Daha üç boksçumuz IV İslam Həmrəyliyi Oyunlarının ən azı bürünc medalını təmin edib
16.05.2017 [09:03]
IV İslam Həmrəyliyi Oyunlarının boks yarışlarının dördüncü günündə - mayın 15-də dörddəbir final mərhələsi çərçivəsində dörd boksçumuz rinqə çıxıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan millisinin üzvü Tayfur Əliyev (56 kq) Oyunlarda ilk döyüşünü keçirib. İyirmi yaşlı idmançımız yarışa dörddəbir final mərhələsindən qoşulub. Birinci Avropa Oyunlarının mükafatçısı olan idmançımız Mərakeş boksçusu Taoufik Kaçfi ilə qarşılaşıb. Döyüş vaxtından əvvəl təmsilçimizin xeyrinə başa çatıb. Birinci raundda Mərakeş boksçusunun qaşı partladığı üçün o, döyüşü davam etdirə bilməyib. Nəticədə, idmançımıza texniki qələbə verilib və o, İslamiadada ən azı bürünc medalı təmin edib. T.Əliyev mayın 17-də baş tutacaq yarımfinalda özbəkistanlı Abdulxay Şaraxmatov ilə qarşılaşacaq.
Turnirdə 69 kiloqram çəki dərəcəsində çıxış edən Tamerlan Abdullayev ikinci döyüşünü keçirib. Dörddəbir final mərhələsində boksçumuz qətərli Tulasimaraam Tarumalinqamı məğlub edib. T.Abdullayev mayın 17-də baş tutacaq yarımfinalda qazaxıstanlı İlya Oçkinlə döyüşəcək.
“Bakı-2017”də 91 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Məhəmmədrəsul Məcidov da ikinci döyüşünə çıxıb. O, dörddəbir finalda misirli Uosri Hafizlə qarşılaşıb. İkinci raundda rəqib mübarizəni davam etdirmək istəmədiyi üçün döyüş yarımçıq dayandırılıb və dünya çempionumuz qalib elan olunub. M.Məcidov yarımfinalda Hüsseyn İaşaiş ilə (İordaniya) üz-üzə gələcək. Görüş mayın 17-də keçiriləcək.
Turnirdə 49 kiloqram çəki dərəcəsində mübarizə aparan Rüfət Hüseynov birinci döyüşündə Omid Əhmadisafa (İran) ilə qarşılaşıb. Görüş rəqibin 1:4 hesablı qələbəsi ilə yekunlaşıb.
Qaydalara əsasən, yarımfinala yüksəlmiş boksçular özlərinə ən azı bürünc medalı təmin etmiş olurlar. Buna görə də Azərbaycan millisinin yarımfinala yüksələn beş üzvü artıq bürünc medalları təmin ediblər.
IV İslam Həmrəyliyi Oyunlarının boks yarışları mayın 18-də başa çatacaq.
Xəbər lenti
Hamısına baxSosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42

