Birinci Avropa Oyunları idmançılara unudulmaz anlar yaşatdı
09.07.2015 [09:25]
Milad Beiqi Harçeqani: İnşallah, Braziliyadan Azərbaycana Olimpiya çempionu kimi dönərəm
İlk Avropa Oyunlarında Azərbaycan idmançılarının parlaq qələbələr qazandığı yarışlardan biri də taekvando idi. Belə ki, idmançılarımız bu yarışlarda 5 medal - 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq Avropa ölkələri sırasında lider oldular. Həmin qələbə sevinclərini bizə yaşadan idmançılardan biri də uzun müddətdir milli komandamızın heyətində çıxış edən Milad Beiqi Harçeqani oldu. Əməkdaşımızla söhbətində Milad öz qələbə sevincini belə bölüşüb:
- Milad, gəl elə əvvəlcə səndən - adının belə qəribə tələffüz olunmasından başlayaq. Milad kəlməsi bizə haradasa xristianlığı xatırladır.
- Onu bilirəm ki, adımı əmim qoyub. Bizdə oğlanlar arasında Milad çox geniş yayılmış addır. Özüm haqda onu deyə bilərəm ki, 23 yaşım var. Valideynlərim İsfahan şəhərində yaşayırlar. İdman Akademiyasının tələbəsiyəm. Subayam (gülür).
- Bildiyim qədər, birinci Avropa Oyunlarınadək beynəlxalq turnirlərdə çox da təcrübən olmayıb. Və birdən-birə belə mötəbər turnirdə çempion oldun. Bunun sirri nədədir?
- Doğrudur, əvvəllər İranda yalnız daxili çempionatlarda çıxış etmişəm. Ən böyük yarışlarım klublararası turnirlərdə iştirakım olub. Bakıya gəlmək, Azərbaycanı görmək ən böyük arzum idi. Şükürlər olsun ki, bu arzuma çatdım. İndi bu gözəl şəhərdə yaşayır və təhsil alıram. Sağ olsunlar, məşqçilər, federasiya rəhbərliyi mənim potensialımı düzgün dəyərləndirdilər və milli komandanın heyətinə dəvət etdilər. Burada gərgin məşqlərimiz oldu. Həftədə yalnız 1 gün istirahət edirdik. 6 ay boyunca Taekvando Federasiyasında məşq edib, buradakı hoteldə qalırdıq. Düzü, ev yeməklərinin dadını belə unutmuşduq. Gərgin məşqlərimiz öz səmərəsini verdi. Və beləliklə də, mən Azərbaycanın idman tarixinə düşdüm - tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarının çempionu oldum.
- Elə isə gəl o tarixi anlara lap başdan birgə səyahət edək.
- Edək. Çünki bu, mənim həyatımın ən unudulmaz anlarıdır. Əvvəllər yalnız valideynlərimdən eşitmişdim ki, Bakı necə gözəl şəhərdir. Burada yaşamağa başladıqdan sonra bunun bir daha əyani şahidi oldum. Bakını dünyanın heç bir şəhərinə dəyişmərəm. Buradakı inkişaf, abadlıq işləri hər kəsi valeh edir. Sözsüz ki, bütün bunlar ilk dəfə keçirilən Avropa Oyunlarının da yüksək səviyyədə təşkil olunacağına təminat verirdi. Oyunların açılış mərasimində iştirakımı ömrüm boyu xatırlayacağam. Bu, mənim belə böyükmiqyaslı yarışlarda ilk iştirakım idi. Bakı Olimpiya Stadionuna daxil olanda sevincimin həddi-hüdudu yox idi. Milli komandamızın bütün üzvləri əllərində üçrəngli bayrağımızı dalğalandırırdılar. Bütün stadion ayaq üstə bizi alqışlayırdı. Prezident İlham Əliyev, Onun xanımı Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti, digər dövlət başçıları hamısı ayaq üstə idilər. Bu, mənim üçün bir nağıl kimi idi. Heç istəmirdim ki, bu film bitsin. Sevincdən gözlərim yaşarmışdı. Hər şey mükəmməl idi. Odur ki, bizə bu möhtəşəm anları yaşadan hər kəsə dərin minnətdarlığımı bildirirəm.
