Əsası 2 il öncə qoyulmuş layihə ...
17.05.2024 [10:25]
Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinə Bolqarıstan da qoşulur
Gürcüstanın paytaxtı Tbilisidə “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin 7-ci iclası keçirilib. Tədbirdə çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov Xəzərin “yaşıl enerji” potensialından bəhs edərək bu resusrsların geniş coğrafiyada təchizatın təhlükəsizliyinin gücləndirilməsinə, təmiz enerji keçidinə mühüm töhfəverici rolundan danışıb.
Tədbirdə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin (“Qara dəniz kabeli”) texniki-iqtisadi əsaslandırmasının (TİƏ) ilkin hesabatı, həmçinin “yaşıl enerji” dəhlizinin fiber optik komponenti ilə bağlı müzakirələr aparılıb. Həmçinin layihənin sürətli icrasında mühüm rola malik dörd ölkənin ötürücü sistem operatorları arasında birgə müəssisənin yaradılması ilə bağlı proseslərin tezləşdirilməsi qərara alınıb. Həmin müəssisənin yaxın vaxtlarda Rumıniyanın paytaxtı Buxarestdə təsis olunması və fəaliyyətə başlayacağı gözlənilir.
Tbilisi görüşündə ən mühüm əhəmiyyət daşıyan məqamlardan biri “yaşıl enerji” koalisiyasına qoşulan ölkələrin sırasının genişlənməsidir. Belə ki, Bolqarıstan Qara dəniz kabelinə qoşulmaq və enerji ixracında tənzimləyici və idarəedici rol oynayacaq birgə müəssisədə iştirak niyyətini bəyan edib. Bolqarıstan “Qara dəniz kabeli”nə qoşulmaqla Azərbaycanın külək və Günəş enerjisi stansiyalarından əldə edilən “yaşıl enerji”nin əldə edilməsinə nail ola bilər, eyni zamanda, Avropaya nəqlində tranzit ölkəyə çevrilir. Bu faktor bir daha Avropa İttifaqı ölkələrinin Azərbaycanın xüsusi yer aldığı bu dəhlizə qoşulmaq yönündə ardıcıl qərarlar qəbul etməsi və Xəzərin “yaşıl enerji” resusrslarından faydalanmaq iradəsinin nümayişidir. Azərbaycanın Bərpa Olunan Enerji üzrə Dövlət Agentliyi ilə Aİ-nin “WindEurope” Assossasiyası arasında külək enerjisi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun, eləcə də Azərbaycanın Energetika Nazirliyi ilə Aİ-nin “Nobel Energy” şirkəti arasında Anlaşma Memorandumunun imzalanması da “yaşıl güclər”in Avropaya nəqlinin əsas komponenti sayıla bilər. Bütün bunlar birmənalı olaraq Aİ dövlətlərinin Azərbaycanın başlatdığı yeni enerji bumu və ya “yaşıl enerji” proqramında müttəfiq olmaq maraqlarını ifadə edir.
Tbilisi görüşündə “yaşıl dəhliz”in digər iştirakçıları kimi Qazaxıstan və Özbəkistanın da imkanlarına diqqət yetirilib. Bu isə Mərkəzi Asiya, Xəzər və Qara dəniz regionları arasında əlaqələrin qurulması kontekstində Qazaxıstan və Özbəkistanın strateji əhəmiyyəti nəzərə alınmaqla regional enerji təhlükəsizliyinin gücləndirilməsi və “yaşıl alyans”ın coğrafi hüdudlarının genişlənməsinə dəlalət edir.
Beləliklə, Azərbaycanın 2 il əvvəl əsasını qoyduğu “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”ə qoşulan ölkələrin sırasını genişlənməsi rəsmi Bakının həmişə olduğu kimi enerji təşəbbüskarlığına beynəlxalq dəstəyin artması daha da güclənir. Bu, həm də Azərbaycan hökumətinin “yaşıl enerji” ixracında Avropanın ən etibarlı tərəfdaşlarından birinə çevrilməsində xüsusi əhəmiyyətini təsdiqləyir.
Ən mühüm amillərdən biri də odur ki, Azərbaycan “Qara dəniz kabeli”ni həm də Cənub Qaz Dəhlizində yer alan bütün ölkələrin ortaq ailəsi kimi görür və siyasəti də bu istiqamətdə irəlilədir. Məsələn, 2024-cü il martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən Yaşıl Enerji Şurasının iclasında Cənub Qaz Dəhlizi “yaşıl enerji” sahəsində vacib əməkdaşlığın ən nəhəng platforması kimi dəyərləndirilib. Bu layihə çərçivəsində “yaşıl hidrogen”lə bağlı ölkələrarası dialoqun artırılması qərara alınıb. Eyni zamanda, Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat və 44 şirkətin təmsil olunduğu tədbirdə “yaşıl enerji” sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb.
Yeri gəlmişkən, bir neçə gün öncə, mayın 1-də Daşkənddə keçirilən görüşdə Qazaxıstan, Özbəkistan və Azərbaycan “yaşıl enerji” dəhlizinin yaradılmasına dair Memorandum imzalayıb ki, bu sənəd Xəzər dənizində qiymətləndirilən 157 QVt güc külək enerjisinin Azərbaycan üzərindən Avropaya nəqlini nəzərdə tutur. Hər 3 ölkənin digər bərpa olunan enerji potensialları da böyükdür ki, bu da Avropanı təmiz, etibarlı və sərfəli enerji ilə təmin edilməsində mühüm təminatlardan biridir.
Bu, bir daha onu göstərir ki, Azərbaycan Xəzər regionunda və onun hüdudlarından kənarda yerləşən ölkələr arasında əməkdaşlığı genişləndirən və “yaşıl gündəliyi” təşviq edən ölkədir. Eyni zamanda, regional iqlim gündəliyinin həyata keçirilməsi üçün bütün təşəbbüslərə açıqdır. Bu, Tbilisi konfransında Azərbaycanın təmiz enerjiyə keçid təklifləri və emissiyaların azaldılması siyasətlərinin işlənib hazırlanmasında ortaya qoyduğu iradə fonunda bir daha diqqəti cəlb etdi.
Beləliklə, bütün bu yaşıl ehtiyacları və Aİ-nin Azərbaycanın bərpa olunan enerji potensialına xüsusi diqqətini nəzərə alan ölkəmiz “Azərbaycan-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin tikintisi prosesinin sürətləndirilməsini vacib sayır. Çünki 2027-ci ildə Aİ regionuna “yaşıl enerji”nin ixracı planlaşdırılır və bütün tərəflər fəaliyyətlərini məhz bu strateji məqsədə fokuslamaqdadır.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36

