/ / Saymon Kleq: “Bakı-2015” birinci Avropa Oyunları telekommunikasiya xidmətləri ilə yüksək səviyyədə təchiz olunub
Saymon Kleq: “Bakı-2015” birinci Avropa Oyunları telekommunikasiya xidmətləri ilə yüksək səviyyədə təchiz olunub
01.07.2015 [10:16]
İyunun 30-da Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) rabitə birlik və müəssisələrinin rəhbərlərinin, “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) əməliyyatlar üzrə baş direktoru Saymon Kleq və komitənin digər məsul işçilərinin iştirakı ilə birinci Avropa Oyunlarının başa çatması münasibəti ilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, nazir Əli Abbasov birinci Avropa Oyunlarının uğurla keçirilməsində telekommunikasiya, radio-televiziya, internet və digər rabitə xidmətlərinin və radiotezliklərin xüsusi əhəmiyyət kəsb etdiyini söyləyib və oyunlar keçirilən dövrdə qeyd edilən bütün rabitə xidmətlərinin lazımi səviyyədə fəaliyyət göstərdiyini bildirib.
Nazir birinci Avropa Oyunlarında idmançılarımızın qazandığı uğurlarda, oyunların möhtəşəm açılış və bağlanış mərasimlərinin dünya ölkələrinə və respublikaya yüksək keyfiyyətlə və fasiləsiz yayımının təşkilində Beynəlxalq İdman Yayım Şirkəti ilə yanaşı, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin, “Azərkosmos” ASC-nin və Məlumat Hesablaşma Mərkəzinin xüsusi rol oynadığını vurğulayıb.
BEGOC-un əməliyyatlar üzrə baş direktoru Saymon Kleq birinci Avropa Oyunlarının telekommunikasiya, internet, yayım xidmətləri, informasiya təhlükəsizliyi ilə təminatında və tezliklərlə təchizatında RYTN-in birlik və müəssisələrinin rolunu xüsusi qeyd edib.
Bildirilib ki, görülən işlərin nəticəsi olaraq birinci Avropa Oyunları zamanı telekommunikasiya xidmətləri yüksək səviyyədə təmin olunub. Oyunların keçiriləcəyi məkan və təşkilati binalar dayanıqlı və alternativ optik kabellərlə təchiz edilib. Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi etməklə böyük uğura imza atıb. Əminəm ki, bu son deyil və gələcəkdə bu ənənə davam etdiriləcək.
Tədbirdə Oyunların keçirildiyi dövrdə RYTN-in aidiyyəti birlik və müəssisələrinin mütəxəssislərinin BEGOC-un Texniki Əməliyyat Mərkəzində Komitənin digər əməkdaşları ilə birgə səmərəli fəaliyyət göstərdiyi qeyd edilərək telekommunikasiya xidmətlərinin, televiziya yayımının, informasiya təhlükəsizliyinin lazımi səviyyədə təşkil olunduğu diqqətə çatdırılıb.
Birinci Avropa Oyunlarının uğurla keçirildiyi nəzərə alınaraq, oyunların telekommunikasiya və yayım xidmətləri və informasiya təhlükəsizliyi ilə təminatında, radiotezliklərin təchizatında fəaliyyət göstərmiş bir sıra dövlət və özəl rabitə müəssisələrinin, BEGOC-un və RYTN-in aidiyyəti rəhbər işçiləri və mütəxəssisləri nazirliyin fəxri fərmanları ilə təltif edilib.
Nazir yekun çıxışında gələcəkdə də belə tədbirlərin yüksək səviyyədə keçirilməsi üçün RYTN-in böyük potensialından səmərəli istifadə ediləcəyinə əminliyini bildirib.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