Elə Oyunlar çərçivəsində keçirilən idman yarışları da eyni coşqu ilə davam edirdi. 17 gün müddətində bütün idman zalları, demək olar ki, tamaşaçılarla dolu idi. Bildiyiniz kimi, taekvando yarışları 3 il əvvəl inşa olunan möhtəşəm Bakı Kristal Zalında keçirildi. Yarışların əksərində dövlət başçısı İlham Əliyev, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva, eləcə də, federasiya rəhbərliyi iştirak edirdilər, bizi canlı izləyirdilər. Bu isə biz idmançılara əlavə stimul verirdi, bizi qələbələrə ruhlandırırdı.
Deyim ki, çempionluğa gedən yolun əvvəli bir qədər asan keçdi. Əvvəlcə serbiyalı idmançını 12-0, sonra ingilis idmançını 16-5, yarımfinalda isə portuqal idmançını 6-2 məğlub etdim. Finalda isə güclü rusiyalı idmançı ilə qarşılaşdım. Şükürlər olsun ki, ona da 9-4 hesabı ilə qalib gəlib qızıl medala sahib oldum. Sevincimin həddi-hüdudu yox idi. Başımın üzərində müstəqil Azərbaycanın üçrəngli, ay-ulduzlu bayrağı dalğalanırdı, şərəfimə Azərbaycanın dövlət himni çalınırdı. Bilirsiz bu nə demək idi? Axı heç bir zaman mən bu hissləri yaşamamışdım. İndi isə bütün bunlara məhz Azərbaycanda nail olurdum! Mükafatlandırma mərasimində möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən mənə ilk Avropa Oyunlarının qızıl medalı təqdim olundu. Bu, ömrümün ən gözəl anları və ən unudulmaz səhifə kimi həmişə mənim yaddaşımda qalacaq. Sağ olsunlar mənə bu fürsəti, bu şəraiti yaradanlar, onlara dərin minnətdarlığı bildirirəm.
- Milad, hələ nə yaşın var ki... Daha 4 il Azərbaycanda təhsil alacaqsan, yəqin ki, hələ Olimpiya Oyunlarına da qatılacaqsan. Belə bir arzun necə, varmı?
- Əlbəttə, hər bir idmançının ən böyük arzusu Olimpiya çempionu olmaqdır. Və mən də hələ uşaq yaşlarımdan belə bir arzu ilə yaşayıram. Deyim ki, uşaqlıqda çox nadinc olmuşam. Evi dağıtmayım deyə anam məni aparıb idman məktəbinə yazdırmışdı. Beləliklə də, idmançı oldum. Bir haşiyə çıxım. İranda taekvando çox populyardır. Dövlət səviyyəsində bu idman növünün inkişafına xüsusi diqqət ayrılır. Əgər dünya reytinq sıralamasına diqqət yetirsəniz, özünüz də bunun şahidi olarsız. Azərbaycanda da bu idman növü özünün inkişaf dövrünü yaşayır. Artıq dünya idmançıları Azərbaycan taekvandoçularını özlərinin əsas rəqibləri hesab edirlər. Elə yenicə başa çatmış ilk Avropa Oyunları da bunu bir daha sübut etdi. Azərbaycan komanda hesabında medalların sayına görə birinci yerdə oldu. İnşallah, bu uğurumuzu Braziliyada da davam etdirəcəyik. Mənim Yay Olimpiya Oyunlarında iştirak etməmə gəlincə isə, bunun üçün, ilk növbədə, lisenziya ballarımı toplamalıyam. Bildiyiniz kimi, Olimpiadada iştirak etmək üçün ən azı 150 bal toplamalıyam. Mənim isə beynəlxalq yarış təcrübəm olmadığı üçün yalnız 40 balım var - bunu da “Bakı-2015”də çempion olduğum üçün yığmışam. Hesab edirəm ki, federasiya rəhbərliyi, məşqçilərim mənə böyük etimad göstərirlər, potensial imkanlarımı dəyərləndirirlər. Ümid edirəm ki, ilin sonunadək beynəlxalq turnirlərdə iştirak edib, lazım olan lisenziya ballarını toplaya biləcəyəm. Əgər qismət olarsa, inşallah, Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarında da qələbə qazanıb, Azərbaycana Olimpiya çempionu kimi dönərəm.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59

