Azərbaycan maliyyə sistemini “yaşıllaşdırır”
09.05.2024 [10:45]
“Yaşıl istiqraz”, “yaşıl səhm” buraxılışı üçün əlverişli fürsət yaranıb
Mərkəzi Bank (MB) ölkənin maliyyə sisteminin yaşıllaşdırılması üzrə beynəlxalq təşkilata - Mərkəzi Banklar və Nəzarət Orqanlarının Şəbəkəsinə (NGFS) üzvlüklə bağlı müraciət edib. Əsas məqsəd beynəlxalq təcrübənin öyrənilməsi və bu sahədə qabaqcıl tətbiqlərinin Azərbaycanın bank və maliyyə sisteminə gətirilməsi, banklararası mübadilə zəncirinin qurulmasıdır. HGFS bu müraciətə müsbət yanaşıb və hazırda ölkəmizin bu mötəbər quruma üzvlüyü ilə bağlı müzakirələr davam etdirilir.
Maliyyə sisteminin yaşıllaşdırılması nədir?
Dayanıqlı maliyyə arxitekturasının daha da möhkəmləndirilməsi və “yaşıl iqtisadiyyat” tələblərindən meydana çıxan müasir maliyyə alətlərinin tətbiqi hazırda dünya bank və maliyyə sistemlərində geniş yayılıb. Bir çox ölkələrin milli bank sektorları “yaşıl platforma”ya keçidi təmin edərək qlobal risklərin qarşısının alınması və maliyyə təhlükəsizliyinin gücləndirilməsində bu texnologiyaların üstünlüklərinə bel bağlayır. Qlobal miqyasda iqlim dəyişmələri və ESG risklərinin qiymətləndirilməsi yeni çağırış kimi bir çox ölkələrin bank sistemində xüsusi diqqətdə saxlanılır. Bu sahədə Azərbaycan beynəlxalq təcrübəni öyrənərək həmin yaşıl maliyyə koalisiyasına qoşulmaqda israrlıdır.
Azərbaycanın COP29-a ev sahibliyi etməsi və beynəlxalq məsuliyyəti üzərinə götürərək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasından irəli gələn bir çox öhdəlikləri layiqli tərzdə həyata keçirməsi bu siyasətin tərkib hissəsi kimi iqtisadi və maliyyə sektorlarında da zəruri texnoloji qərarların qəbul edilməsi və həyata keçirilməsi ilə müşayiət olunmaqdadır. Azərbaycan son aylarda “yaşıl iqtisadiyyat” ekosisteminin infrastrukturlarını qurmaqla, ən innovativ layihələri öyrənərək tətbiq etməklə bu istiqamətdə iradəsini nümayiş etidirir. Məhz bu kimi siyasət tədbirlərinin mühüm prioritetlərindən biri olan maliyyə ekosisteminin “yaşıl texnologiyalar” üzərində inkişaf etdirilməsi üçün beynəlxalq qurumlarla sıx koordinasiyaya üstünlük veriləcək.
Azərbaycan xarici investorlar tərəfindən “yaşıl maliyyələşmə”nin tətbiqini vacib hesab edir və bu məqsədlə bütün “yaşıl maliyyə” alətlərinin cəlb edilməsinə çalışacaq. Bura “yaşıl istiqraz, “yaşıl səhm”, “yaşıl sərmayə”nin yeni alətləri və digər “yaşıl” qiymətləri kağızlar daxildir. Həmin prioritetlər Mərkəzi Bankın bir müddət əvvəl açıqladığı Dayanıqlı Maliyyə Hesabatında da öz əksini tapıbdır.
Həmin hesabatda iqlim dəyişmələri və ekoloji, sosial və korporativ idarəetmə (ESG) riskləri ilə bağlı tədbirlərin görülməsi və bank sistemini bu hazırlıqlarqa cəlb olunması, dayanıqlı maliyyə sahəsində potensialın formalaşdırılması, “yaşıl maliyyə” axınları üçün ekosistemin formalaşdırılması kimi məsələlər ortamüddətli dövrün hədəf prinsipləri kimi müəyyənləşib.
Bu hədəf çəçivəsində maliyyə sisteminin yaşıllaşdırılmasını təmin etmək üçün yeni risk daşımayan yüksək keyiyyətli, likvid maliyyə məhsulları dövriyyəyə çıxmış olacaq. Onlardan biri “yaşıl istiqrazlar” maliyyə sektorunda davamlılığı təşviq etmək, iqlimlə əlaqəli və ya digər nov xususi ekoloji layihələri dəstəkləmək və sosial və ətraf muhitin yaxşılaşdırılmasına töhfə vermək baxımından daha cəlbedicidir. Ekoloji və iqlim layihələrini dəstəkləmək uçun sabit gəlirli bir maliyyə aləti olan “yaşıl istiqraz” enerji səmərəliliyi, ekoloji çirklənmə ilə mübarizədə öz səmətəsini verməkdədir. Avropa Birliyi ölkələrindən Finlandıya, İçveçrə, Estoniya, Niderland, İrlandiya, Norveç və digərləri davamlı kənd təsərrüfatı, ekosistemlərin qorunması, təmiz nəqliyyat, davamlı su idarəçiliyinə yönəlmiş layihələri bu qiymətli kağız vasitəsilə maliyyələşdirir.
“Yaşıl maliyyə”nin ən çox üstünlük verildiyi vasitələrindən biri olan “yaşıl səhm”lər də ekoloji cəhətdən təmiz texnologiyaların genişləndirilməsi və iqlim dəyişikliyinin azaldılması istiqamətində emissiya edilən səmərəli maliyyə alətidir. Beynəlxalq Maliyyə Korporasiyasının hesabatında “yaşıl səm”lərin son 4 ildə emissiyasının 230 milyard dolları ötdüyü qeyd olunur. Hazırda Dunya Bankı “yaşıl istiqraz” və “yaşıl səhm” buraxılışında əsas maliyyə institut və emitent kimi fəallığını daha çox artırmaqdadır. Bank son 5 ildə 200 milyard dollara yaxın istiqraz emissiya edib. Eləcə də Avropa Komissiyası “yaşıl” istiqrazların 20 milyard avroya yaxın emissiyasını həyata keçirməklə bu bazarda ön plana çıxmaq istəyir.
Bütün bunlar dünyada maliyyə sektorlarının “yaşıllaşdırılmasına” böyük marağın göstəricisidir. Azərbaycanın COP29 ili çərçivəsində beynəlxalq institutlarla, o cümlədən Dünya Bankı və Avopa Komissiyası ilə sıx əməkdaşlığını nəzərə alsaq “yaşıl istiqraz” və “yaşıl səhm”lərin ölkəmizə gətirilməsi üçün yaxşı fürsətlərin yaranmasını söyləyə bilərik. Bu Mərkəzi Bankın strateji maraqları ilə tam üst-üstə düşməklə maliyyə sisteminin “yaşıllaşdırılmasında” stimulverici bir ekosistemin əsasını qoymuş ola bilər.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30

