliyyələşdirilməsi üçün Fonda müraciət proseduru kifayət qədər sadədir. Belə ki, Fondun vəsaiti hesabına güzəştli kredit almaq üçün sahibkarlıq subyektləri ilkin olaraq müvəkkil kredit təşkilatlarına müraciət edirlər. Müvəkkil kredit təşkilatları müraciətləri qeydiyyata alır və sahibkara müraciətin qeydiyyata alınmasını təsdiq edən müvafiq sənəd təqdim edir. Müvəkkil kredit təşkilatları onlar üçün müəyyən edilmiş limit çərçivəsində 10 bank günündən gec olmayaraq öz biznes maraqları və Fondun müəyyən etdiyi investisiya layihələrinin tərtib olunmasına dair minimal tələblər və qiymətləndirmə meyarlarına əsaslanaraq investisiya layihələrini təhlil edir və müsbət qiymətləndirdiyi layihələrə dair Fondun müəyyən etdiyi məlumatları və sənədləri Fonda təqdim edir. Təqdim olunmuş layihələr 10 bank günü ərzində ekspertizadan keçirilir, daha sonra Fond müraciətin nəticəsi barədə müvəkkil kredit təşkilatlarına rəsmi məlumat verir.
Ümumilikdə, Fond sahibkarlara 10 min manatdan 5 milyon manatadək həcmdə güzəştli kreditlər verə bilər. Statistik rəqəmlərə nəzər saldıqda görürük ki, Fond tərəfindən hər il sahibkarlıq fəaliyyətinə böyük güzəştli kreditlər ayrılır. Belə ki, 2012-ci il ərzində Fond tərəfindən təkcə Bakı qəsəbələri üzrə 199 sahibkara 37,1 milyon manat, o cümlədən, kiçik həcmli 177 investisiya layihəsinin maliyyələşdirilməsinə 2,2 milyon manat güzəştli kredit verilib. Maliyyələşdirilən investisiya layihələrinin həyata keçirilməsi nəticəsində Bakı qəsəbələri üzrə 1500-dək yeni iş yeri yaradılıb. Bununla yanaşı, 2012-ci il ərzində sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi məqsədilə Fond tərəfindən Bakı qəsəbələrində sözügedən mövzuda 11 tədbir keçirilib. Bu tədbirlərdə Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə Fond vəsaitləri hesabına şəffaf formada güzəştli kreditlər verilib, tədbirlərdə iştirak edən sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi, investisiya layihələrinin hazırlanması və qiymətləndirilməsi üzrə təcrübələr təqdim olunub. Bakı və ətraf qəsəbələrdə sahibkarlara güzəştli kreditlərin ayrılması prosesi 2013-cü ildə də davam etdirilir.
Vurğulamaq lazımdır ki, Bakı və ətraf qəsəbələrdə sahibkarlar güzəştli dövlət kreditləri hesabına müasir avadanlıqlarla təchiz olunmuş çörək sexləri, istixanalar, kiçik emal və istehsal müəssisələri və s. istifadəyə verilib ki, bu da xüsusən paytaxtın mərkəzindən nisbətən uzaqda yerləşən qəsəbələrdə işsizlik probleminin həllində dönüş yaradıb.
Ümumiyyətlə, Azərbaycanın bazar iqtisadiyyatına keçidlə bağlı ilkin təcrübəsi göstərdi ki, sahibkarlığın, özəl sektorun inkişafına normal şərait yaratmadan iqtisadi yüksəlişi, əhalinin məşğulluğunu təmin etmək, infrastrukturu yeniləşdirmək, sosial məsələlərin həllinə nail olmaq mümkün deyil. Bu gün mübaliğəsiz demək olar ki, bazar iqtisadiyyatı Azərbaycanda tam şəkildə bərqərar olub.
Sirr deyil ki, ötən əsrin 90-cı illərində Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində ciddi tədbirlər həyata keçirilib, müvafiq normativ hüquqi aktlar qəbul edilib, islahatlar aparılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən institusional və struktur islahatlar, azad rəqabətin təmin edilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması, investisiyaların qorunması üzrə görülən işlər sözügedən sahədə sürətli inkişafa zəmin yaradıb. Dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes mühitinə dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmlərinin səmərəliliyinin artırılması, sahibkarların maarifləndirilməsi və onların işgüzar əlaqələrinin inkişafı istiqamətində davam etdirilən məqsədyönlü tədbirlər nəticəsində ölkə iqtisadiyyatında özəl sektorun payı 80 faizdən çoxdur, məşğul əhalinin isə təqribən 70 faizi bu sektorda fəaliyyət göstərir.
