Cari ildə yüksək nailiyyət qazanan idmançılar, məşqçilər və komandalar mükafatlandırılıb
27.12.2016 [10:10]
Dekabrın 26-da Gənclər və İdman Nazirliyi 2016-cı ildə nailiyyət qazanan idmançılara, məşqçilərə və komandalara mükafatlar təqdim edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın dövlət himni səsləndirildikdən sonra cari ildə ölkəmizdə keçirilən beynəlxalq turnirlər, idmançılarımızın uğurları barədə videoçarx nümayiş olunub.
Mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirilib ki, 2016-ci il Azərbaycan idmanı üçün uğurlu olub. Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Azərbaycan artıq idman ölkəsinə çevrilib. Azərbaycanda idmanın inkişafı getdikcə geniş vüsət alır, yeni-yeni uğurlar əldə olunub. Son illər Azərbaycan mötəbər idman tədbirlərinə uğurla ev sahibliyi edir. Bu, Azərbaycanda uğurla reallaşdırılan dövlət idman siyasətinin sayəsində mümkün olub.
İdmanın inkişafının Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulayan A.Rəhimov deyib: “Carı ildə idmançılarımız 857 medal qazanıblar. Bunlardan 357-nin əyarı qızıldır. Atletlərimiz il ərzində 192 beynəlxalq yarışda mübarizə aparıblar. Azərbaycanda 52 beynəlxalq turnir keçirilib. İdmançılarımız “Rio-2016” Yay Olimpiya Oyunlarında 18 medal qazanmaqla yanaşı, Avropa və dünya miqyaslı turnirlərdə də nailiyyətlər əldə edərək 2016-cı ili uğurla başa vurublar. Bu, Azərbaycan idmanının böyük uğurudur. Həmçinin cari ildə ölkəmizdə Formula-1 Avropa Qran-prisi və 42-ci Ümumdünya Şahmat Olimpiadası yüksək səviyyədə təşkil olunub. Gələn il yenidən dünyanın idman ictimaiyyətinin diqqəti ölkəmizə yönələcək. Paytaxtımız IV İslam Həmrəyliyi Oyunları və bir sıra mötəbər idman tədbirlərinə ev sahibliyi edəcək”.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə də 2016-cı ilin də Azərbaycan idmanı üçün mühüm uğurlarla yadda qaldığını deyib. Azərbaycanın artıq dünyada idman ölkəsi kimi tanındığını vurğulayan Ç.Hüseynzadə cari ildə idmançılarımızın mötəbər beynəlxalq turnirlərdə yüksək səviyyədə çıxış etdiklərini diqqətə çatdırıb. “Biz 2016-cı ili yüksək uğurlarla başa vururuq. Bu il Olimpiya Oyunlarında 18 medal qazanan atletlərimiz tarixi nəticə göstərdilər. Gələn il də maksimum şəkildə yaxşı nəticə göstərməyə çalışacağıq. “Tokio-2020”də idmançılarımızdan böyük uğurlar gözləyirik”.
Sonra mükafatlandırma mərasimi olub.
Mərasimdə Azərbaycan Taekvando Federasiyası “İlin ən yaxşı federasiyası” nominasiyasında mükafata layiq görülüb. İdman yarışlarının yüksək səviyyədə təşkilinə görə isə “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti mükafatlandırılıb. “Qəbələ” atıcılıq idman klubu, futzal üzrə milli komandamız “İlin ən yaxşı komandası”, “Synergy Baku Cycling Procekt” “İlin ən yaxşı velosiped klubu”, Heydər Əliyev adına İdman Konsert Kompleksi isə “İlin ən yaxşı idman qurğusu” nominasiyalarında qalib elan olunub.
Rio Olimpiadasının qalibi Radik İsayev, karate üzrə beşqat dünya çempionu Rafael Ağayev “İlin ən yaxşı idmançısı” adına layiq görülüblər. Eyni zamanda, idman gimnastikası üzrə dünya kubokunun (paralel qollarda) qızıl mükafatçısı Oleq Stepko da fəxri diplomla mükafatlandırılıb.
Mərasimdə ilin ən yaxşı məşqçiləri və hakimləri də təltif edilib. Həmçinin idman ictimaiyyətinin bir sıra nümayəndələrinə fəxri adlar verilib. Sonra digər nominasiyalar üzrə qaliblər mükafatlandırılıb.
Tədbir konsert proqramı ilə davam edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

