Herman Tilke: Bakı Şəhər Halqası mənə doğmadır
12.05.2016 [09:31]
“Formula-1” üzrə Avropa Qran-prisinin başlanmasına beş həftə qalıb. Hazırlıqlar qrafikə uyğun olaraq davam edir. Ancaq qarşıda görüləcək işlərimiz var.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Formula-1” Avropa Qran-prisinin Bakı treki layihəsinin müəllifi Herman Tilke mayın 11-də təşkil olunan mətbuat konfransında bildirib.
Trekin vaxtında hazır olacağını diqqətə çatdıran mütəxəssis deyib: “Yola yeni asfalt qatının salınması prosesi artıq başa çatıb. Hazırda beton blokların və hasarların çəkilməsi davam edir. Hazırlığın yüksək standartlara cavab verməsi üçün burada peşəkar mütəxəssislərin əməyindən istifadə olunur. Bakı Şəhər Halqasında sərt döngələrin olduğunu nəzərə alaraq ABŞ-dan xüsusi təhlükəsizlik baryerləri gətirilərək trek ətrafında quraşdırılıb. Bu baryerlərdən digər Qran-prilərdə də istifadə olunur. İlk dəfə olaraq, həmin baryerlərdən Fransada təşkil olunan Le-Man avtomobil yarışında da istifadə ediləcək”.
“Bakı Şəhər Halqası ilə bağlı dünyanın bir neçə məşhur “Formula-1” pilotu ilə söhbətim olub. Onlara trekin mürəkkəbliyi və unikallığı ilə bağlı məlumat vermişəm. Pilotlar Bakı Qran-prisini səbirsizliklə gözlədiklərini bildiriblər. Bakı Şəhər Halqasının ən maraqlı hissəsi Qoşa Qala qapılarının qarşısındakı ensiz yoludur. Bu yol trekin özünəməxsusluğunu daha da artırır. Bakıda təşkil olunacaq Avropa Qran-prisində dünyanın ən məşhur pilotları iştirak edəcək və trekin bu hissəsinin onlar üçün problem yaradacağını düşünmürəm. “Formula-1” yarışlarında qəza halları qaçılmazdır. Bunun üçün ölkənizdə yetərincə istedadlı və beynəlxalq təlimlərdə iştirak etmiş marşallar var. Ümid edirəm ki, marşallar qəza halları baş verdikdə vəzifələrinin öhdəsindən layiqincə gələcəklər”, - deyə Herman Tilke deyib.
Əvvəllər Bakı Şəhər Halqası ilə bağlı üç variantın hazırlandığını vurğulayan mütəxəssis bildirib: “Hazırkı treki seçməyimizin səbəbi Bakının tarixi, müasir görünüşünü dünyaya çatdırmaqdır. Müəllifi olduğum bütün treklər mənim üçün əzizdir. Ancaq Bakı Şəhər Halqası hazırda onlar arasında mənə ən doğma olanıdır. Onu da deyim ki, Avropa Qran-pri yarışları şəhər treki olduğu üçün tras iyunun 16-da istifadəyə veriləcək”.
Sonra jurnalistlərin sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57

