Bakıda İslam Həmrəylik İdman Federasiyasının IX Baş Assambleyasının iclası keçirilib
05.11.2015 [10:23]
Noyabrın 4-də Bakıda İslam Həmrəylik İdman Federasiyasının (İSSF) IX Baş Assambleyasının iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclas “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.
Tədbirdə 40-dan çox ölkədən 90-dək nümayəndə, o cümlədən İSSF-in fəxri baş katibi Şahzadə Abdulhakim Bin Mosaad Bin Abdulaziz Al Saud, Federasiyanın üzvləri, həmçinin Azərbaycan Milli Olimpiya Komitəsinin və İSSF-in vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov, Federasiyanın İcraiyyə Komitəsinin üzvü Könül Nurullayeva iştirak edib.
İclasa sədrlik edən İSSF-in baş katibi Faysal Abdulaziz Al Nassar Federasiyasının IX Baş Assambleyasının Bakıda yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə, həmçinin Milli Olimpiya Komitəsinə, Gənclər və İdman Nazirliyinə dərin minnətdarlığını çatdırıb.
Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov Azərbaycanın 2017-ci ildə ev sahibliyi edəcəyi IV İslam Həmrəylik Oyunlarında idmançıların unudulmaz anlar yaşayacağına əminliyini bildirib. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Oyunlara hazırlıqla bağlı Təşkilat Komitəsinin yaradıldığını vurğulayan nazir bu Komitəyə birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyini diqqətə çatdırıb. Bildirib ki, Mehriban Əliyeva ölkəmizdə uğurla keçirilən birinci Avropa Oyunlarının və “Eurovision-2012” mahnı müsabiqəsinin də təşkilati işlərinə yüksək səviyyədə rəhbərlik edib.
Azərbaycanda mühüm beynəlxalq tədbirlərin keçirildiyini vurğulayan A.Rəhimov gələn il ölkəmizin “Formula-1” Avropa Qran-pri yarışına, Şahmat Olimpiadasına, 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunlarına ev sahibliyi edəcəyini vurğulayıb. Diqqətə çatdırıb ki, 2009-cu ildə Bakı “İslam mədəniyyətinin paytaxtı” olub. 2018-ci ildə isə Azərbaycanın qədim Naxçıvan şəhəri “İslam mədəniyyətinin paytaxtı” olacaq.
Nazir IV İslam Həmrəylik Oyunlarında beş mindən çox atletin və 1500-dək heyət üzvünün iştirak edəcəyini deyib. Bu Oyunlar İslam aləmində əməkdaşlığın və həmrəyliyin inkişafı, idmançıların bir araya gəlməsi baxımından möhtəşəm addımdır. Azərbaycan bu Oyunların yüksək səviyyədə keçirilməsinə böyük əhəmiyyət verir.
Sonra təşkilati məsələlərə baxılıb.
İSSF-in birinci vitse-prezidenti Hamad Kalkaba Malboum IV İslam Həmrəylik Oyunlarının yüksək səviyyədə hazırlıq işlərinə göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Oyunların Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya minnətdarlığını bildirib, birinci Avropa Oyunlarının uğurla təşkili və idmançılarımızın qələbələri münasibətilə təbriklərini çatdırıb. Vurğulayıb ki, İSSF Azərbaycanın bu qurumda fəal iştirakını yüksək qiymətləndirir. Bu, Azərbaycanın idman ölkəsi simasını və dünyada həmrəyliyin təbliği istəyini nümayiş etdirir. O, İSSF-in Azərbaycan hökumətinin 2017-ci ildə IV İslam Həmrəylik Oyunlarının keçirilməsi ilə bağlı mövqeyini yüksək qiymətləndirdiyini diqqətə çatdırıb.
Qeyd edilib ki, İSSF-in əsas məqsədlərindən biri İslamın sülh, əmin-amanlıq, qarşılıqlı hörmət, əməkdaşlıq və qardaşlıq dini olduğunu bütün dünyada təbliğ etməkdir.
İclasın gündəliyi səsə qoyularaq təsdiq edildikdən sonra Könül Nurullayeva 2017-ci ildə keçiriləcək IV İslam Həmrəylik Oyunları ilə bağlı hesabatla çıxış edib. Diqqətə çatdırılıb ki, IV İslam Həmrəylik Oyunları 2017-ci il mayın 12-dən 22-dək keçiriləcək. O bildirib ki, Azərbaycan IV İslam Həmrəylik Oyunlarını keçirməyə artıq hazırdır. IV İslam Həmrəylik Oyunları 14 məkanda keçiriləcək. Bu Oyunların mühüm idman bayramı olacağını vurğulayan İSSF-in İcraiyyə Komitəsinin üzvü idmanın inkişafına böyük diqqət yetirən Azərbaycanın dünyada dostluğu və həmrəyliyi təşviq etdiyini bildirib.
K.Nurullayeva təqdimatda Oyunların keçiriləcəyi Bakı Olimpiya Stadionu, “Baku Crystal Hall”, Tofiq Bəhramov adına Respublika stadionu, Bakı Su İdmanı Sarayı, Heydər Əliyev Arenası, Milli Gimnastika Arenası, Bakı Atıcılıq Mərkəzi, Bakı Tennis Akademiyası, “İnter Arena”, “Bakcell Arena”, “Sərhədçi” İdman Olimpiya Mərkəzi və s. idman qurğuları, həmçinin Atletlər və Media kəndlərində yaradılan şərait, eləcə də, təhlükəsizlik, nəqliyyat və digər məsələlərlə bağlı ətraflı məlumat verib.
Sonra “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı videoçarx nümayiş etdirilib.
Daha sonra tərəfdaş şirkətlərin nümayəndələrinin təqdimatı olub və İSSF-in fəaliyyəti ilə bağlı film göstərilib.
Assambleyada 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının proqramına daxil olan idman növləri, yarışların tarixi və baş tutacağı obyektlərin hazırkı durumu, Atletlər və Media kəndlərinin hazırlıq vəziyyəti, təhlükəsizlik, informasiya-kommunikasiya, nəqliyyat və digər məsələlərlə bağlı müzakirələr aparılıb.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxİdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08

