“Alov Qoruyanlar”
05.06.2015 [10:16]
Ölkəmizdə birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün müvafiq hazırlıq işləri artıq başa çatıb. Hər gün gözümüz qarşısında baş verən yeniliklər isə bir daha onu deməyə əsas verir ki, Azərbaycan birinci Avropa Oyunlarını çox yüksək səviyyədə keçirəcək. Təbii ki, bu mötəbər tədbirin Bakıda keçirilməsi Avropa ailəsinin Azərbaycana böyük etimadının açıq göstəricisidir. Bu, həm də müxtəlif aspektlərdən mühüm əhəmiyyət daşıyır. Bu aspektlərdən biri də bu hadisənin tarixi əhəmiyyətidir. Çünki Olimpiya Oyunları deyiləndə yada Yunanıstan düşdüyü kimi, ilk Avropa Oyunları deyiləndə də Azərbaycan xatırlanacaq.
Onu da vurğulamaq yerinə düşər ki, birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsini Azərbaycan ictimaiyyəti ilə yanaşı, gənclər, eləcə də, “Bakı-2015”in könüllüləri səbirsizliklə gözləyirlər. Beləliklə, ənənəmizə sadiq qalaraq “Yeni Azərbaycan” qəzetinin “Alov Qoruyanlar” adlı rubrikasında birinci Avropa Oyunlarında fəaliyyət göstərəcək növbəti könüllü gənclərimizi oxucularımıza təqdim edirik.
“İlk Avropa Oyunları qitə idmanı üçün tarix yazacaq”. Bunu Bakı Dövlət Universitetinin tələbəsi, “Bakı-2015”in könüllüsü Azər Qaraşov deyib.
Onun sözlərinə görə, ilk Avropa Oyunlarına bütün ictimaiyyətlə yanaşı, gənclər də böyük maraq göstərir: “Biz gənclər ölkəmizdə belə bir mötəbər tədbirin keçirilməsindən olduqca məmnunuq və yarışların keçiriləcəyi günü də səbirsizliklə gözləyirik. Xalqımız da haqlı olaraq həmin fəxr hissini duymaqdadır. Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsi, ölkəmizin təbliği, daha da tanınması, eyni zamanda, idmanımızın, həmçinin, biz gənclərin böyük uğuru deməkdir”.
“Bakı-2015”in könüllüsü ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin olduqca mühüm əhəmiyyət kəsb etdiyini də vurğulayıb: “Bu Oyunların ölkəmiz üçün mühüm faydası var. İnşallah yarışlar başlayanda və dünya mediasında işıqlandırılanda bu yarışların əhəmiyyətini daha aydın müşahidə edəcəyik. Bütün dünyada Azərbaycan haqqında, onun mədəniyyəti, tarixi, milli mətbəxi, xalqı və regionları ilə bağlı məlumatlar yayılacaq. Hər kəsin diqqəti ölkəmizə yönələcək. Bununla ancaq qürurlanmaq və fəxr etmək olar”.
“Azərbaycan dünya tarixinə, dünya idman tarixinə yeni bir səhifə yazacaq”. Bunu Bakı Dövlət Universitetinin tələbəsi, “Bakı-2015”in könüllüsü Fərid Şahbazov deyib.
O, gəncləri ilk Avropa Oyunlarına istər könüllü, istərsə də tamaşaçı qismində qatılmağa və belə bir möhtəşəm tarixin canlı şahidi olmağa çağırıb: “Belə bir mötəbər tədbirə hər kəs xüsusilə də, biz gənclər hamıdan öndə qatılmalıyıq. Bu tarixi anları biz öz gözlərimizlə görməliyik. Bu çox qürurverici, qürur verdiyi qədər də şərəfli bir işdir. Mən bir Azərbaycan gənci kimi fəxr edirəm ki, tarixdə keçiriləcək ilk Avropa Oyunları məhz mənim ölkəmdə baş tutacaq. Əlbəttə ki, həyəcan hissi var və bu, normal həm də təbii qarşılanmalıdır. Çünki belə bir mötəbər və beynəlxalq yarışın Azərbaycanda keçirilməsini həyəcansız qarşılamaq mümkün deyil. Xüsusilə, açılış mərasimi tarixi bir addım olacaq və yaddaşlarda dərin iz salacaq. Birinci Avropa Oyunları uzun illər haqqında danışılacaq bir tarix olacaq. İnanıram ki, dövlətimiz və xalqımız “Bakı-2015”i ən yüksək səviyyədə keçirəcək. Çünki bu bizim haqqımızdır və biz buna qadirik”.
Vüsalə CAVANŞİR
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29

