Daha yüksək proqnoz...
28.09.2024 [10:43]
Avropa Bankı iqtisadi göstəricilərimizi yaxşılaşdırıb
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2024-cü ildə Azərbaycanın iqtisadi artım ilə bağlı proqnozunu yeniləyərək may ayındakı 3,1 faizdən 3,8 faizə yüksəldib. Bank 2024-ci ilin yanvar-avqust aylarında ölkəmizdə inkişaf ssenarilərinin yaxşılaşmasını nəzərə alaraq yeni iqtisadi artım çərçivəsi müəyyən edib. Qeyd edək ki, cari ilin ötən 8 ayı ərzində ölkəmizdə iqtisadi artım tempi 4 faiz təşkil edib, qeyri-neft sektoru üzrə əlavə dəyər isə 7 faizdən çox olub. İlin sonunda ümumi daxili məhsulun 4-5 faiz intervalında olacağı ehtimal edilir ki, bu da iqtisadi artımın bir qədər də sürətlənəcəyinə dəlalət edir.
Maliyyə sabitliyi dayanıqlıdır
AYİB-nin açıqlamasında qeyd edilir ki, güclü dövlət investisiyaları və əhalinin real gəlirlərinin artması 2024-cü ilin birinci yarısında Azərbaycanın qeyri-neft ÜDM-nin davamlı artımını dəstəkləyib, neft-qaz sektoru isə Avropa bazarında tələbatın artmasından faydalanıb. Kreditləşmənin artımı daha da sürətlənərək 20 faizi ötüb, həm korporativ, həm də pərakəndə kreditləşmə yaxşı nəticələr göstərib. Sərmayələrin davamlı artımı və maliyyə axınları hesabında iqtisadiyatda əlavə dəyərin həcminin böyüməsi istisna olunmur. Qeyd edilir ki, dünya bazarlarında yanacaq və enerji xammallarının ucuzlaşması karbohidrogen ixracatçısı olan Azərbaycanın suveren gəlirlərinə hissolunacaq təsirlər etmir və ölkənin tədiyyə balansı göstəriciləri dayanıqlı və qənaətbəxşdir, ölkənin profisitli maliyyə göstəriciləri maliyyə sabitliyinin möhkəmliyini təsdiq edir.
Beləliklə, Avropa Bankı mövcud artım ssenarilərinə əsaslanaraq Azərbaycanda cari ilin inkişaf proqnozlarını yaxşılaşdırmağa qərar verib. Bank növbəti ilə dair proqnozunu sabit saxlayaraq artım tempini 2,7-2,8 faiz civarında müəyyənləşdirib. Bununla yanaşı, ilin sonlarında və ya növbəti ilin əvvəllərində Avropa Bankının qlobal iqtisadiyyata dair yeni proqnoz hesabatının dərc edilməsi nəzərdə tutulur ki, bu zaman Azərbaycanla bağlı yenilənmiş göstəricilərin açıqlanacağı istisna olunmur.
Beynəlxalq institutlar da AYİB-in proqnozlarını təsdiqləyir
Hazırda Azərbaycanda ÜDM-in 4,2 faizlik artım tempi dünya üzrə ümumi iqtisadi artım göstəricisindən (3,2-3,5 faiz) yüksəkdir. Bu faktor da ölkəmizdə iqtisadi inkişafı təmin edən mənbələrin dayanıqlılığı və növbəti dövrlər üçün əlavə potensialların səfərbər olunmasına imkan verdiyini sübut edir. Bu tempin ilin sonuna qədər davam edəcəyi və ələlxüsus da qeyri-neft ÜDM-nin orta artımının 7-8 faiz təşkil edəcəyi fonunda sabit artım dinamikasının 4-5 faiz nisbətində olacağı gözlənilir. Bunu dünyanın ən aparıcı maliyyə qurumlarının, o cümlədən Dünya Bankı (DB), Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı (AİB), eləcə də reytinq agentliklərindən “Fitch Group”, “Moody’s Ratings” Azərbaycanın yaxın 2-3 illik inkişaf proqnozlarını 3-4 faiz civarında ehtimal edən hesabatlar dərc edib.
