/ / Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo üzrə “Böyük dəbilqə” turnirinin açılış mərasimi olub
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo üzrə “Böyük dəbilqə” turnirinin açılış mərasimi olub
11.03.2017 [10:37]
Martın 10-da Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo üzrə “Böyük dəbilqə” turnirinin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə yarışda iştirak edən ölkələrin bayraqları Heydər Əliyev adına İdman Sarayında səhnəyə gətirilib. Sonra Azərbaycanda cüdonun inkişafından bəhs edən videoçarx nümayiş olunub.
Mərasimdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov son illər dünyada idman ölkəsi kimi tanınan Azərbaycanın mötəbər yarışlara və tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini bildirib. Nazir müavini dövlətimizin başçısı İlham Əliyevin idmana, idmançılara göstərdiyi qayğının böyük uğurlara təkan verdiyini vurğulayıb və buna görə idmançılar adından Azərbaycan Prezidentinə minnətdarlığını bildirib. Azərbaycanın 2015-ci ildə dünya idman tarixində ilk Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayan İ.İsmayılov cari ildə ölkəmizdə IV İslam Həmrəyliyi Oyunlarının, Formula-1 Azərbaycan Qran-prisinin, qadın voleybolçular arasında Avropa çempionatının təşkil olunacağını diqqətə çatdırıb.
Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Bakıda keçirilən “Böyük dəbilqə” turnirinin açılış mərasimində iştirakdan məmnunluğunu vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyevə xüsusi təşəkkürünü bildirən Marius Vizer cüdo yarışlarının da ölkəmizdə yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb. O, Azərbaycanın cüdo üzrə dünya çempionatına ev sahibliyi edəcəyini bildirib.
“Böyük dəbilqə” turnirinin təşkilinin ölkəmizdə ənənə halı aldığını bildirən Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev idmanın bu növünün kütləviləşməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. R.Abdullayev Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Böyük dəbilqə” turnirini açıq elan edib.
Sonra Beynəlxalq Cüdo Federasiyasının və Azərbaycanın dövlət himnləri səsləndirilib.
Açılış mərasiminin bədii hissəsində Novruz bayramının elementlərini əks etdirən xüsusi şou təqdim olunub.
Martın 12-dək davam edəcək turnirdə 41 ölkədən 200-dən artıq idmançı iştirak edir.
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47

