Neftçala Sənaye Məhəlləsindən Avropaya balıq məhsulları ixrac olunacaq
01.01.2025 [22:56]
İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Neftçala Sənaye Məhəlləsində məhsul istehsalında müsbət dinamika müşahidə olunur. Təkcə ötən ilin yanvar-sentyabr aylarında sənaye məhəlləsində 30 milyon manata yaxın məhsul istehsal edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dövlət başçısının Sərəncamı ilə 2015-ci ildə yaradılan Neftçala Sənaye Məhəlləsinin əsas fəaliyyət istiqaməti balıqçılıq, balıq yemi, avtomobil istehsalı, eləcə də qida sənayesi məhsullarının istehsalı kimi müəyyənləşdirilib.
Sənaye Məhəlləsində 2017-ci ildən fəaliyyət göstərən balıq emalı zavodu dəniz məhsullarının istehsalı ilə məşğul olur. Müasir avadanlıqlarla təchiz olunmuş zavodda 35 nəfər çalışır və 10 çeşiddən çox məhsul hazırlanır: yerli Xəzər kilkəsi, Xəzər siyənəyi, xəşəm, çapaq, xaricdən gətirilən skumbriyalar və sair.
“Məqsədimiz, yerli istehsalımızı beynəlxalq səviyyəyə çatdırmaqdır. Xarici ölkələrdən gətirilən və Xəzər dənizindən tutulan balıqlar hisə verilərək qablaşdırılır və daxili bazarlara təqdim edilir. Balıq emalı zavodunda ay ərzində müxtəlif çeşiddə 120 tona yaxın balıq məhsulu istehsal olunur və bu məhsulların böyük hissəsi daxili bazarlara çıxarılır. 2025-ci ildən etibarən zavodda istehsal olunan balıq məhsullarının xarici ölkələrə, xüsusilə Avropa bazarına çıxarılmasını planlaşdırırıq. Artıq bu yolda əhəmiyyətli irəliləyişlər əldə etmişik və xarici bazarlara satışa başlamağı nəzərdə tuturuq", – deyə istehsalat müdiri Müşfiq Mikayılov bildirib.
İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımovun sözlərinə görə, Neftçala Sənaye Məhəlləsində sahibkarlar dövlət vəsaiti hesabına hazır infrastrukturlarla təmin edilirlər. O cümlədən hazır tikililər sahibkarların istifadəsinə verilir. Sənaye məhəlləsində investisiya kapitalı 60 milyon manatdan çox olan 6 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən bu günədək sənaye məhəlləsində görülmüş işlərə 46 milyon manatdan çox investisiya yatırılıb. 290 nəfərə yaxın daimi iş yeri yaradılıb. Gələcəkdə isə əlavə 200-dən çox iş yerinin yaradılması nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

