Birinci Avropa Oyunlarında uğurla çıxış edən paralimpiyaçı cüdoçularımız mükafatlandırılıb
02.07.2015 [09:55]
“Bakı-2015” birinci Avropa Oyunlarının uğurla keçirilməsi ölkəmizin qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdi. İdmançılarımız mötəbər yarışda uğurla çıxış edərək Azərbaycanı layiqincə təmsil etdilər. Sevindirici haldır ki, yarış keçirilən bütün idman arenalarında fiziki məhdudiyyətli şəxslər üçün beynəlxalq standartlara cavab verən şərait yaradılmış və həmin şəxslər böyük həvəslə bütün yarışları izləmişlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri iyulun 1-də ilk Avropa Oyunlarının yekunlarına həsr olunan iclasda Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov deyib.
O bildirib ki, birinci Avropa Oyunlarında qazanılan uğurda paralimpiyaçı cüdoçuların da payı var. Belə ki, İlham Zəkiyev qızıl, Səbinə Abdullayeva gümüş, Zakir Mislimov isə bürünc medal qazanıblar. Onlar uzun müddət idi ki, bu mötəbər yarışa hazırlaşırdılar. Gərgin hazırlıq öz bəhrəsini verdi. Yarışlarda üç paralimpiyaçı cüdoçu ilə təmsil olunan Azərbaycan eyni sayda medal qazandı. Bütün bunların əsasında ölkəmizdə idmana olan dövlət qayğısı dayanır. Buna görə Prezident İlham Əliyevə təşəkkürümüzü bildiririk.
İlqar Rəhimov qeyd edib ki, birinci Avropa Oyunları zamanı Beynəlxalq Paralimpiya Komitəsi, Zəif Görən Atletlərin Beynəlxalq İdman Federasiyasının (IBSA) və digər ali qurumların nümayəndələri ölkəmizə gəlmişdilər. Onlar birinci Avropa Oyunlarının açılış mərasiminin, yarışların yüksək səviyyədə təşkilini görüb müxtəlif irimiqyaslı idman tədbirlərinin ölkəmizdə təşkil olunmasını təklif ediblər. Bunların sırasında üzgüçülük və atletika üzrə dünya çempionatı, 2017-ci ildə Beynəlxalq Paralimpiya Komitəsinin Baş Assambleyası, 2019-cu ildə IBSA Dünya Oyunları və digər irimiqyaslı tədbirlər var. Hazırda bu tədbirlərin təşkili istiqamətində müzakirələr aparılır.
“Bakı-2015”də uğurla çıxış edən idmançılarımızın digər ciddi sınaq qarşısında olduğunu bildirən İlqar Rəhimov gələn il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında geniş heyətlə çıxış etməyə çalışacaqlarını diqqətə çatdırıb. Vurğulayıb ki, artıq 5 cüdoçumuz “Rio-2016”ya vəsiqəni təmin edib. Biz bununla kifayətlənmək istəmirik. Təbii ki, cüdoçularımızın tam heyətlə planetin ən nüfuzlu turnirinə qatılmasını arzulayırıq.
İlqar Rəhimov Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) fotomüxbiri İlqar Cəfərovun həmişə paralimpiya yarışlarını yüksək səviyyədə işıqlandırdığını vurğulayıb. Qeyd edib ki, İ.Cəfərov ardıcıl olaraq üç Paralimpiya Oyunlarında idmançılarımızın uğurlarını işıqlandırıb. “Ümid edirəm ki, gələn il Braziliyada təşkil olunacaq Yay Paralimpiya Oyunlarında o, yenidən bizimlə olacaq və paralimpiyaçılarımızın uğurlarını arxivə çevirməkdə bizə kömək edəcək”, - deyə o əlavə edib.
Digər çıxış edənlər “Bakı-2015” birinci Avropa Oyunlarının dünya tarixində qızıl hərflərlə yazıldığını deyib, idmançılarımızın nailiyyətlərini yüksək qiymətləndirib və qarşıdakı yarışlarda onlara uğurlar arzulayıblar.
Daha sonra Azərbaycanda Paralimpiya hərəkatının inkişafında göstərdiyi xidmətlərinə görə İlham Zəkiyev “Paralimpiya medalı”, birinci Avropa Oyunlarında yüksək nailiyyətlərinə görə Səbinə Abdullayeva, Zakir Mislimov, baş məşqçi İbrahim İbrahimov, şəxsi məşqçilər Elxan Rəcəbli, Yengibar Əliyev və Pərviz Baratov Azərbaycan Milli Paralimpiya Komitəsinin Fəxri fərmanı ilə təltif ediliblər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18

