“Yaşıl dəhliz” iştirakçılarına yeni status...
23.08.2024 [10:30]
SİO statusu gömrük əməliyyatlarının daha asan və sürətli həyata keçirilməsini nəzərdə tutur
Dövlət Gömrük Komitəsi (DGK) “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə imkanlarını daha da artırmaq üçün biznes iştirakçılarına əlavə stimullar vermək niyyətindədir. Starteji plana əsasən, gömrük qaydalarına əməl edən nümunəvi şirkətlərin “Yaşıl dəhliz” statusunun daha da artırılması və onlara gələcəkdə Səlahiyyətli İqtisadi Operator (SİO) statusunun verilməsidir. SİO statusu Ümumdünya Gömrük Təşkilatının norma və standartlarına uyğun olaraq malların təyinat yerinə çatdırılmasının təhlükəsizliyinin təmin edilməsi və xarici ticarətin asanlaşdırılması məqsədi ilə gömrük nəzarətinin sadələşdirilmiş forma və üsullarından prioritet qaydada istifadə edən hüquqi şəxslərdir. Yeni status biznes subyektlərinin gömrük əməliyyatlarının daha asan və sürətli həyata keçirilməsinə, vaxt və vəsaitə qənaət olunmasına, gömrük-biznes münasibətlərinin tərəfdaşlıq müstəvisində qurulmasına əlavə imkanlar yaratmağı nəzərdə tutur.
Qeyd edək ki, 2019-cu ildən istifadəyə verilmiş “Yaşıl dəhliz” buraxılış sistemi ticarət iştirakçılarının asan və maneəsiz gömrük əməliyyatlarını həyata keçirməsini nəzərdə tutur. Həmin sistemin tələblərinə riayət edən xarici ticarət iştirakçıları üçün daha əlverişli şərait yaratmaq, biznesin dövlət tənzimləmə mexanizmlərinin effektivliyini artırmaq, könüllü riayət mədəniyyətini formalaşdırmaq, risk qiymətləndirilməsi və gömrük auditi əsasında gömrük nəzarətini və rəsmiləşdirilməsini daha çevik və şəffaf həyata keçirməklə fiziki gömrük yoxlamalarını minimuma endirmək, ölkənin ixrac potensialını gücləndirmək, məmur-sahibkar münasibətlərini müasir idarəçilik prinsiplərinə uyğun olaraq inkişaf etdirmək və mövcud resurslardan daha optimal istifadəni təmin etməkdir.
“Yaşıl dəhliz” sistemi qaydalarına əsasən, buraxılış sistemlərindən istifadə olunması, gömrük nəzarətinin həyata keçirilməsi və gömrük yoxlamalarının aparılmasının zəruriliyinin müəyyən olunması məqsədilə idxalatçılar yüksək, orta və aşağı risk qruplarına bölünürlər. Yalnız aşağı, bəzi hallarda isə orta risk qrupuna aid olan idxalatçılar “Yaşıl dəhliz” buraxılış sistemindən faydalana bilirlər. Yeni Qaydalara müvafiq olaraq, aşağı risk kateqoriyasına daxil olan idxalatçılar - idxal əməliyyatlarının həyata keçirilməsi sahəsində son bir il ərzində təcrübəsi olan, gömrük orqanlarının təqdim etdikləri elektron xidmətlərdən istifadə bacarıqlarına malik və ya bu xidmətlərdən istifadəni təmin edəcək səlahiyyətli şəxslə müqavilə bağlayan, beynəlxalq daşıma standartlarına cavab verən nəqliyyat vasitələrindən istifadə edilməklə daşımalar həyata keçirən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi tələblərə cavab verən, malların saxlanması üçün nəzərdə tutulan anbarlardan istifadə edən və qaçaqmalçılıq və ya gömrük ödənişlərindən yayınma ilə bağlı cinayətə görə məhkumluğu olmayan, o cümlədən məhkumluğu ödənilmiş və ya götürülmüş idxalatçılara idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi üçün “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ verilir.
Bu sistemin tətbiqi biznes iştirakçılarının marağını artırmaqdadır və son 5 ildə sistemə qoşunaların sayı 2 mini ötüb. Təkcə, 2023-cü ildə 813 xarici iqtisadi fəaliyyət iştirakçısına “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququ verilib. Bunlardan 296-sı ixrac, 517-si isə idxal əməliyyatları üzrə “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququ əldə edib. Bu dəhlzidən yararlanan biznes nümayəndələrinin idxal və ixracda da payı davamlı olaraq artır. Məsələn, 2023-cü il ərzində “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etmiş xarici ticarət iştirakçılarının idxal əməliyyatlarının payı 32,68 faiz, ixrac əməliyyatlarının payı isə 17,37 faiz təşkil edib.
Gömrük orqanları biznes icmasına daha geniş imkanlar yaradan bu sistemə qoşulmaq üçün digər dövlət orqanlarını da inteqrasiya etməkdədir. Belə ki, vergi ödəyiciləri üçün fərdi və sürətli xidmətlərin göstərilməsi prinsipləri əsasında yaradılan “Yaşıl dəhliz”ə həm Vergilər Nazirliyinin, həm də vergi ödəyicisinin təşəbbüsü ilə qoşulmaq mümkündür. Belə ki, vergi ödəyicisi “Partnyor vergi ödəyici statusu”nun əldə olunması üçün vergi orqanlarına müraciət etdikdə, həmin müraciət vergi orqanları tərəfindən araşdırılır və Vergilər Nazirliyi tərəfindən vergi ödəyicisinin fəaliyyəti göstərilən meyarlara uyğun gələn vergi ödəyiciləri müəyyən edilərək ona “Partnyor vergi ödəyicisi statusunun əldə edilməsi barədə” bildiriş verilir və həmin vergi ödəyiciləri “Yaşıl dəhliz”dən istifadə etmək hüququ qazanırlar.
Həmçinin “Yaşıl dəhliz”ə başqa xarici ölkələrin biznes iştirakçılarının da inteqrasiyası nəzərdə tutulur. Qardaş Türkiyə ilə sadələşdirilmiş gömrük dəhlizinin təmin edilməsi məqsədilə əldə edilmiş razılıq bu sistemin qarşılıqlı tətbiqi deməkdir. Eləcə də Azərbaycan və Rusiya maneəsiz və sürətli hərəkəti məqsədilə avtomatik olaraq gömrük prosedurlarının sadələşdirilmiş və asanlaşdırılmış modelini qurmaq üçün “Yaşıl dəhliz”ə üstünlük verməyi nəzərdə tutur.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28

