Azərbaycan güclü idmançılar ölkəsidir
01.09.2010 [09:56]
Məlum olduğu kimi, Sinqapurda keçirilən yeniyetmələrin I Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycanın yığma komandası Vətənə dönüb.
ölkəmizi mötəbər yarışda 12 idmançı (11 oğlan, 1 qız) təmsil edib. Azərbaycan təmsilçiləri 6 növ üzrə - güləş, boks, avarçəkmə, taekvondo, cüdo və ağır atletika yarışlarında qüvvələrini sınayıblar. 204 ölkənin iştirak etdiyi yarışda Azərbaycan yığması 8 medalla ümumi komanda hesabında 11-ci olub. Azərbaycan idmançılarından Murad Bazarov (42 kq, yunan-Roma güləşi), Elman Muxtarov (50 kq, yunan-Roma güləşi), Patimat Baqomedova (52 kq, qadın güləşi), Nicat Rəhimov (69 kq, ağırlıqqaldırma) və Ali Maqomeddabirov (100 kq, sərbəst güləş) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Kənan Quliyev (54 kq, sərbəst güləş), Salman Əlizadə (48 kq, boks) və Elvin İsayev (57 kq, boks) isə yarışın gümüş medalını qazanıblar. Sinqapur I Yay Olimpiya Oyunlarında uğurlu çıxışları ilə yadda qalan mübarizlərimiz bir daha sübut ediblər ki, Azərbaycan güclü idmançılar ölkəsidir.
İki gün öncə Vətənə qayıdan Olimpiya qəhramanlarımız qəzetimizə açıqlamalarında Azərbaycan xalqına qələbələr bəxş etdikləri və azərbaycanlı olduqları üçün fəxr etdiklərini söyləyiblər.
Ağırlıqqaldırma üzrə Olimpiya çempionu Nicat Rəhimov deyib ki, mən fəxr edirəm ki, ilk dəfə keçirilən yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak etdim və Azərbaycan bayrağını yüksəklərə qaldırdım: “Axırıncı çəkini qaldırmaqda çətinlik çəksəm də, ümumi xal hesabında Olimpiya çempionu olduğumu bilirdim. Bu uğura görə, ilk növbədə dövlətimizə, həmçinin, atama və məşqçimə borcluyam”.
Klassik güləş üzrə Olimpiya çempionu Elman Muxtarov isə söyləyib ki, Olimpiya çempionu olduğuma görə çox şadam: “Sinqapurda ölkəmizin bayrağını yüksəklərə qaldıraraq bütün dünyaya göstərdim ki, Azərbaycan güclü idmançılar ölkəsidir və burada güləş çox inkişaf edib. Bundan sonra uğurlarımı davam etdirməyə çalışacağam”.
Güləş üzrə Olimpiya çempionu Murad Bazarov da sevincini bizimlə bölüşüb: “Olimpiya oyunları mənim üçün çox çətin keçdi. Amma yarışa çox ciddi hazırlaşmışdım. Elə bunun da nəticəsində istəyimə çatıb Olimpiya çempionu adını qazandım. Ən çətin görüşün finalda oldu. Lakin həlledici qarşılaşmada da qalib gəlməyi bacardım. çalışacağam ki, bu uğurun davamı gəlsin. Qarşıda məsul yarışlarımız, London Olimpiadası var. Bu uğurumda dövlətin qayğısı, həmçinin valideynlərimlə məşqçilərimiz payı böyükdür”.
Sərbəst güləş üzrə Olimpiya çempionu Ali Maqomeddabirov isə fikrini qısa şəkildə ifadə edib: “çalışacağam ki, bu uğurum davamlı olsun”.
Jurnalistlərə açıqlama verən gənclər və idman naziri Azad Rəhimov bilirib ki, Azərbaycan idmançıları dünyanın ən güclü idmançıları sırasındadırlar və Sinqapurda keçirilən yeniyetmələr arasında I Yay Olimpiya Oyunlarında ölkəmizin himninin beş dəfə səslənməsi buna sübutdur: “Mən Azərbaycan idmançılarının Sinqapur Olimpiadasındakı çıxışını yüksək qiymətləndirirəm. Bunu 2012-ci il London Olimpiyadasına hazırlıq işində, həmçinin, ölkəmizdə uşaq və gənclər idmanının inkişafında böyük uğur adlandırmaq olar. Qazanılan qələbələr bütün Azərbaycan xaqlqını sevindirmişdir. Sinqapurda beş dəfə dövlət himnimiz səslənmişdir və Azərbaycan idmançıları bu gün dünyanın ən güclü idmançıları sırasındadırlar. İdmançılarımızın qazandığı 8 medalın beşi qızıl, üçü gümüşdür. Bu, Azərbaycan üçün çox böyük uğurdur”.
Nazir ölkəmizdə idmanın inkişafına göstərilən diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib: “Qələbəmizin rəhni, əlbəttə ki, Azərbaycanda idmana və idmançılara göstərilən qayğı, idman sahəsində bütün qurumların əlaqələndirilmiş şəkildə fəaliyyətinin təmin olunmasıdır”.
Xatırladaq ki, ötən gün Prezident İlham Əliyev Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançıları və mütəxəssisləri qəbul edib. Dövlətimizin başçısı İlham Əliyev idmançılarımızın yeni qələbələrə imza atmalarını arzulayıb.
Düşünürük ki, idmançılarımız Londonda keçiriləcək XXX Olimpiya Oyunlarından da həmişə olduğu kimi, Vətənə üzüağ dönəcəklər.
ANAR
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

