COP29-da rəqəmsallaşma və nəqliyyatla bağlı tədbirlər planı açıqlanıb
14.11.2024 [14:30]
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilir. İqlim dəyişikliklərinin qarşısının alınması istiqamətində göstərilən səylər, əldə olunan irəliləyişlər dəyərləndirilir, ən yaxşı həll yolları barədə müzakirələr aparılır.
Bu barədə AZƏRTAC-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
COP29 çərçivəsində ən yüksəksəviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də keçirilib. Bu gündən isə COP29-un tematik günləri başlayıb. 7 tematik gündə maliyyədən təhsilə, kənd təsərrüfatından urbanizasiyaya qədər müxtəlif sahələrin iqlim dəyişikliyi ilə əlaqəli məsələləri müzakirə olunacaq. Təşkil olunan tədbirlər iqlim böhranının aradan qaldırılmasının sürətləndirilməsi üçün təcrübələrin, ideyaların paylaşıldığı, əməkdaşlıqların qurulduğu və inkişaf etdirildiyi platformalar rolunu oynayacaq.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məsul olduğu sahələr üzrə təşəbbüslərini 2 tematik gün çərçivəsində təqdim edəcək. Nazirlik ümumilikdə 4 tədbirin həmtəşkilatçısıdır.
COP tarixində ilk: Rəqəmsallaşma Günü
Noyabrın 16-da COP29-da Elm, Texnologiya və İnnovasiya / Rəqəmsallaşma Günü olacaq. COP tarixində Rəqəmsallaşma Gününün təşkili ilk dəfədir. Bu, rəqəmsal inkişaf yolu seçmiş, müasir innovasiya məkanının formalaşdırılmasını milli prioritet elan etmiş Azərbaycanın – COP29 Sədrliyinin təşəbbüsü ilə proqrama daxil edilib.
Rəqəmsal texnologiyalar iqlim dəyişikliyi ilə mübarizədə vacib rol oynayır. Lakin onun enerji istehlakı və elektron tullantılar kimi mənfi tərəfləri də var. İlk Rəqəmsallaşma Günü texnologiyaların ətraf mühitə təsirlərini yumşaltmaqla tərəfləri davamlı rəqəmsal transformasiya üçün birgə fəaliyyətə təşviq edəcək.
Yaşıl Rəqəmsal Fəaliyyət
Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksəksəviyyəli dəyirmi masanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi COP29 Sədrliyi və Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) ilə birgə təşkil edəcək. Tədbirdə rəqəmsal texnologiyaların iqlim fəaliyyətini necə dəyişdirə biləcəyi araşdırılacaq. Dəyirmi masada rəqəmsal innovasiyaların iqlim strategiyalarına inteqrasiyası, rəqəmsal alətlərdən istifadə etməklə iqlim monitorinqinin və uyğunlaşmanın gücləndirilməsi, rəqəmsallaşmanın ətraf mühitə təsirlərinin aradan qaldırılması məsələləri müzakirə olunacaq.
Eyni zamanda, davamlı inkişaf sahəsində uğurlu təşəbbüslərin nümayiş etdirilməsi, rəqəmsal transformasiyanı qlobal iqlim məqsədlərinə uyğunlaşdırmaq üçün gələcək əməkdaşlıq imkanlarının yaradılması barədə fikir mübadiləsi aparılacaq. Dəyirmi masanın yekununda Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannamə qəbul olunacaq. Bəyannamə iqlim dəyişikliyini nəzərə alaraq rəqəmsallaşmanın sürətləndirilməsi, İKT sektorunda emissiyaların azaldılması və yaşıl rəqəmsal texnologiyalara çıxışın artırılmasını nəzərdə tutur.
Sənəd dövlətlər, sahə üzrə fəaliyyət göstərən təşkilatlar, şirkətlər, assosiasiyalar, vətəndaş cəmiyyəti üzvləri və akademik təsisatlar üçün açıqdır. Maraqlı tərəflər Bəyannaməyə qoşulmaq üçün digitalisation@cop29.az e-poçt ünvanına müraciət edə bilərlər.
