Qara qandan qaranlığa işıq saçanlar...
20.09.2024 [08:00]
Azərbaycanda “Neftçilər Günü”dür
Zəngin neft və qaz sərvətlərinə malik olan Azərbaycan bütün dünyada “Neft diyarı”, “Odlar ölkəsi” kimi tanınır. 1848-ci ildə Bakıda, Bibiheybət yatağında qazılmış quyudan neft fontan vurmuş və bu hadisə dünyada neftin sənaye üsulu ilə çıxarılmasının başlanması kimi tarixə həkk olunmuşdur.
XX əsrdə neft sənayesi sürətlə inkişaf edib, ölkəmizdə güclü istehsal bazaları və elmi mərkəzlər yaradılıb. Azərbaycan İkinci dünya müharibəsi illərində Sovet İttifaqında çıxarılan neftin 75 faizini verməklə cəbhəni yanacaqla təmin edərək alman faşizminin məğlubiyyətə uğradılmasında böyük rol oynayıb. Elə bunun nəticəsidir ki, Azərbaycan daim istər qonşu, istərsə də digər ölkələrin diqqət mərkəzində olub, zaman-zaman müxtəlif güclər onun bu təbii sərvətini mənimsəmək istəyiblər. Hətta Böyük Vətən müharibəsində Hitler Almaniyasının da ilkin hədəfi Bakı nefti olub. Lakin əzmkar və zəhmətkeş Bakı neftçiləri ölkəmizin iqtisadi gücünün əsas hissəsini təşkil edən bu “qara qızıl”ı öz zəhmətləri hesabına xalqımıza, dövlətimizə bəxş etməklə yanaşı, onu qorumağı da yaxşı biliblər.
Keçmiş Sovet İttifaqının hər yerində yeni neft yataqlarının aşkara çıxarılmasında Azərbaycanın qüdrətli elmi-texniki potensialının mühüm yeri olub. Təsadüfi deyildir ki, Rusiyanın neft regionları “İkinci Bakı”, “Üçüncü Bakı” kimi adlandırılırdı.
Fədakar neftçilərimizin gərgin əməyi dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. Bunun nəticəsidir ki, hər il ölkəmizdə neft işçilərinin dövlət səviyyəsində qeyd edildiyi bayram günü var.
20 sentyabr ölkəmizdə neft-qaz sahəsində çalışan işçilərin peşə bayramı - Neftçilər günü kimi qeyd olunur.
Məhz həmin günün bu sektorda çalışanların peşə bayramı kimi qeyd edilməsi isə 1994-cü il sentyabrın 20-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri” və “Çıraq” yataqları, eləcə də “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında müqavilənin imzalanması ilə bağlıdır.
Təxminən, 400 səhifə həcmində və 4 dildə hazırlanmış müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını alıb. “Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak etmişdir. Bununla da “Yeni neft strategiyası” və doktrinası uğurla həyata keçirilməyə başlandı.
20 sentyabr 1995-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə Bakıda, “Respublika” sarayında “Əsrin müqaviləsi”nin imzalanmasının birinci ildönümü münasibətilə neft-qaz sənayesi kollektivlərinin nümayəndələri ilə görüş keçirilib.
Bu görüşdən sonra hər il 20 sentyabrda Azərbaycan Prezidenti Heydər Əliyevin neft-qaz sənayesi kollektivləri ilə görüşləri mütəmadi xarakter alıb.
Nəhayət, Ümummilli Lider Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə 20 sentyabrın hər il Azərbaycanda “Neftçilər günü” peşə bayramı kimi qeyd edilməsi rəsmiləşdirilib.
Qeyd edilən tarix Azərbaycanda 1999-cu və 2004-cü ildə, yəni “Əsrin müqaviləsi”nin imzalanmasının beşinci və onuncu ildönümündə rəsmi səviyyədə bayram kimi qeyd edilib. “Neftçilər günü”ndə adətən sənayenin bu sahəsində əldə edilən uğurlar və qarşıda duran əsas məsələlər müzakirə edilir. Həmin gün bu sahədə xüsusi xidmətlər və fədakarlıq göstərən fəhlə və mütəxəssislərə dövlət başçısının fərman və sərəncamları ilə fəxri adlar, orden və medallar verilir.
Təsadüfi deyil ki, dövlətimizin başçısı, cənab Prezident İlham Əliyevin başçılığı ilə “neft ölkəsi” Azərbaycanımızda hər keçən gün bu sahənin sürətlə inkişafının şahidi oluruq. Artıq ölkəmiz dünyanın demək olar ki, bir çox nəhəng ölkələri ilə neft sektorunun inkişafına, dünyaya ixracına yönəlmiş müqavilələr, sazişlər imzalayıb.
Fədakar, zəhmətkeş neftçilərimiz isə durmadan ana torpağın dərinliklərindən qara qızılı gün üzünə çıxarmaqla ölkəmizin inkişafına öz töhfələrini verməkdə davam edirlər.
Əziz neftçilərimizi peşə bayramı münasibəti ilə təbrik edirik. Biz daim sizinlə fəxr edirik!
Bayramınız mübarək!
Şahanə MÜŞFİQ
Xəbər lenti
Hamısına baxSosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34
Dünya
14 Sentyabr 16:34
Elm
14 Sentyabr 16:31
YAP xəbərləri
14 Sentyabr 16:25
Dünya
14 Sentyabr 16:22
YAP xəbərləri
14 Sentyabr 16:04
Dünya
14 Sentyabr 15:50
YAP xəbərləri
14 Sentyabr 15:47
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Siyasət
14 Sentyabr 15:45
Dünya
14 Sentyabr 15:34
Dünya
14 Sentyabr 14:59
YAP xəbərləri
14 Sentyabr 14:51
YAP xəbərləri
14 Sentyabr 14:26
Hadisə
14 Sentyabr 14:20
İqtisadiyyat
14 Sentyabr 14:19
YAP xəbərləri
14 Sentyabr 13:59
YAP xəbərləri
14 Sentyabr 13:54
YAP xəbərləri
14 Sentyabr 13:50
YAP xəbərləri
14 Sentyabr 13:46
Dünya
14 Sentyabr 13:45
YAP xəbərləri
14 Sentyabr 13:44
Dünya
14 Sentyabr 13:18
Dünya
14 Sentyabr 12:56
Sosial
14 Sentyabr 12:45
Sosial
14 Sentyabr 12:40
Gündəm
14 Sentyabr 12:32
Dünya
14 Sentyabr 12:20
Elm
14 Sentyabr 12:00
Dünya
14 Sentyabr 11:43
İqtisadiyyat
14 Sentyabr 11:41
Sosial
14 Sentyabr 11:39
Dünya
14 Sentyabr 11:19
Xəbər lenti
14 Sentyabr 11:15
Gündəm
14 Sentyabr 10:54
Dünya
14 Sentyabr 10:51
Dünya
14 Sentyabr 10:25
Gündəm
14 Sentyabr 09:48
Dünya
14 Sentyabr 09:40
İdman
14 Sentyabr 09:17
Dünya
14 Sentyabr 08:52

