Türk Dövlətlərinin Fintex Alyansı yaradılıb
15.10.2024 [09:27]
Oktyabrın 10-da İstanbulda Türk Dövlətləri Fintex Alyansının yaradılması ilə bağlı Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın fintex assosiasiyaları arasında anlaşma memorandumu imzalanıb. Sənəd maliyyə texnologiyalarının inkişafı, qanunvericilik və tənzimləmə, maliyyə inklüzivliyinin artırılması, startap ekosisteminin dəstəklənməsi, beynəlxalq ödənişlərin və köçürmələrin asanlaşdırılması, kibertəhlükəsizlik və bir sıra digər sahələrində daha sıx əməkdaşlıq, təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.
Fintex borc alan və borc verən üçün asan platformadır
Müasir dünyanın rəqəmsal arxitekturasında mühüm yer tutan fintex maliyyə və texnologiya sahəsində elektron xidmətlərin geniş tətbiqini özündə birləşdirən nəhəng bir sistemdir. Bu sistem texnologiyaların maliyyə sektoruna inteqrasiya olunması sayəsində maliyyə xidmətlərinin daha rahat, daha təhlükəsiz və daha sürətli həyata keçirilməsinə imkan verən bir innovasiya modeli deməkdir. Sistemin əsas funksiyalarından biri bank və maliyyə təşkilatları arasında pul və digər maliyyə alətlərinin qarşılıqlı dövriyyəsini, borc alıb borc verilməsini təmin etməkdir. Ənənəvi bankçılıqda borcalma və borcvermə kimi ən sadə maliyyə əməliyyatları uzun zaman və fiziki olaraq texniki güc sərfinə səbəb olurdusa, fintexdə belə hallar yoxdur, bu sistemin sayəsində bütün maliyyə əməliyyatları asan və sürətli platforma üzərindən həyata keçirilir. Burada həm banklar öz aralarında daha asan maliyyə və borc öhdəliklərini yerinə yetirməyə nail olur, kargüzarlıq işi demək olar ki, sıfıra düşür, fiziki xərclər azalır. Eyni zamanda, fintexdə bank müştərilərinin də işçləri rahat və qısa zamanda maneəsiz həyata keçirilir.
Fintexə böyük maraq göstərən türkdilli ölkələr bu istiqamətdə son illərdə təşəbbüsləri artırıb, cari il iyunun 13-14-də Bakıda Azərbaycan Mərkəzi Bankının təşəbbüsü ilə keçirilən Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın mərkəzi banklarının nümayəndələrinin regional tədbirində rəqəmsal ödəniş infrastrukturunun inteqrasiya imkanları müzakirə edilib. Tədbir çərçivəsində mərkəzi bankların ödəniş sahəsi üzrə ekspertləri arasında təcrübə mübadiləsi baş tutub və qlobal ödəniş alətləri, yeni tətbiqlərə dair müzakirələr aparılıb. Bu, həm də fintex üzrə əlaqələrin qurulması, bu sahədə ölkələrin qanunvericilik bazasının təkmilləşdirilməsi, fintexlərin ödəniş bazarına cəlb edilməsi kimi prioritetləri nəzərdə tutub.
Türkdilli ölkələrin bank nümayəndələri müasir elektron bank məhsulları və arxitekturasının imkanları, o cümlədən rəqəmsal valyutaların tətbiqi imkanları, ani ödəniş sistemlərindən istifadənin artırılması, açıq bankçılıq modelinin fintexlərin inkişafında rolu, maliyyə sektorunda müasir tənzimləmə texnologiyalarının tətbiqi, mərkəzi banklar arasında kibertəhlükəsizlik sahəsində məlumat mübadiləsinin genişləndirilməsi kimi mühüm məsələləri də nəzərdən keçiriblər. Mövcud iqtisadi tələbatlar şəraitində Mərkəzi banklar arasında əməkdaşlığın inkişaf etdirilməsini və bir-birinin ödəniş infrastrukturunun inteqrasiya imkanları da əsas məsələlərdən biri kimi ön planda yer alıb.
Azərbaycanın beşillik fintex strategiyası
Fintexi yeni maliyyə siyasətinin əsas alətlərindən biri kimi müəyyənləşdirən Azərbaycan hökuməti bu sahədə qabaqcıl mütərəqqi təcrübəni mənimsəyərək “2024-2028-cı illər üzrə fintex strategiyası” hazırlamaqdadır. Strategiyada fintex üzrə qabaqcıl dünya alətlərinin ölkəmizdə tətbiqinin genişləndirilməsi, xarici şirkətlərlə bu sahədə əməkdaşlıq və yeni hədəflər öz əksini tapacaq.
