Bakıda İslam Həmrəyliyi İdman Federasiyasının İcraedici Kollegiyasının 25-ci iclası keçirilib
07.04.2017 [10:03]
Bakıda İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) İcraedici Kollegiyasının 25-ci iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi, İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) prezidenti və Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud, Azərbaycanın gənclər və idman naziri, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov, Milli Olimpiya Komitəsinin və İHİF-in vitse-prezidenti Çingiz Hüseynzadə, İHİF-nin baş katibi Faysal Abdulaziz Əl-Nassar, Türkiyənin gənclər və idman naziri Akif Çağatay Kılıç və müavini Faruk Özçelik, MOK-un beynəlxalq əlaqələr idarəsinin rəisi, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin katibi Könül Nurullayeva və digərləri iştirak ediblər.
İclasda Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri ilə bağlı haqqında məlumat verilib və müzakirələr aparılıb. İştirakçılar “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının təşkilati işlərindən razı qaldıqlarını bildiriblər.
Toplantıda, həmçinin 2021-ci ildə V İslam Həmrəyliyi Oyunlarının Türkiyənin İstanbul şəhərində keçiriləcəyi qeyd olunub. Türkiyənin Oyunların hazırlığı üçün lazım olan bütün işləri yüksək səviyyədə yerinə yetirəcəyinə əminlik ifadə edilib.
İclasdan sonra media nümayəndələri üçün mətbuat konfransı təşkil olunub.
İHİF-in prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud iclasın məhsuldar keçdiyini bildirib. O, mayın 12-22-də Azərbaycan paytaxtında təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunlarına hazırlığın yüksək səviyyədə getdiyini vurğulayıb. İHİF prezidenti Azərbaycanın mötəbər idman yarışlarının təşkilin sahəsində böyük təcrübəsinin olduğunu xatırladıb.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov iki gündür Bakıda mühüm tədbirlərin keçirildiyini bildirib. O, V İslam Həmrəyliyi Oyunlarının İstanbulda təşkilinə dair qərarın qəbul edilməsinin sevindirici olduğunu vurğulayıb. Nazir ölkəmizdə İslamiadaya hazırlıqla bağlı bütün işlərin qrafikə uyğun getdiyini söyləyib. IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan milli komandasının bayraqdarının hələ müəyyənləşmədiyini deyən, A.Rəhimov namizədlər arasından ən layiqlisinin seçiləcəyini bildirib. O, İslamiadaya 100-dən artıq xarici, 500-dən çox yerli media nümayəndəsinin akkreditasiya üçün qeydiyyatdan keçdiyini açıqlayıb.
Türkiyənin gənclər və idman naziri Akif Çağatay Kılıç 2021-ci ildə İslamiadanın İstanbulda keçirilməsi ilə bağlı qərar barədə danışarkən deyib: “Məqsədimiz İslam Həmrəyliyi Oyunlarının dünya idman tədbirləri arasında mühüm yer tutmasını təmin etməkdir. Bunun üçün ölkəmizin rəhbərliyindən lazımi dəstəyi almışıq. Hazırda İstanbul İslamiadaya tam hazırdır. Hətta 3-4 ay sonra keçiriləcəyini desələr belə, bu yarışı yüksək səviyyədə təşkil edə bilərik. Bir neçə idman qurğusunda yenilənmə işləri aparacağıq. Yaxın vaxtlarda ölkəmizdə bir neçə yarış təşkil olunacaq”.
İslamiadanın Əməliyyat Komitəsinin katibi Könül Nurullayeva bilet satışının yüksək səviyyədə olduğunu vurğulayıb. O, oyunlar ərəfəsində bilet satışının daha da artacağını bildirib.
Futbol üzrə İndoneziya yığmasının İslamiadada iştirak etməməsi ilə bağlı məlumat verilərkən bildirilib ki, digər milli federasiyalar kimi, İndoneziyanın da müvafiq qurumuna yarışa qatılması ilə bağlı dəvət göndərilib. Lakin İndoneziya Milli Olimpiya Komitəsi “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında iştirakla bağlı rəsmi bildirişi vaxtında göndərmədiyi üçün bu ölkənin milli komandası futbol yarışının iştirakçıları siyahısına daxil edilməyib.
Xəbər lenti
Hamısına baxSiyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24

