“Qarabağ”dan qələbə dəyərində bərabərlik
05.11.2022 [10:42]
Hələ deməyə sözümüz var
Günel ABBASOVA
Noyabrın 3-də “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununu keçirdi. Qurban Qurbanovun baş məşqçi olduğu komanda G qrupunun VI turunda Almaniyanın “Frayburq” klubunu qəbul etdi. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma “köhlən atlar”ın hücumları ilə başladı. İlk dəqiqələrdən təşəbbüsü ələn alan ölkə çempionu rəqibi geri çəkilməyə məcbur etsə də, rəqib hesabı öz xeyrinə dəyişməyi bacardı.
Ancaq mübarizəni davam etdirən “Qarabağ” oyunu 1:1 hesablı heç-heçə etdi. Bundan sonra “köhlən atlar” qitənin 3-cü dərəcəli klub turnirində mübarizə aparacaq. Ölkə çempionu G qrupunu 8 xalla başa vuraraq üçüncü yeri tutdu.
“Qarabağ”ın arxasındakı güc...
Bu oyun “Qarabağ”ın tarixindəki ən gözəl matçlardan biri idi. Komanda olduqca möhtəşəm performans nümayiş etdirdi. Bununla yanaşı, “köhlən atlar” statistik göstəricilərdə rəqibini tam üstələdi. Topa sahibolma nisbəti 55:45 “Qarabağ”ın tərəfində idi. İkinci hissədə 10 nəfərlə oynasa da, yenə matça nəzarət edirdi. Oyunda yaranan vəziyyəti rəqib komanda oyunçularının qiymətini nəzərə aldıqda sözün həqiqi mənasında “Qarabağ”la fəxr etməliyik.
Biz inanırıq ki, UEFA Konfrans Liqasında “Qarabağ” öz sözünü deyəcək. Qarabağ nəinki 1/4 final, yarımfinal, hətta finaladək getmək potensialı olan komandadır. Çünki bu mövsüm Avropa Liqasının ən yaxşı 3 komandasından biri məhz “Qarabağ”dır. Konfrans Liqasında hədəfləri böyükdür, “Qarabağ”ın mübarizəsi hələ bitməyib. Azarkeş sevgisi ilə “Qarabağ” növbəti oyunlarda da oyundan əlavə, həm də döyüşəcək. Bu gün “Qarabağ”ın arxasındakı güc komandaya bu ümidi və qüvvəti verir. “Qarabağ”ın prezidenti Tahir Gözəlin də dediyi kimi, hələ deməyə sözümüz var...
Qurban Qurbanovun təəssüratları
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Almaniyanın “Frayburq” komandası ilə 1:1 hesablı heç-heçə etdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyunundan sonra mətbuat konfransında çıxış edib.
Mütəxəssis oyunçuların inamlı oyun sərgilədiyini bildirib: “Oyunda qalib gəlmək istəyirdik. Bunu bacara da bilərdik, az qalmışdı. Cari mövsüm avrokuboklardakı matçlara görə futbolçularıma təşəkkür edirəm. Biz eşidirdik ki, restoranlarda, böyük monitorlarda azarkeşlər matçlarımızı izləyirlər. 2022-ci il futbol ili oldu. Fanatlara da bizimlə olduqları üçün təşəkkürümü bildirirəm. Hər qarşılaşmada yaxşı mübarizə aparmaq istəyirdik. Komandamdan çox razıyam. İstirahət üçün vaxtımız da yoxdur. Oyunçular çox yorulublar. Onlar futbolun dadını tam hiss etdilər. Bu il bizim və Azərbaycan futbolu üçün böyük təcrübə oldu”.
Qurbanov “Frayburq”la oyundakı hakimlər haqqında danışıb: “Həmin epizodda, bəlkə də, oyundan kənar vəziyyət var idi. Amma ondan əvvəl Yankoviçin ayağına zərbə dəymişdi. Epizodda xətt də çəkilmədi. Üstündən keçdilər. Bütün oyunlarda ofsayt xətti göstərilirsə, burada da olmalıdır. Hamıya eyni gözlə baxılmalıdır. Hakimlər haqqında danışmağın faydası olub-olmadığını bilmirəm. Hakimlər kənarda qalıb, VAR sistemi işləyir. Nə istəyirlər, onu da edirlər. O epizodda qol sayılsaydı, komanda daha istəkli olardı. Bilmək olmazdı ki, sonrasında qırmızı vərəqə olacaqdımı, ya yox. Qırmızı vərəqə, 10 nəfərlə mübarizə aparmaq, qol vurmaq futbolun sevilən məqamlarıdır. Görünən odur ki, qərar nəticəyə təsir etdi”.
Təcrübəli məşqçi kobud oynamamaqla bağlı futbolçularla söhbət etdiklərini bildirib: “Hər oyundan sonra futbolçulara bu barədə xəbərdarlıq edirik. Bəhlul və Kevin o epizodlara görə daha diqqətli olmalıdır. Bu turnirdə sürət tam başqadır. Çempionatımızda belə sürət nadir hallarda olur. Əlbəttə ki, daha soyuqqanlı olmaq lazımdır. Oyundan əvvəl hamıya tapşırmışdım ki, aqressiv olmalıyıq. İlk dəqiqələrdəki aqressiyanı sona qədər davam etdirdik. Bundan razıyam”.
Bitməyən “Qarabağ” sevgisi
Azarkeşlər bu oyuna həmişəkindən ikiqat böyük sevgi ilə qatılmışdılar. Soyuq havada ürəkləri isti olan “Qarabağ” azarkeşləri bu istiliyi oyunçulara da ötürməyi bacarırdı. Azarkeş - komanda birliyi bu oyunda özünü bir qədər də üstün hiss etdirirdi. Oyunun sonlarına yaxın “Qarabağ”ın hesabı bərabərləşdirməsi üçün dəstək verən azarkeşlər bu dəstəyi haqsızlıqlara qarşı da davam etdirirdi. “Qarabağ”ın, demək olar ki, hər oyunda rastlaşdığı çətinliklərdən biri də hakim idarəçiliyidir. Hakimlərin davranışı oyunçularla yanaşı azarkeşlərə də xoş təsir bağışlamadı, peşəkarlıqdan uzaq göründü. Çünki komandamız qırmızı vərəqəyə layiq deyildi. Bu qərar olduqca ağır idi. Çünki bu qərar gələcək matçlara da təsir göstərəcək. Vurulan qolların sayılmaması, azarkeşlərin komanda ilə birgə əvvəlcə sevinib, sonra kədərlənməsi oyunun gedişini gərginləşdirməkdən başqa işə yaramırdı. Qurbanovun komandası yenə də hakim məsuliyyətsizliyinin qurbanı oldu. Məsələnin yaxşı tərəfi odur ki, bunu hər kəs bilirdi, heç kim komandanı günahlandırmırdı. Keçən dəfə oyundan qeydlər edərkən, bildirmişdim ki, zəif oynasa da, qol buraxsa da, komandaya dəstək vacibdir. Bu oyunda azarkeşlər hər məqamda komandaya dəstək olduqlarını bildirdi. “Sən bizim üçün həmişə qalibsən” dedilər və komandanın zərbələrdən qorunmasına kömək etdilər. “Qarabağ” da bu oyunda qələbə dəyərində bərabərlik qazandı.
Biz həmişə səninləyik, “Qarabağ”!
Xəbər lenti
Hamısına baxSiyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25

