Biznes mühitinin dəstəklənməsi, vergi yükünün azaldılması...
29.12.2024 [11:39]
Vergi Məcəlləsinə dəyişikliklər sahibkarlıq üçün yeni təşviqlərə yol açır
Prezident İlham Əliyev “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunu təsdiqləyib. Qanuna əsasən, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin əsas istiqamətləri sahibkarlıq və investisiya fəaliyyətinin təşviqi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergi nəzarəti mexanizminin və vergi inzibatçılığının təkmilləşdirilməsi, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılmasından ibarətdir. Habelə, dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində vergi təşviqləri, bir sıra mədəniyyət sahələrinə vergi güzəştləri sənəddə öz əksini tapıb. Həmçinin Məcəllədə əksini tapan və 2025-ci il yanvarın 1-də müddəti bitən bir sıra güzəştlərin müddəti uzadılıb.
İnvestisiya mühitinin yaxşılaşdırılması
Vergi qanunvericliyinə edilmiş dəyişikliklər bir neçə istiqamətdə təsnifləşdirilə bilər. İlk istiqamət sahibkarlıq fəaliyyətinin təşviqi yolu ilə biznes icmasının vergi yükünün azaldılması, investisiya mühitinin yaxşılaşdırılması, eləcə də dövlət - özəl sektor tərəfdaşlığının müasir çərçivəsinin yaradılmasıdır. Bu hədəf üzrə vergi təşviqlərinin verilməsi nəzərdə tutulur. Təşviqlər bərpa olunan enerji mənbələrindən istifadə sahəsində həyata keçirilən layihələrə investisiya qoyuluşunu stimullaşdırmaq, uzunmüddətli dövrdə dövlətin maliyyə yükünü azaltmaq, istehlakçılar üçün tariflərin aşağı salınmasını və daxili istehsalın dəstəklənməsi məqsədilə vergi azadolmalarını əhatə edir. Bu istiqamətin digər bəndi kimi teatr, kino, muzey və simfonik orkestr fəaliyyəti üzrə vergi güzəştlərinin verilməsidir. Məqsəd qeyd edilən hər bir sahədə dövriyyələrin şəffaflaşdırılması və gəlirliliyin artırılmasıdır.
Güzəşt və azadolmalar
Vergi Məcəlləsində dəyişikliklərin digər istiqaməti 2025-ci il yanvarın 1-dən müddəti bitən bir sıra güzəştlərin yenidən uzadılmasıdır ki, bu da birbaşa yerli istehsal və emal sektorlarında təmsil olunan biznes sektorunun mənafeyinə xidmət edir. Belə ki, kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılması və həmin məhsulların qiymətlərinin artımının qarşısını almaq məqsədilə onların satışı üzrə ƏDV-nin ticarət əlavəsindən hesablanması rejiminin tətbiqi müddəti yenidən uzadılacaq. Bundan başqa, sahibkarlıq fəaliyyətinin, rəqabətədavamlı neft məhsulların istehsalının inkişafı üçün lazımi şəraitin yaradılması və daxili bazarın qorunması məqsədilə iri neft emalı zavodlarının modernləşdirilməsi işləri nəzərə alınaraq onlar tərəfindən avadanlıqların və materialların idxalı ƏDV-dən azad olunacaq. Bu, yanacaq bazarında əlverişli qiymət tariflərinin tənzimlənməsində mühüm rol oynayacaq. Ölkə ərazisində istehsal olunan avtobusların satışının, habelə təsdiqedici sənəd əsasında istehsalı məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı da ƏDV-dən azad olunur. Həmçinin tibb turizminin inkişafı üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə görə “tax-free” rejimində ƏDV-nin geri qaytarılması, sənaye məhəllələrinin istifadəsində olan torpaq sahələri və əmlaklar üzrə vergi azadolunması da nəzərdə tutulub.
ƏDV ilə bağlı güzəşt paketində digər bir bölmə qeyri-rezidentin sifarişi əsasında gəmiçilik müəssisələri tərəfindən dəniz və su nəqliyyatı vasitələrinin, hidrotexniki qurğuların təmiri üzrə xidmətlərin sıfır dərəcə ilə vergiyə cəlb edilməsidir. Bundan başqa, xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri 2025-ci ilin yanvarın 1-dən etibarən 2 il müddətinə yol vergisindən azad ediləcək. Bu dəyişiklik investisiya mühitinin təkmilləşdirilməsi məqsədi daşımaqla, logistika şirkətlərinin xərclərinin azalması fonunda malların qiymət artımın qarşısının azalmasına səbəb ola bilər.
Vergitutma bazasının genişləndirilməsi
Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin ikinci istiqaməti vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi və vergitutma bazasının genişləndirilməsi ilə bağlıdır. Həmin istiqamət üzrə qiymətli daşların və metalların, onlardan hazırlanmış məmulatların, mədəniyyət məhsullarının, daşınar əmlakın alqı-satqısı üzrə ödənişlərin nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılacaq. Həmin əməliyyatları aparan şəxslərə maliyyə sanksiyası tətbiq olunacaq.
Dəyişikliklərdə bəzi xidmət sahələri üzrə mikro sahibkarların gəlirlərinə 75 faiz vergi güzəştinin müvafiq tələblərlə şərtləndirilmədən tətbiqi, bina tikintisi sahəsində gəlirlərin və gəlirdən çıxılan xərclərin vergitutma məqsədləri üçün dəqiq təsbit edilməsi mexanizminin müəyyənləşdirilməsi məsələləri də yer alır.
Vergi qanunvericliyində aparılan dəyişikliklərin növbəti istiqaməti ölkəmizin beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılması məqsədi daşıyır.
Ümumilikdə, cəmi dəyişikliklərin fəlsəfəsi mütərəqqi vergi inzibatçılığını formalaşdırmaq, biznes mühitinin təkmilləşdirilməsini dəstəkləmək və sosial rifaha töhfə verməkdir.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12

