Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / İKT sektorunun inkişaf tempinə görə Azərbaycan regionun lideridir

İKT sektorunun inkişaf tempinə görə Azərbaycan regionun lideridir

23.07.2013 [10:45]

Son 10 il ərzində bu sektor üzrə orta illik artım tempi 20-25 faiz təşkil edib
Məlum olduğu kimi, informasiya-kommunikasiya texnologiyaları (İKT) sektoru Azərbaycanda prioritet sahələrdən birini təşkil edir. Dövlət başçısının qəbul etdiyi qərarlar sayəsində bu sektor inkişaf edir, habelə dövlət idarəçiliyi sistemində İKT-nin tətbiqi, eləcə də, respublika əhalisinə elektron xidmətlərin göstərilməsi intensiv xarakter alır. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən Prezident İlham Əliyev İKT sahəsinə verilən diqqəti və bu sahədə əldə edilmiş uğurları nəzərə alaraq 2013-cü ili “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edib.
Qeyd etmək lazımdır ki, Azərbaycanın İKT sektorundan son 5 ildə 8 milyard dollar həcmində gəlir əldə edilib. Bütövlükdə, Azərbaycanda 2004-2009-cu illərdə İKT gəlirlərinin orta illik artım tempi 30-32 faiz təşkil edib. Dünya maliyyə böhranının hökm sürdüyü sonrakı 2 ildə isə artım 14-15 faiz olub. 2012-ci ildə sektorun artım tempi təxminən 18 faiz təşkil edib ki, bu rəqəm ümumdünya orta artım tempindən təxminən 2,5 dəfə yüksəkdir. Ümumilikdə, rəsmi məlumatlara görə, Azərbaycanda İKT sektoru təxminən hər üç ildə iki dəfə böyüyür. Təqribən 10-15 ildən sonra bu sahədən əldə ediləcək gəlirlər neft sektorundan daxil olacaq gəlirlərə bərabər olacaq.
Sözügedən sahəyə cəlb edilən investisiyalara gəlincə, son 10 ildə sektora təqribən 2,5 milyard ABŞ dolları məbləğində sərmayə qoyulub. Bunun 28 faizi dövlət, 72 faizi isə yerli biznes strukturları və xarici investorlar tərəfindən yatırılıb.
Bu gün Azərbaycanda mobil rabitə və İnternet xidməti inkişaf edir, internet istifadəçilərinin sayı sürətlə artır. 2012-ci ildə bu rəqəm təxminən 70 faizə yaxınlaşıb. Ötən ildə İnternet xidmətlərinin keyfiyyəti yüksəlib, 2011-ci illə müqayisədə xaricə çıxış tutumu 2,2 dəfə artıb, qiymətlər isə təxminən 35 faiz azalıb. Hazırda Azərbaycanda 1 meqabit-saniyə xidmətinin qiyməti orta əməkhaqqının təxminən 3 faizi qədərdir. Müqayisə üçün qeyd edək ki, inkişaf etməkdə olan ölkələr üçün bu rəqəm orta hesabla 20 faiz civarındadır.
Eyni zamanda, 2012-ci ilə qədər Azərbaycan MDB ölkələrində ilk dəfə bütün telekommunikasiya şəbəkəsinin elektronlaşdırılması, yəni, rəqəmləşdirilməsi, həmçinin, bütün yaşayış məntəqələrində stasionar telefon şəbəkəsinin qurulması, mobil rabitənin 100 faiz ərazidə yayılması üzrə lider olub. Mobil şəbəkələrdə “4G” texnologiyasının tətbiqi və istifadəsinə başlanıb. “4G”nin tətbiqinə görə Azərbaycan Avropanın 9-cu, dünyanın isə 37-ci ölkəsidir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) dərc etdiyi “İllik hesabat”a görə, son 5 ildə Azərbaycanda internet bazarının həcmi təxminən 4 dəfə, İT istehsal sahəsi isə 3 dəfə genişlənib. Son 10 il ərzində isə sektor üzrə orta illik artım tempi 20-25 faiz təşkil edib. Hesabatda qeyd olunub ki, 2012-ci ildə İKT sektorunda əldə olunan gəlirlərin həcmi 17,3 faiz artaraq 1,9 milyard ABŞ dollarından çox olub. Ölkənin İKT sektoruna yerli və xarici investorlar tərəfindən 410 milyon dollardan artıq investisiya yatırılıb. Bununla yanaşı, 2012-ci ildə ölkə əhalisinin 50 faizi genişzolaqlı internet istifadəçisi olub. Əhalinin hər 100 nəfərinə 110 mobil abunəçisi düşüb. Ölkə ərazisinin əhali yaşayan 93 faiz ərazisi rəqəmli TV yayımı ilə əhatə olunub.