Nəqliyyat Günü
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həmtəşkilatçısı olduğu digər tədbirlər noyabrın 20-də – Urbanizasiya, Turizm və Nəqliyyat Günü çərçivəsində olacaq. Həmin gün nəqliyyatın iqlim dəyişikliklərinə təsiri və iqlim fəaliyyətində rolu nəzərdən keçiriləcək. Dünyada CO2 emissiyalarının 23 faizi nəqliyyat sektorunun payına düşür. 1990-cı ildən bəri emissiyaların ən sürətli artım tempi məhz nəqliyyat və sənaye sektorunda müşahidə olunur. Vəziyyət indiki kimi davam edərsə, nəqliyyat sektorunda emissiyaların 2050-ci ilə qədər ikiqat artacağı proqnozlaşdırılır. Emissiyaların azaldılması ilə yanaşı, nəqliyyat sektorunun yaşıllaşdırılması Dayanıqlı İnkişaf Məqsədlərinin əldə edilməsində vacib rol oynayır.
Yaşıl şəhər nəqliyyatı
Urbanizasiya, Turizm və Nəqliyyat Günü çərçivəsində keçirilən tədbirlərdən biri “Yaşıl şəhər nəqliyyatı” mövzusunda nazirlərin dəyirmi masası olacaq. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu tədbiri Beynəlxalq Nəqliyyat Forumu (ITF) və BMT-nin aparıcı təsisatı olan Məskunlaşma Proqramı (UN-Habitat) ilə birgə təşkil edəcək. Tədbir şəhər nəqliyyatının yaşıllaşdırılması mövzusunun dərindən araşdırılması məqsədi daşıyır.
Dəyirmi masada dayanıqlı şəhər nəqliyyat sisteminin milli, regional və şəhər planlaşdırma strukturlarına inteqrasiyası ilə bağlı strategiyaların hazırlanması gözlənilir. Tədbir şəhər nəqliyyatının dekarbonizasiyasını sürətləndirmək üçün hökumətlər və maraqlı tərəfləri daha sıx əməkdaşlığa təşviq edəcək. Dayanıqlı şəhər nəqliyyat sistemlərinin təmin edilməsi üçün şəhərlərin kompakt və çox məqsədli inkişafı, eyni zamanda ictimai nəqliyyatın elektrikləşdirilməsi, elektrik mühərrikli avtobusların istismarı, metro və ya tramvay xidmətlərinin genişləndirilməsi tələb olunur. Təhlükəsiz piyada yolu və velosiped marşrutları, elektrik mühərrikli avtobuslar üçün enerjidoldurma infrastrukturu və xüsusi zolaqların yaradılması vasitəsilə dayanıqlı, aşağı karbonlu infrastrukturun tətbiqi bu istiqamətdə fəaliyyətin mərkəzində dayanır.
Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar
Urbanizasiya, Turizm və Nəqliyyat Günü çərçivəsində “Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzusunda nazirlərin dəyirmi masası keçiriləcək. Tədbirin təşkilatçıları Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UNECE), həmçinin Asiya və Sakit Okean ölkələri üçün İqtisadi və Sosial Komissiyasıdır (ESCAP). Dəyirmi masada Orta Dəhliz və qlobal miqyaslı digər dəhlizlərdə davamlılıq və rəqəmsallaşmanın təşviqi ilə bağlı son nailiyyətlər, eləcə də qarşıdakı təşəbbüslər müzakirə olunacaq.
Tədbirdə region və onun hüdudlarından kənar ölkələrin nazirləri, qurum rəhbərləri iştirak edəcəklər. Dəyirmi masada yaşıl, dayanıqlı nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı uğurlu təcrübələr, enerji səmərəliliyinin artırılması və əməliyyat əlaqəsinin yaxşılaşdırılması üçün rəqəmsallaşmadan, intellektual nəqliyyat sistemlərindən istifadə örnəkləri müzakirə olunacaq. Həmçinin innovativ texnologiyaların yükdaşımalarda karbon qazı emissiyasının azaldılmasında rolu, dayanıqlı nəqliyyat əlaqələrinin təmin edilməsində avtomatlaşdırma və süni zəkanın potensial rolu barədə fikir mübadiləsi aparılacaq.
Tədbirin sonunda regionda dayanıqlı inkişaf və rəqəmsal transformasiya ilə bağlı irəliləyişə nail olmaq üçün kollektiv öhdəliyi əks etdirən kommünike qəbul olunması nəzərdə tutulur.
Beynəlxalq aviasiya və iqlim dəyişikliyi
Noyabrın 20-də Urbanizasiya, Nəqliyyat və Turizm Günü çərçivəsində “Beynəlxalq aviasiya və iqlim dəyişikliyi” mövzusunda yüksəksəviyyəli panel müzakirəsi keçiriləcək. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi panel müzakirəsini Səudiyyə Ərəbistanı Krallığının Energetika Nazirliyi və Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) ilə birgə təşkil edəcək.