Onu da qeyd edək ki, SKMF-nın işini tənzimləyən normativ-hüquqi aktlara edilən dəyişikliklər nəticəsində Fondun təkmil fəaliyyət mexanizmi formalaşdırılıb və dövlət büdcəsindən güzəştli kreditlərin verilməsinə ayrılan vəsaitlərin həcmi artırılıb. 2008-ci il yanvarın 1-dən Azərbaycanda sahibkarlıq fəaliyyətinin “vahid pəncərə” prinsipinin (biznesin vahid qeydiyyat orqanının yaradılması) tətbiq olunması ölkədə biznes mühitinin inkişafına müsbət təsir göstərib, Azərbaycanın reytinqi bir neçə dəfə yüksəlib. Sistemin tətbiqi həm iqtisadi, həm də sosial əhəmiyyətə malik olub, işsizlik səviyyəsinin azaldılmasının səmərəli mexanizminə çevrilib.
Həmçinin, 2010-cu il aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış “Sahibkarlıq sahəsində aparılan yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Fərmanda sahibkarların və istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə yoxlama prosedurunda əsaslı yeniliklər təsbit olunub. 02 iyul 2013-cü il tarixdə Milli Məclisin İclasında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə edilib. Belə bir qanunun qəbulunda məqsəd ölkəmizdə sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və həyata keçirilməsi qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən etməkdən ibarətdir.
Sahibkarlığın inkişafının ən vacib komponentlərindən biri də sahibkarların maarifləndirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi, konsaltinq və innovasiya xidmətlərinin göstərilməsidir. Bu məqsədlə ötən il ərzində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə Respublikada 144 tədbir keçirilib ki, onlardan 80-i regionlarda yerli iş adamlarının iştirakı ilə təşkil edilib, sahibkarların və gənc menecerlərin bir qrupu bilik və bacarıqlarını artırmaq, inkişaf etmiş ölkələrdə mövcud texnologiya və işin qurulması mexanizmlərini mənimsəmək məqsədilə Almaniyada müvafiq müəssisələrdə təcrübə keçmək üçün göndəriliblər.
Qeyd etmək lazımdır ki, hazırda ölkəmizdə 60-a yaxın dövlət proqramı, strategiya və konsepsiya fəaliyyətdədir. Bütün bu mühüm hüquqi-normativ və proqram sənədlərinin yeni konsepsiya ilə əsaslı şəkildə əlaqələndirilməsi əldə olunan nailiyyətlərin təminatçısına çevriləcəkdir.
Bununla yanaşı, son illərdə qadın sahibkarlığının inkişafı üçün də bir sıra mühüm tədbirlər görülüb, müxtəlif mexanizmlər yaradılıb. “Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nda, eləcə də Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş 2006-2015-ci illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyasında qadın sahibkarlığının stimullaşdırılması, kiçik müəssisələrin inkişafı prosesində gender bərabərliyinin təmin edilməsi də daxil olmaqla, qadınların işlə təmin edilmələri üzrə kompleks tədbirlər nəzərdə tutulub.
2007-ci ildən etibarən SKMF qadın sahibkarların maliyyələşməsi mənbələrini genişləndirib. Fond tərəfindən 2002-ci ildən bu günədək 15 minədək layihəyə 110 milyon dollardan çox vəsait yönəldilib. Bu layihələr üzrə 1600 qadın sahibkara 50 milyon dollaradək güzəştli kredit verilib. Son 3 il və 2012-ci ilin 9 ayı ərzində qadın sahibkarlara verilmiş güzəştli kreditlər hesabına 933 yeni iş yeri yaradılıb. Fond tərəfindən kənd yerlərində qadınların ev şəraitində sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarının təşviqi məqsədi ilə nümunəvi investisiya layihələri hazırlanır və qadın sahibkarların maliyyələşdirilməsi daha da genişləndirilməkdədir.
Bir sözlə, sahibkarlığın inkişaf etdirilməsi üçün dövlət həm maliyyə, həm də texniki və intellektual dəstək göstərməkdədir. Nəticədə bu gün Azərbaycanda özəl sektorun fəaliyyət göstərməsi və rəqabətqabiliyyətli məhsul istehsalının genişləndirilməsinə zəmin yaranıb, yeni-yeni müəssisələr formalaşmaqdadır. Belə ki, bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda müəssisə və təşkilatların sayı artmaqda davam edib və qeydiyyatdan keçmiş 3 833 müəssisə və təşkilatın 148-i dövlət mülkiyyətinə, 3 337-si xüsusi mülkiyyətə, 3-ü bələdiyyə mülkiyyətinə, 265-i tam xarici investisiyalı və 80-i birgə müəssisələrə aid olub.
Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, yeni müəssisələrin 54,2 faizi Bakıda, 13,5 faizi Aran, 8,5 faizi Abşeron və 7,9 faizi Gəncə-Qazax iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.
Vergilər Nazirliyinin məlumatına əsasən, 2013-cü il iyulun 1-i vəziyyətinə fərdi sahibkarların sayı 448 mindən çox olub. Onlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Lənkəran, Şəki-Zaqatala və Abşeron iqtisadi rayonlarında qeydiyyata alınıb.
SEVİNC
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 15:29

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27
