/ / Azərbaycan həm Avropanın enerji təhlükəsizliyinə, həm də regionun tranzit əhəmiyyətinin artmasına öz töhfəsini verir
Azərbaycan həm Avropanın enerji təhlükəsizliyinə, həm də regionun tranzit əhəmiyyətinin artmasına öz töhfəsini verir
09.01.2013 [02:45]
“İNVESTORS”: Azərbaycan sayəsində qlobal enerji təhlükəsizliyi nəzərə çarpacaq dərəcədə artacaq
Müstəqillik əldə etdikdən sonra bir sıra iri regional və beynəlxalq enerji layihələrinə imza atan Azərbaycan bu istiqamətdə həyata keçirdiyi strategiyanı hazırda da uğurla davam etdirir. Hazırda ölkəmiz Avropanın əsas enerji tərəfdaşına çevrilib və bu qitənin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Rəsmi Bakının bu strategiyası ölkəmizin regionda mövqeyini möhkəmləndirməklə yanaşı, xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişafına da müsbət təsir göstərməkdədir.
Onu da qeyd edək ki, Azərbaycanın enerji təhlükəsizliyi sferasında danılmaz rolu 2006-cı ilin noyabr ayında bir daha təsdiqləndi. Belə ki, həmin vaxt Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Joze Manuel Barroso Brüsseldə “Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzaladılar. Bu sənəd Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında enerji əməkdaşlığının strateji xarakterini rəsmiləşdirdi və bu tərəfdaşlığın daha da inkişaf etdirilməsi üçün əsas sahələri müəyyən etmiş oldu.
Bu məqamda onu da vurğulamaq lazımdır ki, Azərbaycan enerji siyasətini həyata keçirərkən heç vaxt neft və qaz amilindən siyasi məqsədlər üçün istifadə etməyib və tərəfdaşları ilə münasibətdə qarşılıqlı səmimiyyət prinsiplərinə söykənib. Bunu daha açıq şəkildə ölkəmizin neft və qaz ixrac etdiyi dövlətlərə olan münasibətlərinin fonunda müşahidə etmək olar.
Ümumiyyətlə, yanacaq resurslarının nəqlinə başladığı gündən diversifikasiya siyasətinə üstünlük verən Azərbaycanın atdığı qətiyyətli addımlar regionun və dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayıb, çoxşaxəli enerji marşrutları sisteminin yaradılmasına əlverişli zəmin yaradıb. Təsadüfi deyil ki, Azərbaycan hökuməti nümayiş etdirdiyi siyasi iradə ilə trans-enerji layihələrinin çəkilişinə səbəb olub, Avro-Asiya Neft Nəqli Dəhlizi sisteminin yaradılmasını reallaşdırıb. Hazırda ölkəmiz Bakı-Tbilisi-Ceyhan (BTC), Bakı-Tbilisi-Ərzurum (BTƏ) əsas neft və qaz ixrac boru kəmərlərini istifadəyə verməklə və Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu layihəsini həyata keçirməklə, həm Şərq-Qərb enerji və nəqliyyat dəhlizinin reallaşmasına, həm Avropanın enerji təhlükəsizliyinə, həm də regionun tranzit əhəmiyyətinin artmasına öz töhfəsini verir. Bu layihələrdən əldə edilən siyasi və iqtisadi mənfəətlərlə yanaşı, Azərbaycan regional əməkdaşlığın gücləndirilməsində də aparıcı dövlətə çevrilib. Digər tərəfdən, BTC neft boru kəməri, həmçinin, BTƏ qaz boru kəməri Avropa və digər beynəlxalq bazarlara Azərbaycanın və Mərkəzi Asiyanın neft və qazını çatdırır. Bu cür layihələr Azərbaycanla yanaşı Gürcüstan və Türkiyənin inkişafına və rifahına xidmət edir, bütöv regionun təhlükəsizliyini möhkəmləndirir.
