Saymon Kleq: Bu günədək Avropa Oyunlarında 173 idmançı qızıl medal qazanıb
26.06.2015 [10:18]
Bu günədək Avropa Oyunlarında 173 idmançı qızıl medal qazanıb. İyunun 25-də 21 medal sahibini tapacaq. İyunun 24-ü və 25-i medalların ən çox qazanıldığı günlərdir. Nəticələr medal cədvəlinə təsir edəcək. Dünən “Bakı-2015” ilk Avropa Oyunlarının rəsmi internet səhifəsinə rekord sayda - altı milyon insan daxil olub və hər gün izləyici sayında 23 faiz artım müşahidə edilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri iyunun 25-də “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq ötən günün yarışlarının yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.
İyunun 24-də çimərlik futbolunu 18 min 700 tamaşaçının arenadan izlədiyini söyləyən Saymon Kleq deyib: “Tamaşaçıların orta davamiyyət göstəricisi 81 faizə bərabərdir. Çimərlik futbolu yarışlarını izlədim. Çimərlik futbolu FIFA-nın təşkil etdiyi dünya çempionatından da yüksək səviyyədə keçirilir. Hətta dünya çempionatı belə bir möhtəşəm məkanda keçirilmir. İdmançılar, qonaqlar və rəsmilər yarışların keçirildiyi arenalardan çox razıdırlar. 3 min 217 idmançı və rəsmi şəxs Atletlər Kəndində hələ də yaşamaqdadır. Hər zaman olduğu kimi, könüllülərin və məşəlçilərin rolunu xüsusi qeyd etmək istərdim. Onların köməyi Oyunlarda böyük əhəmiyyətə malikdir. Nəqliyyat sisteminin işini də yüksək qiymətləndirmək lazımdır.
Bağlanış mərasiminə biletlər artıq satılıb. Bu təntənəli mərasimi Dənizkənarı Milli Parkda qurulmuş monitorlardan canlı izləmək mümkün olacaq.
İyunun 25-dən etibarən Heydər Əliyev adına İdman Sarayında cüdo üzrə yarışlar başlayacaq. Hər kəs çılğın yarışların şahidi olacaq. İyunun 26-da Azərbaycanın Silahlı Qüvvələr Günü qeyd olunacaq. Bununla əlaqədar arenalara daha çox tamaşaçı axınını gözləyirik. Voleybol üzrə yarımfinal yarışları keçiriləcək. Azərbaycan və Türkiyə yığma komandaları qarşılaşacaq”.
İlk Avropa Oyunlarında Avropa Olimpiya Komitəsi üzvlərinin fəal iştirakının idmanın gücünə və birləşdirici roluna dəlalət etdiyini bildirən Saymon Kleq yarışlarda təmsil olunan 50 ölkədən 40-nın idmançılarının medal qazanmasının sevindirici hal olduğunu diqqətə çatdırıb.
Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov qələbə qazanmış idmançıları təbrik edərək Milli Gimnastika Arenasında tamaşaçı sayının çoxluğunu vurğulayıb. Gimnastikanın 6 növü üzrə yarışların keçirildiyini, bunlardan 4-nün Olimpiya Oyunlarına lisenziya xarakterli olduğunu söyləyən Fərid Qayıbov deyib: “Milli Gimnastika Arenası beynəlxalq nümayəndələr tərəfindən gözəl məkan kimi qiymətləndirilir. Oleq Stepko 5 medal qazandı. O, Avropa Oyunlarında ən çox medal qazanan ilk idmançıdır. Bu, əlamətdar hadisədir. Son iki ildə Gimnastika Federasiyası üç yeni idman növünü inkişaf etdirib. Bunlardan biri batut növü idi və biz bu növdə medal qazandıq. Gələcəkdə idmançılarımız Olimpiya Oyunlarında daha yüksək nəticələr əldə edəcəklər”.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