Hazırda ölkəmizdə fintex üçün infrastruktur qurulub, maliyyə sistemi “Elekton hökumət” platformasına tam inteqrasiya olunub, “Asan imza” və “Sima imza” ilə bütün rəqəmsal maliyyə əməliyyatlarını internet üzərindən həyata keçirmək imkanları mövcuddur. Rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində ölkədə rəqəmsal xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, “müştəri-bank” münasibətlərinin innovativ texnologiyalar platformasında quraraq daha təhlükəsiz və operativ elektron xidmətlərin son müştəriyə çatdırılması istiqamətində zəruri addımlar atılıb. Ən son rəqəmsal alətlər bank sisteminə inteqrasiya olunub. Son 5 ildə bankların müasir maliyyə texnologiyalarının tətbiqinə 300 milyon manatdan artıq sərmayələri də məhz bu arxitekuranın möhkəmlənməsinə imkan verib. Mərkəzi Bank tərəfindən müasir ödəniş həllərini ehtiva edən Ani Ödənişlər Sistemi və blokçeyn əsaslı Rəqəmsal İdentifikasiya Sistemi yaradıb, Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq çərçivəsində real şəraitdə yeni fintex məhsul və xidmətlərini sınaqdan keçirməyə imkan verə biləcək xüsusi tənzimləyici sistem hazır vəziyyətə gətirilib. Pilot olaraq fiziki və hüquqi şəxslər üçün məsafədən bank hesablarının açılması funksionallığı tam olaraq rəqəmsallaşdırılıb.
Çindən Avropaya qədər “yaşıl maliyyə” coğrafiyası formalaşacaq
Azərbaycanda fintexi tətbiq edən bank və şirkətlərin sayının artması, bu sahədə fəaliyyət göstərən şirkətlərimizin Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Pakistan bazarlarına daxil olması isə Türk ölkələri ilə vahid fintex ailəsinin qurulması üçün güclü zəmin yaradır. Bu baxımdan Türk Dövlətləri Fintex Alyansının yaradılması ölkələr arasında fintex sisteminin daha da inkişafı, vahid platforma əsasında fintex idarəçiliyinin təkmilləşməsi, qabaqcıl şirkətlərlə inteqrasiyasının artırılması sayəsində türk ailəsinin xarici bazar iştirakçıları ilə rəqabətdə mövqelərini möhkəmləndirəcək. Platforma yalnız Türk dövlətləri arasındakı əməkdaşlığı deyil, eyni zamanda Asiya və Avropa regionunda böyük bir yeni maliyyə ekosisteminin əsasını qoyacaq. Türk ölkələrinin təşəbbüskarlığı Çindən Avropaya qədər uzanan “yaşıl maliyyə” coğrafiyasının formalaşmasında təşvi qedici rol oynayacaq.
ELBRUS
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35
Analitik
16 Sentyabr 17:08
Dünya
16 Sentyabr 16:22
Sosial
16 Sentyabr 16:21
Hərbi
16 Sentyabr 16:18
Dünya
16 Sentyabr 15:51
Sosial
16 Sentyabr 15:51
Dünya
16 Sentyabr 15:18
İqtisadiyyat
16 Sentyabr 15:10
YAP xəbərləri
16 Sentyabr 15:08
Sosial
16 Sentyabr 14:51
YAP xəbərləri
16 Sentyabr 14:50
Analitik
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:39
YAP xəbərləri
16 Sentyabr 14:38
Siyasət
16 Sentyabr 14:22
Formula 1
16 Sentyabr 14:06
Gündəm
16 Sentyabr 13:52
İdman
16 Sentyabr 13:50
Gündəm
16 Sentyabr 13:50
Din
16 Sentyabr 13:44
Dünya
16 Sentyabr 13:24
YAP xəbərləri
16 Sentyabr 13:17
Dünya
16 Sentyabr 12:46
Gündəm
16 Sentyabr 12:31
YAP xəbərləri
16 Sentyabr 12:24
Gündəm
16 Sentyabr 12:12
Siyasət
16 Sentyabr 12:05
Sosial
16 Sentyabr 11:55
Gündəm
16 Sentyabr 11:53
Siyasət
16 Sentyabr 11:39
Gündəm
16 Sentyabr 11:33
Sosial
16 Sentyabr 11:28
Hadisə
16 Sentyabr 11:25
İdman
16 Sentyabr 11:24
İqtisadiyyat
16 Sentyabr 11:22
YAP xəbərləri
16 Sentyabr 11:19
Siyasət
16 Sentyabr 11:17
YAP xəbərləri
16 Sentyabr 11:14
Analitik
16 Sentyabr 10:54
İqtisadiyyat
16 Sentyabr 10:30
Sosial
16 Sentyabr 10:11
Analitik
16 Sentyabr 09:45
Analitik
16 Sentyabr 09:17
Sosial
16 Sentyabr 08:59
Sosial
16 Sentyabr 08:31
Gündəm
16 Sentyabr 08:14
Hadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41