Göründüyü kimi, iri qaz istehsalçısına çevrilən ölkəmiz hasil etdiyi təbii qazın müxtəlif marşrutlarla ixracında da maraqlıdır. Bu gün Azərbaycan qazı Rusiya, İran, Gürcüstan və Türkiyəyə ixrac edilir. Yəni, hazırda Azərbaycan qaz ixracı marşrutlarının diversifikasiyasına nail olub. Ölkəmizin enerji sektorunun inkişafı, “Şahdəniz” layihəsinin ikinci mərhələsinə hazırlıq, “Ümid” yatağının kəşfi və işlənməyə hazırlanması, “Abşeron” blokunda iri qaz yatağının aşkarlanması və digər perspektiv işlər isə yaxın illərdə Azərbaycanda təbii qaz hasilatının həcminin əhəmiyyətli surətdə artacağına dəlalət edir. Bu isə yeni ixrac imkanlarını inkişaf etdirmək zərurətini yaradır. Bu baxımdan, Trans-Anadolu qaz kəməri (TANAP) layihəsinin reallaşdırılması xüsusi əhəmiyyətə malikdir.
Əksər ekspertlərin vurğuladığı kimi, Azərbaycan və Türkiyə arasında imzalanan TANAP layihəsinin reallaşması da dünyada enerji təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verəcək. Belə ki, sözügedən layihə Türkiyə-Azərbaycan enerji əməkdaşlığını inkişaf etdirməklə yanaşı, həm də, Avropanın enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyan bir hadisədir. Xarici mətbuat da TANAP layihəsinin Azərbaycanın, region ölkələrinin inkişafı və eləcə də, Avropa enerji təhlükəsizliyində rolunu müsbət qiymətləndirir. Məsələn, ötən ay Amerikanın “İNVESTORS” saytında yerləşdirilən məqalədə də bu barədə yazılıb. Sözügedən mənbədə qeyd olunur ki, Trans-Anadolu qaz kəmərinin tikintisinə gələn il başlanacaq. Onun kontrol paketi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsusdur və qismən bu şirkətin vəsaiti hesabına maliyyələşdirilir. Xüsusilə, mənbə bu layihənin reallaşdırılmasının Mərkəzi və Şərqi Avropa üçün daha çox əhəmiyyətli olduğunu vurğulayıb: “Çünki onlar yalnız Rusiyadan qaz ala bilirlər və bunun üçün Qərbi Avropa ölkələrindən 30-40 faiz artıq vəsait ödəyirlər. Proqnozlara görə, qaz kəmərinin tikintisi qrafikə uyğun olaraq 2018-ci ildən gec olmayaraq tamamlanacaq və qaz Avropaya çatdırılmağa başlayacaq”.
Sözügedən layihənin əhəmiyyətlərini sadalayan sayt bildirir ki, ABŞ-ın tərəfdaşlarından olan Azərbaycanın siyasəti sayəsində qlobal enerji təhlükəsizliyi nəzərə çarpacaq dərəcədə artacaq. Eyni zamanda, TANAP-ın tikintisi və istismarı Azərbaycan, Gürcüstan və Türkiyəyə xeyli iqtisadi fayda gətirəcək. Bu layihənin həyata keçirilməsi üç ölkə arasında iqtisadi və institusional əlaqələri daha da dərinləşdirəcək. Bununla yanaşı, TANAP Qafqaz ölkələrinin iqtisadiyyatının Avropaya, Avropa iqtisadiyyatının isə bütövlükdə Qərbə inteqrasiyasına imkan yaradacaq. Nəhayət, TANAP-ın Türkiyə ərazisindən keçməsi bu ölkənin enerji körpüsü kimi statusunun artması ilə yanaşı, Azərbaycanın Avropada öz biznesini inkişaf etdirmək maraqlarına da imkan verəcək.
