Velosipedçimiz “Tour d’Azerbaidjan-2016”nın 2-ci mərhələsinin qalibidir!
06.05.2016 [10:02]
“Synergy Baku” komandasının üzvü Maksim Averin Bakıdan İsmayıllıyadək olan 186,5 km məsafəni hamıdan tez qət edib
Azərbaycanın Elit yığmasının və “Synergy Baku Cycling Project” kontinental komandasının üzvü, ölkəmizi “Rio-2016” Yay Olimpiya Oyunlarında təmsil edəcək Maksim Averin Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2016” veloyürüşünün 2-ci mərhələsinin qalibi olub. O, paytaxt Bakıdan İsmayıllıyadək olan 186,5 km məsafəni hamıdan tez qət edib.
Marşrutu 4 saat, 29 dəqiqə, 45 saniyəyə başa vuran Averin bununla da finişi onunla eyni vaxtda keçən 6 nəfərlik qrupda hamını qabaqlayıb. 2-ci yerə Avstriyanın “Felbermayr” klubunun üzvü, ötən mövsümü “Synergy Baku”nun heyətində keçirən Markus Eybeger layiq görülüb. İlk 3-lüyü İsveçrənin “Roth” pro-kontinental komandasının üzvü Alberto Çeçin tamamlayıb.
“Synergy Baku”nun digər üzvlərinə gəlincə, Matey Müqerli 9-cu, Matiya Kvasina 13-cü, Kiril Pozdnyakov isə 16-cı olub. Bu nəticə “Synergy Baku”ya komanda hesabında 1-ci yerə yüksəlməyə imkan verib. Hazırda təmsilçimiz ən yaxın izləyicisi, Avstriyanın “Felbermayr” klubunu 1 dəqiqə, 1 saniyə qabaqlayır. Ümumi təsnifatda Maksim Averin 4-cüdür.
2 mərhələdən sonra ümumi təsnifatın lideri üçün nəzərdə tutulan mavi rəngli “Synergy Group” köynəyini İsrailin “Cycling Academy Team” klubunun üzvü Giliom Buavin ələ keçirib. O həmçinin ən yaxşı sprinter kimi yaşıl rəngli “SOCAR köynəyinə də yiyələnib. İtaliyanın “Unieuro Wilier” komandasının nümayəndəsi Mauro Finetto ən yaxşı dağ velosipedçisi kimi qırmızı rəngli “AZAL” köynəyinə, Rusiyanın pro-kontinental “Gazprom-Rusvelo” komandasının velosipedçisi İldar Arslanov isə ən yaxşı gənc velosipedçi kimi bənövşəyi rəngli “Ataholding” köynəyinə sahib çıxıb.
Qaliblərə mükafatları veloturun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov, Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov və İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov təqdim ediblər.
Bu gün keçiriləcək 3-cü mərhələdə iştirakçılar saat 10:30-da Qəbələ şəhər İcra Hakimiyyətinin qarşısından start götürməklə Oğuz və Şəki rayonlarının ərazisindən keçəcəklər və 177,2 km məsafə qət etdikdən sonra bağlanğıc nöqtədə də mərhələni başa vuracaqlar.
2-ci mərhələ başa çatdıqdan sonra KİV nümayəndələrinin suallarını cavablandıran Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov “Biz hər zaman uğur qazanacağımıza inanırıq. Dünən komanda hesabında “Synergy Baku” 2-ci oldu, bu gün isə 1-ci yerə qalxdı. Həmçinin Maksim Averin finişi birinci keçdi. Buna görə qürur duyuruq” deyib.
Onun sözlərinə görə, burada daha çox komanda yarışı gedir: “Vaxta görə ötüşmədə fərdi mübarizə ön plana çıxır. Bu mərhələlərdə isə kimisə fərqləndirmək olmaz. Hər mərhələdə komanda bir nəfər üçün işləyir, onu irəli aparır. Bu yalnız Maksimin yox, bütün komandanın uğurudur”.
NADİR
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