Azərbaycan hökumətinin yaxın 3 illik sosial-iqtisadi inkişaf proqnozları ilə beynəlxalq iqtisadi təşkilatların artım gözləntiləri üst-üstə düşür. Hökumətin proqnozlarına əsasən, 2024-cü ildə ÜDM-in real ifadədə 2,4 faiz artaraq 118,4 milyard 2,4 faiz, 2025-ci ildə 2,9 faiz, 2026-cı ildə 2,7 faiz, 2027-ci ildə isə 3,6 faiz təşkil edəcək. Qeyri-neft ÜDM-i isə 2024-cü ildə 4,6 faiz, 2025-ci ildə 2,7 faiz, 2026-cı ildə 4,9 faiz, 2027-ci ildə isə 5 faizə bərabər olacaq.
Avropa Bankının “yaşıl inkişaf” planları...
Avropa Bankının ölkəmizdə aşağı karbonlu enerjiyə keçid, “yaşıl texnologiyalar” sahəsində gerçəkləşdirilən layihələrin Azərbaycanın inkişafında və yeni əlavə dəyərlərin yaranmasında əhəmiyyətini də vurğulayır. Bankın bir müddət əvvəl açıqladığı “Aşağı karbonlu hidrogen iqtisadiyyatı bazar araşdırması”na dair hesabatında da Azərbaycanın “yaşıl hidrogen” istehsalının iqtisadi cəhətdən səmərəli ölkə olması olması, eləcə də regional enerji bazarlarına ixracda və regionda yeni yaradılan çoxşaxəli ixrac marşrutlarında strateji mövqeyə və yerə malik olması öz əksini tapıb. Eləcə də Bankın dəstəyi ilə Niderlandın tanınmış “Advision” şirkəti tərəfindən hidrogen potensialının qiymətləndirilməsi hesabatında Azərbaycan “yaşıl” gələcəyə keçid üzrə əlverişli mühitə malik ölkə kimi səciyyələndirilir.
AYİB Azərbaycan hökuməti ilə gələcək əməkdaşlıqda “yaşıl enerji”yə xüsusi önəm veriləcəyini də xatırladıb. Bankın maliyyə dəstəyi ilə həyata keçirilən Qobustan Günəş Elektrik Stansiyası ilə yanaşı, digər energetika müəssisələrinin yaradılmasında maliyyə tərəfdaşlığının davam etdiriləcəyi istisna edilmir. Bank 2027-ci ilədək 8 külək və günəş elektrik stansiyasının istismara hazırlanmasına kreditlər ayırmaqla bağlı Bakı ilə razılaşıb. Həmçinin “Xəzər-Qara dəniz-Avropa” dəhlizinin yaradılmasında maliyyə təchizatçı olmaq niyyətini ifadə edib.
Qeyd edək ki, Avropa Yenidənqurma və İnkişaf Bankının 2024-cü ilin ötən 8 ayı ərzində Azərbaycandakı aktiv portfelinin həcmi 1 milyard dollara yaxındır. Ölkəmizdə 30-a yaxın layihənin icrasında iştirak edən bank portfelin təxminən 90 faizini dayanıqlı infrastruktura yatırımlara yönəldib. Sərmayələrin qalanı sənaye, ticarət və aqrobiznes investisiyaları, maliyyə qurumlarına yönəlmiş vəsaitlərdir. Ümumilikdə, AYİB indiyədək Azərbaycana 190 layihə çərçivəsində 3,7 milyard avro həcmində investisiya yatırıb. Ümumi investisiyaların 25 faizindən çoxu özəl sektorun payına düşür. Bank iqtisadi şaxələndirmənin təşviqi, kiçik və orta biznesin inkişafının dəstəklənməsi və s. sahələrdə investisiyaların davam etdirilməsinə dəstək verəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20