Xatırladaq ki, cari ilin iyunun 26-da İstanbulda Azərbaycan və Türkiyə arasında imzalanan tarixi sənəd noyabr ayında parlamentdə ratifikasiya edildikdən sonra Prezident İlham Əliyev “Azərbaycan və Türkiyə hökumətləri arasında təbii qazın Türkiyəyə satışı və Azərbaycandan gələn təbii qazın Türkiyə ərazisi vasitəsilə tranziti haqqında və təbii qazın Türkiyə ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair” Sazişin təsdiq edilməsi haqqında qanunu imzalayıb.
Əlavə edək ki, Türkiyə TANAP layihəsində Azərbaycanın əsas tərəfdaşıdır. Layihənin reallaşdırılması ilə Türkiyənin Gürcüstandan başlayan sərhədindən Avropada bitən sərhədinə qədər olan məsafədə Xəzər hövzəsindən çıxan Azərbaycan qazının Avropa bazarlarına birbaşa nəqli nəzərdə tutulur. TANAP layihəsi iki ölkənin bu sahədə tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə, həmçinin, Xəzərin Azərbaycan sektorundan çıxan zəngin qaz ehtiyatlarının (hazırda 2,6 trilyon kubmetr qaz ehtiyatı aşkarlanıb) Türkiyə vasitəsilə Avropa bazarlarına çıxarılması, birinci əldən realizə olunması və əldə olunmuş gəlirin Azərbaycanın və müvafiq olaraq layihə iştirakçılarının inkişafına yönəldilməsinə, dünyada enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edəcək. 7 milyard dollarlıq bu layihənin 5 il müddətində tamamlanması planlaşdırılıb. İlkin olaraq keçiriciliyi 16 milyard kubmetr olan boru kəmərinin gücünün sonradan 50 milyard kubmetrə çıxarılması nəzərdə tutulur. 80 faizi Azərbaycana, 20 faizi Türkiyəyə (“BOTAŞ” və TPAO şirkətləri) məxsus olacaq Trans-Anadolu qaz kəməri ilə nəql ediləcək qazın 6 milyard kubmetri Türkiyənin daxili ehtiyacları, 10 milyard kubmetri isə Avropaya satış üçün nəzərdə tutulur.
Sözügedən layihə 4 mərhələdə həyata keçirilərək. Onun ilk mərhələsi 2018-ci ildə başa çatacaq, 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 milyard kubmetrə, 2023-cü ildə 23 milyard kubmetrə, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək. Gələcəkdə isə Bolqarıstan, Rumıniya, İtaliya istiqamətində uzana, NABUCCO-ya və ya TAP-a (Transadriatik boru kəməri) da qoşula bilər.
Qeyd edək ki, “Şahdəniz-II” layihəsi çərçivəsində hasil olunacaq təbii qazın nəqlini təmin etmək üçün Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Azərbaycan və Gürcüstan hissələrinin (Səngəçaldan tutmuş Gürcüstan-Türkiyə sərhədinədək hissə) buraxılış gücünün artırılması da əsas hədəflərdəndir. TANAP layihəsinin işə düşməsi “Şahdəniz-II” layihəsi üzrə qaz hasilatına başlanması vaxtı ilə uzlaşdırılıb.
SEVİNC
Xəbər lenti
Hamısına baxHərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Gündəm
01 İyun 11:59
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19
YAP xəbərləri
01 İyun 11:04
YAP xəbərləri
01 İyun 10:56
Dünya
01 İyun 10:55
Elm
01 İyun 10:40
Elm
01 İyun 10:39
Siyasət
01 İyun 10:37
Siyasət
01 İyun 10:32
İqtisadiyyat
01 İyun 10:31
Siyasət
01 İyun 10:28
Dünya
01 İyun 10:21
Dünya
01 İyun 09:49
Gündəm
01 İyun 09:39
Gündəm
01 İyun 09:39
Sosial
01 İyun 09:38
Dünya
01 İyun 09:20
Dünya
01 İyun 08:53
Dünya
01 İyun 08:37
Dünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