Həmçinin, hesabatda bildirilir ki, ölkədə İKT sahəsində həyata keçirilən dövlət siyasətinin məqsədi informasiya cəmiyyətinə keçidin təmin olunması, informasiya və biliklərə əsaslanan, rəqabətədavamlı iqtisadiyyatın qurulması və inkişaf etdirilməsi, idarəetmə prosesində vətəndaşların və sosial institutların iştirakının təmin olunmasıdır: “Ölkədə İKT-nin inkişaf istiqamətləri 4 əsas strateji xətt üzrə müəyyən olunub. Bunlara elmtutumlu və innovativ İT məhsul istehsalı, İKT infrastrukturunun yeni texnologiyalar əsasında modernləşdirilməsi və tətbiqi coğrafiyasının genişləndirilməsi, “elektron hökumət” və elektron xidmətlərin inkişaf etdirilməsi, insan resurslarının inkişafı daxildir. Ötən il ərzində hər bir istiqamət üzrə uğurlara imza atılıb”.
Əlavə etmək lazımdır ki, beynəlxalq reytinq təşkilatları internetin ölkəmizdəki inkişaf səviyyəsini də yüksək qiymətləndirir. Beynəlxalq Telekommunikasiya İttifaqının qiymətləndirməsinə əsasən, Azərbaycan son 10 ildə İKT üzrə ən sürətlə inkişaf edən ölkələr arasındadır.
Azərbaycanda İKT-nin ixrac potensialının genişləndirilməsi gələcək planların mühüm istiqamətlərindən birini təşkil edir. Əsas məqsəd isə Azərbaycanı regionun informasiya xidmətləri ixracatçısına çevirməkdir. İnnovativ sahibkarlığın inkişafı, İKT sektorunun stimullaşdırılması texnoloji tutumlu məhsulların istehsalı üçün xüsusi mühit yaradacaq. Bunun üçün ölkədə yerli şirkətlərə maliyyə xidmətlərinin göstərilməsi, o cümlədən, güzəştli kreditlərin verilməsi istiqamətində də müəyyən addımlar atılır. Bu işlərin sürətləndirilməsi üçün dövlət başçısının Sərəncamı ilə İKT-nin inkişafının stimullaşdırılması məqsədilə İKT üzrə Dövlət Fondu yaradılıb.
Gələcək prioritetlər arasında nanotexnologiyalar əsasında yeni materialların alınması və istehsalı, enerjiqənaətedici və alternativ enerji mənbələrinin yaradılması və biotexnologiyaların geniş tətbiqi də var. Bu istiqamətdə ilk addım kimi Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin yaradılması, yaxşılaşdırılmış elektro-fiziki və kimyəvi xassələrə malik olan karbon nanoboruları və işıq diodlarının alınması və təcrübi istehsalı əhəmiyyətlidir.
Ötən illər ərzində həm də “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi istiqamətində mühüm işlər görülüb. Bu istiqamətdə mühüm addım kimi Azərbaycanın yerətrafı orbitə peyk çıxarmaq təşəbbüsünü qeyd etmək lazımdır. Bu peyk ölkəmizin qlobal informasiya cəmiyyətinə inteqrasiya olunmasında, Qərblə Şərq arasında informasiya regionunun aparıcı dövlətlərindən birinə çevrilməsində əhəmiyyətli rol oynayacaq. Eyni zamanda, kommersiya əhəmiyyəti baxımından əldə olunacaq gəlirlər ölkə iqtisadiyyatının inkişafına güclü təsir göstərəcək.

Paylaş:
Baxılıb: 1349 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30