Tədbirdə nazirlər, hökumət rəsmiləri, sənaye liderləri və maraqlı tərəflər beynəlxalq aviasiyanın dekarbonizasiyası sahəsində son nailiyyətlər barədə diskussiya aparacaqlar. Beynəlxalq aviasiya sektoru qlobal CO2 emissiyalarında təxminən 2 faiz paya malikdir. Bu rəqəm digər sahələrlə müqayisədə az olsa da, yaxın gələcəkdə əhəmiyyətli dərəcədə artacağı proqnozlaşdırılır.
Tədbirdə 2050-ci ilədək mülki aviasiyanın “Xalis Sıfır” emissiya məqsədinə çatmaq üçün ICAO-ya üzv dövlətlər və aviasiya sənayesinin digər maraqlı tərəflər və maliyyə birliyi ilə əməkdaşlıq imkanları müzakirə olunacaq. Eyni zamanda bununla bağlı sənaye, hökumətlər və beynəlxalq təşkilatlar üçün prioritetlər, ehtiyac duyulan beynəlxalq siyasət və çərçivələr barədə fikir mübadiləsi aparılacaq.
Gözlənilən odur ki, Bakıda keçirilən COP29 tədbiri iqlim böhranının aradan qaldırılması ilə bağlı dəyərli irsi davam etdirəcək. Eyni zamanda bu prosesə yeni, əhəmiyyətli töhfələr verəcək.
Xəbər lenti
Hamısına baxDünya
14 Dekabr 23:46
Dünya
14 Dekabr 23:12
Sosial
14 Dekabr 22:49
İdman
14 Dekabr 22:27
Hərbi
14 Dekabr 21:37
Turizm
14 Dekabr 21:18
Dünya
14 Dekabr 20:43
Turizm
14 Dekabr 20:17
Elm
14 Dekabr 19:52
Xəbər lenti
14 Dekabr 19:15
İdman
14 Dekabr 18:43
Sosial
14 Dekabr 18:21
Sosial
14 Dekabr 17:49
Sosial
14 Dekabr 17:16
Sosial
14 Dekabr 16:48
Dünya
14 Dekabr 16:21
Gündəm
14 Dekabr 16:09
Sosial
14 Dekabr 15:57
Sosial
14 Dekabr 15:37
Dünya
14 Dekabr 15:31
Siyasət
14 Dekabr 15:25
Sosial
14 Dekabr 14:52
Siyasət
14 Dekabr 14:31
İqtisadiyyat
14 Dekabr 14:19
Sosial
14 Dekabr 13:57
Siyasət
14 Dekabr 13:41
İqtisadiyyat
14 Dekabr 13:16
Siyasət
14 Dekabr 13:09
Analitik
14 Dekabr 12:58
İqtisadiyyat
14 Dekabr 12:34
Siyasət
14 Dekabr 12:13
MEDİA
14 Dekabr 11:54
Siyasət
14 Dekabr 11:44
Sosial
14 Dekabr 11:43
Analitik
14 Dekabr 11:39
Siyasət
14 Dekabr 11:23
Analitik
14 Dekabr 11:12
Ədəbiyyat
14 Dekabr 10:55
Analitik
14 Dekabr 10:46
Dünya
14 Dekabr 09:57
Ədəbiyyat
14 Dekabr 09:49
Siyasət
14 Dekabr 09:36
Dünya
14 Dekabr 09:14
Dünya
14 Dekabr 08:53
Mədəniyyət
14 Dekabr 08:29
Sosial
13 Dekabr 23:57
Dünya
13 Dekabr 23:34
Elm
13 Dekabr 23:12
İdman
13 Dekabr 22:52
Sosial
13 Dekabr 22:31
Elm
13 Dekabr 22:10
Sosial
13 Dekabr 21:58
Sosial
13 Dekabr 21:37
Xəbər lenti
13 Dekabr 21:16
Hərbi
13 Dekabr 20:59
Dünya
13 Dekabr 20:33
Hərbi
13 Dekabr 20:12
Hərbi
13 Dekabr 19:56
İdman
13 Dekabr 19:31
Dünya
13 Dekabr 19:14
Siyasət
13 Dekabr 19:09
Hərbi
13 Dekabr 18:49
Siyasət
13 Dekabr 18:35
Sosial
13 Dekabr 18:32
Siyasət
13 Dekabr 18:16
Siyasət
13 Dekabr 17:44
Siyasət
13 Dekabr 17:41
Sosial
13 Dekabr 17:31
İqtisadiyyat
13 Dekabr 17:22
Hərbi
13 Dekabr 17:02