/ / Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində 2012-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində 2012-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib
16.02.2013 [09:48]
Qərib Məmmədov: Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən torpaq islahatının qarşıya qoyduğu vəzifələrlə bağlı 2012-ci ildə də bir sıra təxirəsalınmaz tədbirlər görülüb
Dünən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində (DTXK) 2012-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. İclasda çıxış edən Komitənin sədri Qərib Məmmədov bildirib ki, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən torpaq islahatının qarşıya qoyduğu vəzifələrlə bağlı 2012-ci ildə də bir sıra təxirəsalınmaz tədbirlər görülüb.
Komitə sədri deyib ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə qarşıya qoyulan vəzifələrə uyğun olaraq ötən il respublikanın 8 milyon 641 min 506 vahid torpaq fondunun 4 milyon 913 min 639 hektarı (56,9 faiz) dövlət mülkiyyətində saxlanılıb, 2 milyon 32 min 744 hektarı (23,5 faiz) bələdiyyə mülkiyyətinə verilib, 1 milyon 695 min 123 hektarı (19,6 faiz) isə özəlləşdirilib.
Hesabat ilində 3 bələdiyyənin mülkiyyətində olan torpaqlara texniki sənədlərin hazırlanmasına dair yer quruluşu işləri və 14 bələdiyyənin mülkiyyətində olan torpaqlara texniki sənədlərin, 504 birləşdirilmiş bələdiyyələrin mülkiyyətinə yeni xəritələrin hazırlanması işləri həyata keçirilib.
Ötən il Azərbaycanın 19 yaşayış məntəqəsi üzrə vətəndaşların (1 282 ailənin) qanuni istifadəsindəki həyətyanı sahələrin kompleks qaydada, 23 607 vətəndaşın isə fərdi yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyindəki bağların altında olan torpaqların onların mülkiyyətinə verilməsi üçün fərdi qaydada texniki sənədləri (torpaq sahəsinin planı və ölçüsü) hazırlanıb verilib.
Qərib Məmmədovun sözlərinə görə, Komitə tərəfindən 2012-ci ildə həyata keçirilmiş yerquruluşu və dövlət torpaq kadastrı işləri ilə yanaşı, DTXK-nın tabeliyində olan Dövlət Aerogeodeziya Müəssisəsi vasitəsi ilə geodeziya, topoqrafiya və kartoqrafiya sahəsində də bir sıra mühüm işlər görülüb. Eyni zamanda, Komitənin Bakı Kartoqrafiya Fabriki tərəfindən hesabat ilində Azərbaycan Respublikasının Kompleks Atlası, Bakı şəhərinin 1:10000 miqyaslı Turist Atlası, Azərbaycan Respublikasının Ekoloji Atlası (Azərbaycan və İngilis dillərində), Azərbaycan Respublikasının Milli Ensiklopediyası ilə bağlı xəritələrin tərtibatı, Zərdab, Biləsuvar, Ağcabədi, Beyləqan, Astara, Lənkəran, Masallı və Cəlilabad rayonlarının 1:100000 miqyasında ümumcoğrafi xəritələrinin tərtibatı və çap işləri yerinə yetirilib, 1:2000 miqyasında 508 nomenklatura, 1:5000 miqyasında 83 nomenklatura və 1:10000 miqyasında 84 nomenklatura olmaqla, cəmi 675 nomenklatura topoxəritələr nəşr edilib.
Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2000-ci il tarixli 422 saylı Fərmanı ilə təsdiq olunmuş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında” Əsasnamənin tələbləri rəhbər tutularaq Komitənin torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini həyata keçirən müfəttişləri tərəfindən “Torpaq, geodeziya və kartoqrafiya qanunvericiliyinin müvafiq tələblərini pozan şəxslər barədə inzibati tənbehin görülməsi” Qaydalarına uyğun olaraq 2012-ci ildə 440 torpaq qanunvericiliyinin pozulması halı müəyyən edilib ki, bundan 136 hal xəbərdarlıq (bildiriş) edilməklə aradan qaldırılıb, 304 inzibati xəta halı ilə bağlı protokol tərtib edilib, 22157 manat cərimə olunub, bundan 3689 manat ödənilib 18468 manat ödənilməmiş cərimə ilə bağlı müvafiq sənədlər tədbir görülməsi üçün məhkəməyə göndərilib. Həmin inzibati xəta hallarının 3-ü vəzifəli, 1-i hüquqi və 436-sı isə fiziki şəxslər tərəfindən törədilib.
Torpaq məsələləri ilə əlaqədar hesabat ilində 2 min 870 ərizə-şikayətlərə, o cümlədən, 659 təkrar müraciətlərə, 565 xüsusi nəzarətə alınmış şikayətlərə baxılıb müvafiq tədbirlər görülüb.
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08

